top
La Liqa: Osasuna Sevilyanı məğlub etdi, Elçe və Real Sosyedadın oyunlarından nəticələr - YENİLƏNİR + VİDEO Idman.biz
26 aprel 2026, 23:37
- ↺ +

La Liqa: "Osasuna" "Sevilya"nı məğlub etdi, "Elçe" və "Real Sosyedad"ın oyunlarından nəticələr - YENİLƏNİR + VİDEO

İspaniya La Liqasında "Osasuna" futbol komandası 32-ci turda "Sevilya"nı qəbul edib. Meydan sahibləri geriyə düşdükləri oyunda 2:1 hesablı iradəli qələbə qazanıblar.

İdman.Biz xəbər verir ki, qarşılaşmanın birinci hissəsində hesab açılmayıb. Qonaqlar 69-cu dəqiqədə Nil Mopenin vurduğu qolla önə keçsələr də, üstünlüklərini qoruya bilməyiblər. "Osasuna"nın heyətində 80-ci dəqiqədə Raul Qarsiya tarazlığı bərpa edib. Meydan sahiblərinə üç xalı gətirən qolu isə hakim tərəfindən əlavə olunmuş vaxtda Alexandro Katena rəqib qapısından keçirib.

Bu qələbədən sonra "Osasuna" xallarını 42-yə çatdıraraq turnir cədvəlində doqquzuncu pilləyə yüksəlib. Aktivində 34 xalı olan "Sevilya" isə 18-ci pillədə, yəni düşmə zonasında qərarlaşıb.

20:41

İspaniya La Liqasında "Elçe" futbol komandası səfərdə "Ovyedo"nun qonağı olub. 32-ci turun qarşılaşması qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, "Elçe" oyuna sürətli başlayıb və altıncı dəqiqədə Pedro Biqasla hesabı açıb. Cəmi 10 dəqiqə sonra Qonsalo Vilyar del Frayle komandasının ikinci qoluna imza ataraq üstünlüyü ikiqat artırıb. Meydan sahibləri bu qollara yalnız 76-cı dəqiqədə İlyas Şairlə cavab verə bilsələr də, bu, xal qazanmaq üçün kifayət etməyib.

Bu nəticədən sonra "Elçe" xallarının sayını 38-ə çatdıraraq turnir cədvəlində 13-cü pilləyə yüksəlib. Aktivində 28 xalı olan "Ovyedo" isə sonuncu - 20-ci pillədə qərarlaşıb.

18:22

İspaniya La Liqasında "Real Sosyedad" futbol komandası səfərdə "Rayo Valyekano"nun qonağı olub. "Valyekas" stadionunda baş tutan 32-ci turun oyunu 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 22-ci dəqiqədə Mikel Oyarzabal açıb. Meydan sahibləri 30-cu dəqiqədə Serxio Kamelyo ilə tarazlığı bərpa etsələr də, 63-cü dəqiqədə Orri Oskarsson qonaqları yenidən önə keçirib. 76-cı dəqiqədə Mikel Oyarzabal penaltini dəqiq yerinə yetirərək dublunu rəsmiləşdirib.

Oyunun sonu meydan sahiblərinin geri dönüşü ilə yadda qalıb. 84-cü dəqiqədə Floriyan Lejen fərqi azaldıb, 90+9-cu dəqiqədə isə Aleşandre Juravski bərabərlik qolunu vurub. Matçın 90+12-ci dəqiqəsində İsi Palason qırmızı vərəqə alaraq meydandan qovulub.

Hazırda "Real Sosyedad" 43 xalla səkkizinci, "Rayo Valyekano" isə 39 xalla 11-ci pillədə qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Fabrizio Romano: Arsenal qış transfer pəncərəsində yeni hücumçu ala bilər

Futbol
Bu gün, 05:21

Ronaldo: Sir Alex Ferguson məni əsl kişiyə çevirdi

Futbol
Bu gün, 04:07

Qadınlar futbolunda topun zərbəsi ilə həm qol, həm də zədələnmə – VİDEO

Futbol
Bu gün, 02:15

Sevilya 0:0 Alaveslə rəngdən qalıb, penalti qaçırdı

Futbol
Bu gün, 02:07

Everton, Barrinin dublu sayəsində 3:1-ə Koventriyə məğlub oldu

Futbol
Bu gün, 02:02

Cəlal Hüseynovun dəyişdirilməsi ilə “Petrolul” uzaqda 1-0 qələbə qazandı

Futbol
Bu gün, 01:55

Venesiya Udinezu məğlub edərək 3 xal qazandı

Digər
Bu gün, 01:48

Xankəndi stadionu Zəfər Günündə bəzədilər

Futbol
Bu gün, 01:41

Hamburg 3-1 Borussiyaya qələbə qazandı

Qarabağ FK
Bu gün, 01:23

Musa Qurbanlı: Xal itkilərinə baxmayaraq çempionluq hədəfi dəyişməyib

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Oxşar xəbərlər