"Borussiya Dortmund"un almaniyalı hücumçusu Kərim Adeyemi Kataloniya klubuna transferini başa çatdırmaq üçün Barselonaya gəlib.
İdman.Biz bu barədə Florian Plettenberqə istinadən bildirir.
Məlumata görə, hücumçu Kataloniya paytaxtının hava limanında təyyarədən düşərkən görüntülənib.
Klublar 22 milyon avroluq müqavilə, oyunçunun oyunlarına və qazandığı titullara əsasən əlavə 7 milyon avro bonuslar barədə razılığa gəliblər. Oyunçu kataloniyalılarla beş illik müqavilə imzalayacaq.
Ötən mövsüm Adeyemi bütün yarışlarda 39 oyun keçirib, 10 qol vurub və altı məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 40 milyon avrodur.