top
La Liqa: Real Sosyedad Barselonanı məğlub etdi, Atletiko və Valensiya qələbə qazandı - YENİLƏNİB + VİDEO Idman.biz
19 yanvar 2026, 02:21
- ↺ +

La Liqa: "Real Sosyedad" "Barselona"nı məğlub etdi, "Atletiko" və "Valensiya" qələbə qazandı - YENİLƏNİB + VİDEO

İspaniyanın La Liqasında 20-ci turun "Real Sosyedad" - "Barselona" oyunu başa çatıb.

İdman.Biz xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə hesab 32-ci dəqiqədə "Real Sosyedad"ın hücumçusu Mikel Oyarzabal tərəfindən açılıb. 70-ci dəqiqədə "Barselona"nın forvardı Markus Reşford tarazlığı bərpa etsə də, cəmi bir dəqiqə sonra Qonsalu Gedeş katalonların qapısına ikinci qolu vurub.

Matçın son dəqiqələrində "Real Sosyedad" azlıqda qalıb. 88-ci dəqiqədə Karlos Soler kobud oyuna görə qırmızı vərəqə alıb. Lakin qalan vaxtda hesab dəyişməyib və "Barselona" say üstünlüyündən yararlana bilməyib.

20 turdan sonra "Barselona" 49 xalla turnir cədvəlinə başçılıq edir. "Real Sosyedad" isə 24 xalla doqquzuncu pillədə qərarlaşıb.

Növbəti turda "Barselona" yanvarın 25-də evdə "Ovyedo"nu qəbul edəcək. "Real Sosyedad" isə həmin gün öz meydanında "Selta" ilə qarşılaşacaq.

23:37

La Liqasnın 20-ci turu çərçivəsində "Selta Viqo" "Rayo Valekano"ya aman verməyib.

İdman.Biz xəbər verir ki, "Selta Viqo" biri penaltidən olmaqla üç cavabsız qol vurub. 40-cı dəqiqədə Serxio Karreyra, 54-cü dəqiqədə Zaraqoza, 79-cu dəqiqədə isə Rueda fərqlənib.

"Rayo" oyunu daha üstün keçirməsinə baxmayaraq 66-cı dədiqədə Mendinin qırmızı vərəqəsi ilə azlıqda qalıb.

"Selta" bu qələbə ilə xallarını 32-yə çatdıraraq turnir cədvəlinin yeddinci pilləsində qərarlaşıb. 22 xalı olan "Rayo" isə 12-ci pillədədir.

21:15

La Liqasnın 20-ci turu çərçivəsində "Atletiko" "Alaves"i qəbul edib.

İdman.Biz xəbər verir ki, oyun ev sahibinin qələbəsi ilə başa çatıb.

48 dəqiqədə vurulan yeganə qolun müəllifi Aleksander Serlot olub.

Bu qələbədən sonra "Atletiko" xallarını 41-ə çatdıraraq dördüncü pillədə qərarlaşıb. "Alaves" isə 19 xalla 18-cidir.

18:59

İspaniya La Liqasının 20-ci turu çərçivəsində "Xeta" - "Valensiya" qarşılaşması qonaqların qələbəsi ilə başa çaıb.

İdman.Biz xəbər verir ki, yeganə qolu 84-cü dəqiqədə Xose Qaya vurub.

Qələbə sayəsində "Valensiya" xallarını 20-yə çatdıraraq aşağı liqaya düşmək həddindən bir pillə uzaqlaşaraq 17-ci sırada qərarlaşıb. "Xetafe" isə 21 xalla 15-ci yerdədir.

18:45

İspaniya La Liqasının 20-ci turu çərçivəsində "Real Betis" "Vilyareal"ı qəbul edib.

İdman.Biz xəbər verir ki, ev sahibi komandanın açıq üstünlüyü şəraitində keçən oyun 2:0 hesabı ilə başa çatıb.

Qolları 57-ci dəqiqədə Aytor Ruibal və 83-cü dəqiqədə Pablo Fornalas vurub. Qonaq komandanın oyunçusu Santi Komesaniya 76-cı dəqiqədə komandasını azlıqda qoyub.

Bu qələbədən sonra "Betis" xallarını 32-yə çatdıraraq altıncı pilləyə yüksəlib. "Vilyareal" isə çempionluq yolunda xal itirərək 41 xalla üçüncü pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Dünən, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Dünən, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Oxşar xəbərlər