top
Kolambus Kryuda Nəriman Axundzadəyə olan ümidlər: İDMAN.BİZ İcmalı Idman.biz
16 may 2026, 12:32
- ↺ +

"Kolambus Kryu"da Nəriman Axundzadəyə olan ümidlər: İDMAN.BİZ İcmalı

Nəriman Axundzadə MLS-də uyğunlaşma prosesini davam etdirir. Hücumçu ABŞ-nin futbol reallığına və "Kolambus Kryu" klubuna tədricən alışır, klubda isə artıq onun böyük potensialından və komandanın gələcəyində mühüm rol oynaya biləcəyindən danışırlar. Lakin hazırda ona müəyyən mənada oyun praktikası çatmır.

İdman.Biz xəbər verir ki, Amerika liqasının ən sistemli klublarından birinə keçid gənc futbolçunun karyerasında mühüm mərhələ olub və ABŞ-də ona uzunmüddətli perspektivli layihə kimi yanaşılır. "Kolambus Kryu" klubunda gizlətmirlər ki, Axundzadənin yalnız mərkəz hücumçusu kimi deyil, həm də universal hücumçu kimi inkişafına ümid bəsləyirlər. Komandanın baş məşqçisi Henrik Rydström bildirib ki, yeni transfer eyni anda bir neçə mövqedə oynamaq bacarığına malikdir və bu, müasir hücum futbol modeli üçün xüsusi əhəmiyyət daşıyır.

Bununla yanaşı, çalışdırıcı futbolçunun adaptasiya prosesini sürətləndirmək niyyətində deyil. Məşqçilər korpusu oyunçunun yeni mühitdə potensialını tam şəkildə ortaya qoyması üçün onun mərhələli inkişafına üstünlük verir. "Biz Nərimanla ehtiyatlı davranacağıq", – deyə Rüdström futbolçunun məşqlərdəki fəaliyyətini və meydandakı əzmkarlığını şərh edərkən bildirib.

Bu isə çox şeyi izah edir. Axundzadə MLS-də indiyədək altı matçda meydana çıxıb və onun ümumi oyun müddəti 31 dəqiqə təşkil edib. O, həmçinin kubok görüşündə start heyətində meydana çıxaraq matçı sonadək keçirib və komandasının 1/4 finala yüksəlməsinə kömək edib. Hücumçunun ABŞ-də artıq şəxsi azarkeşləri də yaranmağa başlayıb. Həmyerlilərimizdən biri olan Ceyhun Əlizadə son oyunlardan birindən sonra Nərimana ləvəngi hədiyyə edib.

Klubda hücumçunun ilk dönəmdəki çıxışından razıdırlar. Onun çevikliyi, texnikası, topsuz fəallığı və xətlər arasında açılmaq bacarığı xüsusi qeyd olunur. Klub mütəxəssislərinin fikrincə, məhz bu keyfiyyətlər futbolçunun MLS-in intensiv oyun üslubuna tez uyğunlaşmasına imkan verir.

Düzdür, bunun fonunda "Kolambus Kryu" klubunun çempionatdakı vəziyyəti o qədər də ürəkaçan deyil. Şərq Konfransında hazırkı 13-cü yer Ohayo təmsilçisinin hələ də sabit çıxış etmədiyini göstərir. Komanda məşqçilər korpusunda və oyun fəlsəfəsində baş verən dəyişikliklərdən sonra yenilənmə və yenidənqurma dövrünü yaşayır. Belə şəraitdə gənc futbolçulara üstünlük verilməsi xüsusi əhəmiyyət daşıyır. Klubda anlayırlar ki, Avropadan gələn futbolçunun uyğunlaşması zaman tələb edir, buna görə də azərbaycanlı hücumçu üzərində təzyiq minimum səviyyədə saxlanılır.

"Kolambus Kryu"nun baş meneceri İssa Tall da futbolçunun potensialını yüksək qiymətləndirib. Klub rəhbərliyi hesab edir ki, Axundzadə sürəti və universallığı sayəsində komandanın hücum xəttinə yeni variantlar əlavə edə bilər. "Qarabağ" klubundakı uğurlu çıxışlardan və Çempionlar Liqasındakı oyunlardan sonra Axundzadə tamamilə fərqli futbol mədəniyyətində özünü göstərmək imkanı qazanıb. Burada fiziki intensivlik və yüksək oyun tempi xüsusi önəm daşıyır.

Buna baxmayaraq, Axundzadədən gözləntilər yüksək olaraq qalır. MLS-də əmindirlər ki, düzgün inkişaf yolu keçəcəyi halda o, Şimali Amerikada Azərbaycan futbolunun seçilən simalarından birinə və "Kolambus Kryu" komandasının hücum xəttinin vacib elementinə çevrilə bilər.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Bu gün, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Bu gün, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Bu gün, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Bu gün, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Bu gün, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Bu gün, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Bu gün, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Bu gün, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Bu gün, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Bu gün, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Bu gün, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Bu gün, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Bu gün, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Bu gün, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Bu gün, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Bu gün, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Bu gün, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Olimpiada
Bu gün, 20:06

İmran və İbrahim Novruzinin beynəlxalq Mental Arifmetika Olimpiadasında qalibiyyəti

Futbol
Bu gün, 19:58

Atletiko, Arsenalın yarımmüdafiəçisi Mikel Merinonun 30 milyon avroluq icarə təklifini göndərəcək

Futbol
Bu gün, 19:46

Qalatasarayın yeni futbolçusunun həyat yoldaşı, İrina Podşibyakina, Türkiyədəki karyerasını dəstəkləmək üçün işini tərk etdi

Qarabağ FK
Bu gün, 19:41

Elvin Cəfərquliyev “Qarabağ”ın məşqlərinə qoşuldu – foto

Futbol
Bu gün, 19:30

İnter Kyeza transferində maaş çətinliyi; Liverpuldan güzəşt gözlənilir

Qarabağ FK
Bu gün, 19:28

U-19 millinin Euro yarişımına hazırlığı üçün "Sabah"–"Qarabağ" oyunu təxirə salındı

Oxşar xəbərlər