top
“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur” Idman.biz
20 sentyabr 2026, 22:21
- ↺ +

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Misli Premyer Liqasının altıncı turunda "Sumqayıt"la 1:1 hesablı heç-heçədən sonra "Kəpəz"in baş məşqçisi Azər Məmmədov mətbuat konfransında qarşılaşmanı dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis görüşün maraqlı keçdiyini və azarkeşlərin oyundan zövq aldığını düşündüyünü bildirib.

"Biz bu oyuna qələbə üçün çıxmışdıq. ‘Sumqayıt"la aramızdakı xal fərqini artırmaq istəyirdik. Amma bir xal da bizim üçün vacibdir. Xalımızın üstünə bir xal da gəldi", - deyə Məmmədov bildirib.

Məmmədov Viktor Stinanın ləğv edilən qolundan sonra komandada psixoloji eniş yarandığını etiraf edib:

"Birinci qolu vurduq, amma qol ləğv edildi. Bundan sonra futbolçularda istər-istəməz müəyyən psixoloji eniş yarandı. Sonra qol buraxdıq. Buna baxmayaraq, uşaqlar geridönüş etdilər və hesabı bərabərləşdirdilər. Hətta son epizoddan istifadə etsəydik, qələbə də qazana bilərdik".

Azər Məmmədov ləğv edilən qolla bağlı epizodu hələ təkrar izləmədiyini deyib:

"Həmin epizoda təkrar baxmağa vaxtım olmayıb. Hakim epizoda məndən daha yaxın idi və VAR da baxdı. Əgər belə qərar verilibsə, yəqin ki, düzgündür. Təkrara baxdıqdan sonra özüm də bir qənaətə gələcəyəm".

Baş məşqçi "Kəpəz"in yenidən qurulan komanda olduğunu vurğulayıb:

"Biz hər oyuna qələbə üçün çıxırıq. Komanda demək olar ki, yenidən qurulub. ‘Kəpəz" artıq bir neçə ildir bu prosesi keçir. Belə şəraitdə stabillik yaratmaq asan deyil. Biz də çalışırıq ki, həmin stabilliyi təmin edək. Dörd oyundan yeddi xalın bizim üçün yaxşı nəticə olduğunu düşünürəm".

O, qələbənin əldən çıxmasının əsas səbəbini isə hücumların sonlandırılmasında görüb:

"Demək olar ki, hər oyunda qol vurmuşuq, yalnız "Sabah"la matç istisnadır. Amma son nöqtəni qoymaqda problemimiz var. Düşünürəm ki, futbolçularımıza bu baxımdan bir az təcrübə çatmır. Daha çox qol vura bilərik".

Mütəxəssis komandanın ümumi çıxışından razı qaldığını, lakin fasilə dövründə ciddi iş görülməli olduğunu qeyd edib:

"Komandamdan razıyam, amma üzərimizdə çox işləməliyik. Milli komandaların oyunları ilə əlaqədar fasilədə çalışacağıq ki, komandanı daha da yaxşılaşdıraq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:49

Fənərbağça İsmail Kartalın təhvilinə dair yeni iddialar

Futbol
Bu gün, 21:47

İsmayıl Kartalla ilə Fənərbağça müqavilə bitdi

Futbol
Bu gün, 21:38

Flik "Barselona"nın aparıcı futbolçularının Sevilyadan qayıtmaq istəyindən narazıdır

Güləş
Bu gün, 21:27

Cəfərov dünya çempionatında finalda 5:8 məğlubiyyətə məruz qaldı

Futbol
Bu gün, 21:26

Barselona Xulian Alvares ilə danışıqlara görə 602 avro cərimə alır;

Futbol
Bu gün, 21:24

Bavariya baş məşqçisi Vensan Kompaninin sağlamlığı yaxşılaşıb

Basketbol
Bu gün, 21:10

Serxio Ramos, Luka Donçiçin 52 xallıq möhtəşəm performansını təqdir etdi - FOTO

Futbol
Bu gün, 20:47

London Meri Harri Keynin “Qızıl Top” mükafatını tarixi hadisə adlandırdı

Güləş
Bu gün, 20:33

Nihat Məmmədli: Dünya çempionatında gümüş medalla kifayətlənmədim, daha rahat güləşib qalib gələ bilərdim

Futbol
Bu gün, 20:07

Pol Skoulz Manchester United üçün ən uyğun baş məşqçi namizədi Antonio Konte olduğunu bildirir

Futbol
Bu gün, 19:50

Rəhim Həsənov: Cavid Cəlilovun Penaltı Qərarı Yanlışdır

Futbol
Bu gün, 19:45

PSJ: Xviça Kvaratsxeli sağ dizindən uğurla əməliyyat edilib

Cüdo
Bu gün, 19:32

Bakıda 20 yaşa qədər cüdoçular arasında şəhər birinciliyi keçirilib

Futbol
Bu gün, 19:28

Arsen Venger Bakıda AFFA təşkilatçılığı ilə ümumiyyətlə məşqçilər üçün master-klassda iştirak edib

Digər
Bu gün, 19:27

Fərid Ələkbərov: ‘5:4’ Qələbə, Daha Yaxşı Oynadıq

Qarabağ FK
Bu gün, 19:25

“Qarabağ”ın 1/8 final rəqibi “Sumqayıt” oldu

Futbol
Bu gün, 19:20

Arda Turan Ukraynada qolunu itirən əsgərə qucaqlama və forma hədiyyəsi ilə unudulmaz jest göstərdi

Futbol
Bu gün, 18:59

Aleksey Batrakov qışda "Qalatasaray"ı tərk edə bilər

Futbol
Bu gün, 18:52

PSJ-nin ardıcıl Çempionlar Liqası uğurlarının əsas səbəbi: Luis Kamposun transfer strategiyası

Futbol
Bu gün, 18:43

Karrager: Keyn Tottenhamdansa, Qızıl Topu qazana bilməzdi

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Oxşar xəbərlər