"Qəbələ"nin futbolçuları "Şamaxı" ilə oyunda meydana ağır yükləmələr fonunda çıxıblar".
İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze deyib.
Gürcüstanlı mütəxəssis ötən gün "Şamaxı"ya qalib gəldikləri yoxlama oyunundan razı qalıb: "Bu bir sınaq matçı idi. Hər iki komanda yüklənmələr fonunda yaxşı oyun sərgiləməyə çalışdı. Maraqlı qarşılaşma alındı. Hər iki kollektiv bütün futbolçulara şans verdi. Düzdür, qələbə qazanmaq xoşdur. Amma əsas olan müəyyənləşdirdiyimiz plan üzrə irəliləməkdir. Hazırlıqlar davam edir. Futolçularıma təşəkkür edurıəm. Çünki həqiqətən ağır yüklənmələr fonunda meydana çıxmışdılar. Onlar meydanda çox güc sərf edirlər".
Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
İdman.biz