İspaniyanın "Barselona" komandasının hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı qərarı seçkilərdən sonraya saxlayacaq.
İdman.Biz xəbər verir ki, forvard əsas prioritet kimi katalonlarla müqavilənin uzadılmasını görür. O, təklif cəlbedici olarsa, maaşın aşağı olması belə seçimə mane olmayacaq.
Məlumata görə, Levandovski üçün maliyyə şərtlərindən daha vacibi ailəsinin sabitliyidir. Təcrübəli futbolçu gələcək planlarını da məhz bu amilə görə dəyərləndirəcək.