top
Klublararası Dünya Çempionatı: Yeni Format, Gözlənilməz Nəticələr və Milyardlıq Gəlirlər Idman.biz
15 iyul 2025, 12:01
- ↺ +

Klublararası Dünya Çempionatı: Yeni Format, Gözlənilməz Nəticələr və Milyardlıq Gəlirlər

Klublararası dünya çempionatının formatında ciddi dəyişiklik edilsə də, bu reforma birmənalı qarşılanmasa da, yenilənmiş yarış baş tutdu. Tənqidlərə "inad" keçirilən turnir maraqlı nəticələrlə də yadda qaldı. Xüsusilə final oyunu gözlənilməz yekunlaşdı: "Çelsi" əsas favoritlərindən hesab olunan PSJ-yə böyük hesabla qalib gəldi – 3:0.

Paris klubu axırıncı dəfə 2023-cü ilin oktyabrında "Nyukasl" qarşısında bu qədər aciz qalmışdı (1:4). Son mövsümdə isə həm Fransada, həm də UEFA Çempionlar Liqasında maksimum nəticə göstərmişdi. "Çelsi" isə Avropanın səviyyəcə üçüncü yarışı - Konfrans Liqasının qalib olmuş və İngiltərə Premyer Liqasında 4-cü pilləni tutmuşdu. London təmsilçisi finala taktiki baxımdan daha ciddi yanaşıb, rəqibini yaxşı təhlil etməklə layiqli qələbə qazandı.

Klubların mundialı əslində əvvəllər keçirilən Qitələrarası kubokun davamı hesab edilir. Sözügedən yarışda Avropa və Cənubi Amerikanın ən güclü komandası üz-üzə gəlirdi. Qitələrarası kubokla bağlı bizim üçün maraqlı məqamlardan biri də budur ki, 1972-ci ildə Argentinada baş tutan "İndependiente" – "Ayaks" qarşılaşmasını məşhur azərbaycanlı hakim Tofiq Bəhramov idarə etmişdi.

FIFA-nın 2000-ci ildə start verdiyi klublararası dünya çempionatına, əsasən, hər qitədən bir komanda və təşkilatçı ölkənin bir təmsilçisi olmaqla 7 iştirakçı qatılırdı. Ancaq 2025-ci ildən etibarən yarış 32 komandalı formata keçdi. İndi o, dörd ildən bir keçiriləcək və hər il baş tutacaq Qitələrarası kubok da paralel şəkildə davam etdiriləcək.

Yarışla bağlı əsas narazılıqlar futboldakı sıx təqvimlə əlaqədardır. İndi bir mövsüm ərzində oyunçuların 60-dan çox rəsmi matçda çıxış etmələri qeyri-adi hal sayılmır. Az qala hər yay bir böyük turnir keçirilir: 2024-cü ildə Avropa birinciliyi, indi klubların mundialı, 2026-cı ildə isə aparıcı futbolçuları ilk dəfə 48 milli komandanın qatılacağı dünya çempionatı gözləyir.

ABŞ-də keçirilən yarış həm hava şəraiti, həm də təşkilati məsələlər baxımından bəzi problemlərlə üzləşdi. Bir neçə matçda fırtına təhlükəsindən dolayı uzun fasilələr verildi, bilet satışları isə gözlənilən səviyyədə olmadı. Bu səbəbdən qiymətlər aşağı salındı. Rəsmi göstəricilərə görə, stadionlarda ümumi tamaşaçı sayı 2 milyon yarıma yaxın olub ki, bu da hər oyuna orta hesabla 39 557 nəfər deməkdir. Müqayisə üçün Qətər-2022-də bu rəqəm 53 191, AVRO-2024-də isə 52 574 idi.

Meydandakı rəqiblər arasında səviyyə fərqi məhsuldarlığa da təsir etdi – turnirin hər oyununda orta hesabla 3,1 qol vuruldu. Oxşar göstərici milli komandalar arasında keçirilən mundiallarda sonuncu dəfə 1958-ci ildə müşahidə olunmuşdu (3,6 qol). Səkkiz və daha çox iştirakçının qatıldığı Avropa çempionatlarında isə bu səviyyədə məhsuldarlıq qeydə alınmayıb.

Ən çox qazananlar isə təbii ki, klublar oldular. Müqayisə üçün, UEFA Çempionlar Liqasında aparıcı komandalar bir oyuna orta hesabla 10 milyon ABŞ dollarından az gəlir əldə edir. Yeni formatlı mundialda bu rəqəm bəziləri üçün hətta 15 milyon dolları ötdü.

Ümumi mükafat fondu 1 milyard dollar təşkil edirdi. "The Swiss Ramble"ın məlumatına görə, yeddi komandanın gəliri 50 milyon dollardan yüksək oldu: "Çelsi" ümumilikdə 114,6 milyon, PSJ 106,9 milyon, "Real Madrid" 82,5 milyon, "Fluminense" 60,8 milyon, "Bayern" 58,2 milyon, "Borussiya Dortmund" 52,3 milyon və "Mançester Siti" 51,7 milyon dollar məbləğində qazanc əldə etdi. Hətta böyük hesablarla uduzan və əsasən həvəskar oyunçulardan ibarət "Oklend Siti" belə turnirdən 4,6 milyon dollarla ayrıldı.

Növbəti mundialın 2029-cu ildə baş tutacağı artıq məlumdur. Amma harada keçiriləcəyi hələ dəqiqləşməyib. Namizəd ölkələr arasında yenə ABŞ, həmçinin Avstraliya, Braziliya, Qətər, eləcə də DÇ-2030-a ev sahibliyi edəcək İspaniya, Portuqaliya və Mərakeş üçlüsü var. Gələcək iştirakçılardan bəziləri isə artıq bəllidir: bu il öz qitələrində ən güclü olan "Əl-Əhli" (Səudiyyə Ərəbistanı), "Piramids" (Misir), "Kruz Azul" (Meksika) və yenə PSJ.

Turnirin genişləndirilməsi futbolçuların işini, necə deyərlər, artırsa da, klublara ciddi maliyyə dividendləri qazandırıb. FIFA isə bu yarışa böyük strateji əhəmiyyət verir və onu qlobal futbolun gələcəyi üçün vacib platforma kimi görür.

Rasim Mövsümzadə

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Oxşar xəbərlər