top
Lorenzonun Azərbaycan millisinə yolu: Neftçidən Sampdoriyaya və yığmaya dəvət Idman.biz
26 may 2026, 13:34
- ↺ +

Lorenzonun Azərbaycan millisinə yolu: "Neftçi"dən "Sampdoriya"ya və yığmaya dəvət

"Lorenzonun SOCAR sistemində çalışan atasının iş müqaviləsi həmin dövrdə başa çatırdı. Futbolçu ilə peşəkar anlaşma əldə olunması üçün onun Azərbaycanda ən azı daha bir il qalması vacib idi. Bu vəziyyəti nəzərə alaraq SOCAR-a müraciət etdim ki, atasının ölkədə qalmasına dəstək göstərsinlər. Sağ olsunlar, kömək etdilər və bunun nəticəsində Lorenzonun peşəkar müqavilə imzalayıb gələcəkdə də Azərbaycana xidmət etməsinə şərait yarandı".

Bunu "Neftçi"nin sabiq vitse-prezidenti Elnur Eyvazov 2020-ci ilədək klubun aşağı yaş klublarından ibarət komandalarında çıxış etmiş Lorenzo Mezzotero barədə danışarkən deyib.

Hazırda 18 yaşında olan əslən italiyalı hücumçu Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinə dəvət edilib. O, 2024-cü ildən "Sampdoriya"nın aşağı yaş qruplarından ibarət (U-17 və U-19) komandalarında çıxış edir.

Eyvazov gənc forvardın Azərbaycan millisinə dəvət edilməsi üçün vaxtilə önəmli addım atdıqlarını xatırladıb.

"Bu addımın əsas məqsədi Lorenzonu Azərbaycan yığmasına qazandırmaq idi", - deyə o sportnet.az-a açıqlamasında bildirib.

Sabiq klub funksioneri bildirib ki, hələ o vaxtlar Lorenzonun gələcəkdə Azərbaycan millisinə gərəkli oyunçu olduğu qənaətinə gəliblər:

"Lorenzo həqiqətən də çox perspektivli, özündən yuxarı yaş qruplarında da özünü göstərməyi bacaran futbolçu idi. Çoxlu qol vuraraq, müvafiq yaş qrupları üzrə liqaların böyük top fərqi ilə bombardiri olurdu. Yadımdadır ki, rəhbərliyin bu məsələnin həllinə dəstək olmasından ötrü əlimdən gələni etmişdim".

Eyvazovun sözlərinə görə, Lorenzonun atası ilə müqavilə uzadıldığı zaman tərəflər arasında həm də şifahi razılaşma əldə olunub.

"Onlar həqiqətən də ailəliklə Azərbaycanı və "Neftçi"ni çox sevirdilər. Atası həmin vaxt səmimi şəkildə söz verdi ki, nə olursa-olsun, vaxtı çatanda oğlu dəvət alarsa, ən azı bir mövsüm "Neftçi"də çıxış edəcək və Azərbaycan yığmasına da canla-başla gələcək.

Bunu bizim göstərdiyimiz zəhmətə hörmət və minnətdarlıq kimi ifadə etdi", - deyə Eyvazov bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Bu gün, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Bu gün, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Bu gün, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Bu gün, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Bu gün, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Futbol
Bu gün, 06:31

Kurtua açıqladı: “Atletiko” azarkeşlərinə yönəlmiş kimi görünən sözlər əslində Liverpoola yönəlmişdi

Futbol
Bu gün, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Bu gün, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
Dünən, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Futbol
Dünən, 22:14

Manchester United və Chelsea Tomas Araujo’nu transfer etmək istəyir

Futbol
Dünən, 21:39

AFFA Media və İctimaiyyətlə Əlaqələr Şöbə Rəhbəri Murad Axundov Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 19:09

Aqueronun “Mançester Siti”yə transferi: razılaşma masa örtüyündə imzalanıb

Basketbol
Dünən, 17:40

Basketbol Liqasında “Sabah” və “Neftçi” matçları təxirə salındı

Voleybol
Dünən, 16:40

U-20 qadın voleybol milli komandası Qubada EEVZA çempionatı hazırlığını davam etdirir

Futbol
Dünən, 16:40

U-17 Azərbaycan qızlar millisi Kosovoya 8:3, İrlandiyaya 0:16 hesabla məğlub oldu

Futbol
Dünən, 14:48

AFFA İkinci Liqa turnirində beş klub müxtəlif səbəblərlə cərimə aldı

Futbol
Dünən, 11:36

Türkiyə U-21 millisinin heyətinə iki futbolçu əlavə edildi;

Basketbol
Dünən, 11:19

Sabah basketbolunun legioneri Cerri Bleyks: “Komanda olaraq əlimizdən gələni etdik”

Futbol
Dünən, 09:20

Manchester United Jan-Filip Matetaya maraq göstərir

Futbol
Dünən, 09:02

UEFA Millətlər Liqası: Azərbaycan millisi Lixtenşteynlə bu gün 20:00‑də Bakıda qarşılaşacaq

Cüdo
Dünən, 06:29

Olimpiya çempionu Yeldos Smetov Bakıdakı cüdo dünya çempionatından imtina etdi: “Xalqım məni bağışlamaz”

Futbol
Dünən, 01:42

Ronaldonun şəxsi təyyarəsi Kopenhagenə endi - Portuqaliya millisi ilə yolları ayırdı

Futbol
Dünən, 01:25

İsveçrə Futbol İttifaqı Canni İnfantinonun FIFA prezidentliyi namizədliyinə dəstəyi geri çəkdi

Oxşar xəbərlər