top
Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası Idman.biz
02 oktyabr 2026, 11:23
- ↺ +

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Lixtenşteyn yığmasının Azərbaycanla Millətlər Liqasının oyununda 0:0 hesablı heç-heçəsi knyazlıq mətbuatında geniş əks-səda doğurub.

İdman.Biz xəbər verir ki, Lixtenşteynin nəşrləri Bakıda əldə olunan nəticəni komanda üçün ciddi uğur kimi qiymətləndirib. Yazılarda qonaqların mübarizliyi və müdafiədəki inamlı oyunu xüsusi qeyd olunub.

Belə ki, "Vaterland" qəzeti "Sonadək ürəklə mübarizə apardılar" başlıqlı yazı dərc edib. Məqalədə Lixtenşteyn yığmasının "nəhayət, yaxşı çıxışının bəhrəsini gördüyü" vurğulanıb. Nəticənin əsasını etibarlı müdafiə, fədakarlıq və əzmkarlığın təşkil etdiyi qeyd olunub.

"Lie24" nəşri isə daha diqqətçəkən məqama toxunub. Nəşr qonaqların yalnız heç-heçəyə deyil, qələbəyə də yaxın olduğunu bildirib. Görüşün 89-cu dəqiqəsində Lixtenşteyn futbolçuları "üç nəfərin iki rəqibə qarşı" olduğu əks-hücum imkanı əldə etsələr də, son mərhələdə topdan düzgün yararlana bilməyiblər.

Lixtenşteyn Futbol Federasiyasının rəsmi saytı isə qarşılaşmanın nəticəsini "bir qədər bəxti gətirmiş, lakin layiq görülən" heç-heçə kimi qiymətləndirib. Hesabatda həmçinin qeyd olunub ki, görüş ərzində qonaqlar təşkilatlanmış oyunları ilə meydan sahiblərini getdikcə daha çox çıxılmaz vəziyyətə salıblar.

"Landesspiegel" nəşri isə Bakıdakı heç-heçəni Achtungserfolg – "layiqli uğur" ifadəsi ilə xarakterizə edib. Məqalənin müəllifi Azərbaycan yığmasının hesabı aça bilmədikcə meydan sahiblərinin üzərindəki gərginliyin artdığını da vurğulayıb.

Mətbuatda ironik qeydlərə də yer verilib. "Vaterland"ın oyundan əvvəlki canlı mətn yayımında Bakıda yüksək azarkeş sayının gözlənilməsi ilə bağlı səsləndirilən fikirlər xatırladılıb və real tamaşaçı sayının gözləniləndən xeyli az olduğu qeyd olunub. Qarşılaşma zamanı nəşrin jurnalisti Azərbaycan millisinin istifadə edə bilmədiyi qol imkanlarına da bir neçə dəfə diqqət çəkib.

Beləliklə, Lixtenşteyndə Bakıda əldə olunan heç-heçə, demək olar ki, kiçik bir qələbə kimi qarşılanıb. Heyətinin əhəmiyyətli hissəsini yarıpeşəkar və həvəskar klublarda çıxış edən futbolçuların təşkil etdiyi ölkə yığması üçün səfərdə Azərbaycanla oyunda əldə olunan bu nəticə son dövrün ən diqqətçəkən uğurlarından biri hesab olunur.

Qeyd edək ki, Lixtenşteyn Azərbaycan yığması ilə oyunlarda bundan əvvəl də müsbət nəticə əldə edib. AVRO-2000-in seçmə mərhələsində knyazlıq komandası Azərbaycanı sensasiyalı şəkildə 2:1 hesabı ilə məğlub edib. 2010-cu il dünya çempionatının seçmə mərhələsində isə Lixtenşteyn Bakıda 0:0 hesablı heç-heçəyə nail olub. Digər üç qarşılaşmada isə Azərbaycan qalib gəlib: AVRO-2000-in seçmə mərhələsində 4:0, 2010-cu il dünya çempionatının seçmə mərhələsində 2:0, 2013-cü ildə keçirilən yoldaşlıq görüşündə isə 1:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:00

«Səbail»in yeni transferi Sofian Budra: «Azərbaycanda oynayacağımı heç vaxt təsəvvür etməmişdim»

Cüdo
Bu gün, 11:59

Bakıda Braziliya ciu-citsu üzrə açıq turnir keçirilib - FOTO

Futbol
Bu gün, 11:51

London “Qızıl top” mərasimi: tıxaclar, əvvəlcədən açıqlanmış qaliblər və təhlükəsizlik hadisələri

Futbol
Bu gün, 11:41

Mbappe zarafatına görə Çində iki sponsorunu itirdi

Futbol
Bu gün, 11:40

Lozanna klubunun 37 milyard funt-sterlinqə satışı

Basketbol
Bu gün, 11:32

Gəncə basketbol komandası Murad Dikməni yeni baş məşqçi kimi təyin etdilər

Basketbol
Bu gün, 11:14

Sabah: Nanter 92 qarşısında gərgin matçda daha yaxşı performans göstərməyimiz üçün fürsət

Futbol
Bu gün, 11:00

Vidadi Rzayev Kəpəz'in son 8 tur performansını yüksək qiymətləndirir

Futbol
Bu gün, 10:53

Avropada A Seriyası və kubok matçıları: Roma, Arsenal və Borussia diqqət çəkir

Digər
Bu gün, 10:44

Tural Rəhimov Tacikistanda keçiriləcək ACA 209 turnirində rusiya döyüşçüsü Naşxo Qalayevlə qarşılaşacaq

Futbol
Bu gün, 10:40

Şahzadə Uilyam İngiltərə futbolçusu Harry Keni Ballon d'Or üçün təbrik etdi

Digər
Bu gün, 10:29

Araz-Naxçıvan Uypeştlə UEFA Çempionlar Liqasında Oynayacaq

Boks
Bu gün, 10:23

Xavyer Mendes Castin Qetci: Topuriya ilə döyüşü 9 dəfə izlədim

Futbol
Bu gün, 10:20

İspaniya klubu Qalatasarayın keçmiş hücumçusu Mauro İkardini transfer etmək istəyir

Futbol
Bu gün, 10:00

Mikels Sabahdan Bundesligaya keçəcək – 500 min avro təklif

Gimnastika
Bu gün, 09:59

Bakıda akrobatika və aerobika üzrə 31-ci və 10-cu ölkə birinciliyi keçiriləcək

Futbol
Bu gün, 09:40

Aleks Skott 'Bornmut'da ikinci müqavilə təklifini alıb, klub rekorduna yaxın

Futbol
Bu gün, 09:38

Futbolçuların içdikləri mayeyi nə üçün tüpürürlər: karbohidrat ağız yaxalama üsulu

Basketbol
Bu gün, 09:26

Sabah Bakıda Nanter 92 ilə FIBA Champions League oyununu oynayacaq;

Futbol
Bu gün, 09:20

Bavariya, 17 yaşlı Borussia oyunçusuna maraq göstərdi

Güləş
Bu gün, 09:15

Məmmədli Aslanyanla mübarizəsi: Azərbaycan üçün qızıl və bürünc medallar

Futbol
Bu gün, 09:00

Azərbaycan Kubokunun II təsnifat mərhələsində elita klubları iştirak edir

Güləş
Bu gün, 09:00

Azərbaycan qadın güləşçiləri Astana Dünya Çempionatına qatılır

Futbol
Bu gün, 08:20

2026-cı ilin dünyanın ən yaxşı klubunun adı Paris Saint-Germain olaraq bəlli oldu

Oxşar xəbərlər