"Barselona"nın hücumçusu Robert Levandovski açıqlama verib. Sport24.az xəbər verir ki, polşalı futbolçu Kataloniya klubundakı gələcəyindən danışıb:
"Hazırda nə olacağını bilmirəm. Mövsümün sonunda necə hiss edəcəyim önəmlidir. Qərarsızam və hansı addımı atım, hələ bilmirəm".
Levandovskinin yayda klubdan ayrılacağı iddia edilir. Polşalı forvard bu mövsüm 33 oyunda 14 qol vurub, 3 məhsuldar ötürmə edib.