"Barselona"nın müdafiəçisi Jül Kunde karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz-in "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "Liverpul" 27 yaşlı fransız futbolçu ilə maraqlanır. Hazırkı İngiltərə çempionu yay transfer pəncərəsində oyunçuya rəsmi təklif verməyi planlaşdırır və onun üçün təxminən 80 milyon avro təklif etməyə hazırdır.
Kunde 2022-ci ildə "Sevilya"dan "Barselona"ya 50 milyon avroya keçib. Onun Kataloniya klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
Bu mövsüm müdafiəçi bütün yarışlarda 35 oyunda iştirak edib, üç qol vurub və iki məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 65 milyon avrodur.