top
Kayl Spens: Futbolda hər şey mümkündür, biz buna inanırıq - MÜSAHİBƏ Idman.biz
03 aprel 2026, 16:34
- ↺ +

Kayl Spens: "Futbolda hər şey mümkündür, biz buna inanırıq" - MÜSAHİBƏ

"Futbolda hər şey mümkündür. Biz komanda şəklində buna inanırıq".

Bunu "Karvan-Yevlax"ın ingiltərəli yarımmüdafiəçisi Kayl Spens futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Milli fasilədən necə yararlandınız? Bu fasilə mövsümün son mərhələsinə daha yaxşı hazırlaşmağınıza kömək etdimi?

– Fasilədən faydalanmağa çalışdıq. Məşqlərimiz yaxşı keçir. Biz çox çalışırıq və baş məşqçimizin verdiyi tapşırıqları yerinə yetiririk. İnanıram ki, bunun bəhrəsini görəcəyik.

– 26-cı turda səfərdə "Qarabağ"la üz-üzə gələcəksiniz. Güclü rəqibə qarşı çətin oyundan hansı nəticəni gözləyirsiniz? Sensasiya etməyə gücünüz çatarmı?

– "Qarabağ" Azərbaycanın ən məşhur klublarından biridir. Cari mövsümdə onlarla 4-cü oyunumuzu keçirəcəyik. Niyə də Yevlaxa yaxşı nəticə ilə qayıtmayaq?! Komandama, heyətin hər bir üzvünə inanıram. Uğurlu nəticəyə imza atmaq üçün əlimizdən gələni edəcəyik.

– Son 4 turda 2 heç-heçə edib 2 matçı minimal hesabla uduzmusunuz. Uğurlu nəticələr üçün nəyin çatışmadığını düşünürsünüz?

– Hər oyuna yaxşı hazırlaşırıq. Müsbət məqam odur ki, "Zirə" ilə görüşü çıxmaq şərtilə, son matçlarda qol vurmuşuq. Düşünürəm ki, qarşıdakı görüşlərdə yaxşı nəticələr əldə edəcək və azarkeşlərimizi sevindirəcəyik.

– Mövsümün sonuna cəmi 8 tur qalıb və turnir cədvəlində sonuncu yerdə olan "Karvan-Yevlax" 11-ci pillədən 8 xal geri qalır. Bu fərqi aradan qaldırmaq mümkündürmü?

– Futbolda hər şey mümkündür. Biz komanda şəklində buna inanırıq. Azarkeşlərimiz də bizə inanırlar. Çempionatın növbəti turlarında əsas rəqiblərimizlə qarşılaşacağıq. Sonadək mübarizə aparacağıq.

– Sizcə, qalan 8 matçın neçəsində qələbə qazanmaq şansınız realdır?

– Əsas rəqiblərimizlə oyunlar bizim üçün çox vacibdir. Mən və komanda yoldaşlarım "Karvan-Yevlax"ı elitada saxlayacağımıza inanırıq. Bunun üçün əlimizdən gələni edəcəyik.

– Mövsümün sonu yaxınlaşdıqca futbolçulara təkliflər gəlməyə başlayır. Azərbaycandan və ya digər ölkələrdən sizinlə maraqlanan klublar varmı?

– Hazırda bütün diqqətimi "Karvan-Yevlax"ın oyunlarına yönəltmişəm. Dediyim kimi, məqsədimiz elitada qalmaqdır. Təkliflər barədə danışmaq üçün hələ tezdir. Necə olacağını zaman göstərəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Oxşar xəbərlər