İspaniya millisinin baş məşqçisi Luis de la Fuenta açıqlama verib. Sport24.az xəbər verir ki, mütəxəssis dünya çempionatı üçün yığmaya "Real"dan futbolçu çağırmamasına münasibət bildirib:
"Millidə "Real"ın oyunçusu yoxdur? Futbolçuya baxıram, klubuna yox. Vacib məsələ oyunçunun verə biləcəyi faydadır və bunu düşünürük".
İspaniya millisi ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi turnirdə H qrupunda Səudiyyə Ərəbistanı, Kabo Verde və Uruqvayla mübarizə aparacaq.
Mundiala iyunun 11-də start veriləcək.