Lionel Messi dünya çempionatı tarixində yarımfinal mərhələsində meydana çıxan ən yaşlı sahə oyunçusu olub. Sport24.az xəbər verir ki, Argentina millisinin hücumçusu DÇ-2026-nın yarımfinalında İngiltərə yığması ilə oyuna (ilk hissə – 0:0) start heyətində çıxıb.
Qeyd edək ki, Messi bunu 39 yaş 21 günlük olarkən reallaşdıraraq dünya çempionatlarının yarımfinalında çıxış edən sahə oyunçuları arasında yeni yaş rekorduna imza atıb.