Belçikanın "Genk" klubunun qapıçısı Luka Brügmans "Liverpul"a transferə yaxındır.
İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkədə məlumat yayıb.
İngiltərə klubu belçikalı tərəflə danışıqlar aparıb və 18 yaşlı qapıçının keçidi ilə bağlı razılığa gəlib. Transferin məbləği 35 milyon avro təşkil edəcək. Brügmansın gələn ilin yayında "qırmızılar"a qoşulacağı gözlənilir.
Qapıçı 2024-cü ilin yayından "Genk"də çıxış edir. Onun klubla müqaviləsi 2030-cu ilin iyununun sonunadək qüvvədədir.
Qeyd edək ki, İngiltərə çempionatında iki turdan sonra "Liverpul" 2 xal toplayıb və turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.