top
Karib dənizinin “Piton Boys”ları: Azərbaycanın rəqibi haqqında bilməli olduqlarınız - İDMAN.BİZ-in İCMALI Idman.biz
27 mart 2026, 16:12
- ↺ +

Karib dənizinin “Piton Boys”ları: Azərbaycanın rəqibi haqqında bilməli olduqlarınız - İDMAN.BİZ-in İCMALI

Bu gün Azərbaycan milli komandası "FIFA Series - 2026" çərçivəsində Sent-Lüsiya ilə qarşılaşacaq.

İdman.Biz xəbər verir ki, bu, yığmamız üçün, yəqin ki, ən maraqlı rəqiblərdən biridir. Bununla yanaşı, Sent-Lüsiya millisinin tarixində diqqət yetirməyə dəyər bir neçə maraqlı məqam var.

Qeyd edək ki, hazırkı Sent-Lüsiya millisi gənclik, ciddi infrastruktur çətinlikləri və olduqca tanınan milli simvolikanın vəhdətindən ibarətdir.

Belə ki, komandanın "Piton Boys" ləqəbi birbaşa Sent-Lüsiyanın əsas təbii simvolu olan məşhur Qro-Piton və Pti-Piton zirvələri ilə bağlıdır. Bu iki vulkanik qaya sütunu adanın ən tanınan simvollarından hesab olunur və hətta ölkənin milli atributlarında da əksini tapıb. "Piton" sözünün özü fransızcadan götürülüb və "zirvə" və ya "qaya sütunu" mənasını verir. Buna görə də yığmanın ləqəbi "Pitonların oğlanları" və ya "Pitonlar ölkəsinin təmsilçiləri" kimi başa düşülə bilər. Sent-Lüsiya üçün bu, sadəcə gözəl obraz deyil, milli kimliyin bir hissəsidir.

İdman baxımından komanda hazırda növbəti yenilənmə mərhələsini yaşayır. Yerli nəşrlər Azərbaycanla oyun öncəsi qeyd edirdilər ki, hazırkı heyət nisbətən təcrübəsiz görünür. Xüsusilə heyətin gənc olması, 17 yaşlı futbolçuların mümkün debütü və komandanın 2023-cü ilin martından bəri ilk dəfə qapıçı Vino Barslett olmadan səfərə yollanması diqqət çəkir. Bu isə o deməkdir ki, Azərbaycan bu gün yalnız qeyri-adi rəqiblə deyil, eyni zamanda yenidən qurulma prosesində olan komanda ilə qarşılaşacaq.

Bununla belə, Sent-Lüsiya millisinin tarixində mühüm bir epizod da var ki, bu günə qədər komandanın ən böyük uğuru hesab olunur. 1991-ci ildə yığma "Caribbean Cup" turnirinin yarımfinalına yüksəlib və burada Yamaykaya uduzub. Qələbə qazanacağı halda, Sent-Lüsiya tarixində ilk dəfə "Gold Cup"a vəsiqə əldə edəcəkdi. Lakin məğlubiyyət komandanı regionun ən böyük turnirindən bir addım aralıda saxladı. Bu hadisə bu gün də yerli futbol tarixinin əsas məqamlarından biri kimi qəbul edilir.

Eyni zamanda, Sent-Lüsiya millisinin məşqçilər korpusunda çox nüfuzlu fiqur yer alır. Komandanı Stern John çalışdırır və onun adı bütün KONKAKAF(Şimali və Mərkəzi Amerika, Karib hövzəsində ali futbol qurumu) regionunda yaxşı tanınır. O, hələ də bu konfederasiyanın kişi yığmaları arasında 70 qolla ən yaxşı bombardiridir. Kiçik ada ölkəsi üçün belə məşqçinin olması özü-özlüyündə ciddi və nadir amildir.

FIFA reytinqinə nəzər salsaq, hazırda Sent-Lüsiya 167-ci pillədə qərarlaşıb. Komanda tarixində ən yaxşı nəticəsini 2003-cü ilin aprelində göstərərək 108-ci yerə yüksəlib. Ən zəif göstərici isə 2010-cu ilin martında qeydə alınıb – 192-ci pillə.

Müqayisə üçün, Azərbaycan millisi hazırda 127-ci sıradadır. Yığmamızın ən yüksək nəticəsi 2014-cü ilin iyulunda qeydə alınıb – 73-cü yer. Ən aşağı mövqe isə 1994-cü ilin iyununda olub – 170-ci pillə.

Hər iki komandanın tarixində ən böyük hesablı nəticələr də maraq doğurur. Sent-Lüsiya ən böyük qələbəsini 14 aprel 2001-ci ildə ABŞ-ın Vircin adalarını 14:1 hesabı ilə məğlub etməklə qazanıb. Ən ağır məğlubiyyət isə 1 oktyabr 2006-cı ildə Sent-Vinsent və Qrenadinlərə 0:8 hesabı ilə uduzduğu oyunda qeydə alınıb.

Azərbaycan millisinin ən böyükhesablı qələbələri 5 iyun 1999-cu ildə Lixtenşteyn üzərində 4:0 və 4 sentyabr 2017-ci ildə San-Marinoya qarşı 5:1 hesablı oyunlarda olub. Yığmamızın tarixində ən ağır məğlubiyyət isə 6 sentyabr 1995-ci ildə Fransaya 0:10 hesabı ilə uduzduğu qarşılaşmadır.

Stadion məsələsi də ayrıca diqqətə layiqdir. Sent-Lüsiyada bu səviyyəli oyunlar üçün FIFA tərəfindən sertifikatlaşdırılmış faktiki olaraq yalnız bir stadion var – "Daren Sammy Cricket Ground". Onun tutumu təxminən 15 min nəfərdir, lakin hazırkı konfiqurasiyada təxminən 13 min tamaşaçı qəbul edir.

Buna baxmayaraq, yığma hər zaman doğma meydanda oynaya bilmir. 2025-ci ildə komanda dünya çempionatının seçmə mərhələsində Barbadosa qarşı formal olaraq ev oyununu Vil­le­mstadda (Kürasao, Niderland) keçirməli olub. Buna səbəb stadionun kriket oyunları üçün istifadə olunması idi. Qeyd edək ki, kriket Sent-Lüsiyada milli idman növü hesab olunur və futboldan daha populyardır.

Beləliklə, Azərbaycanın bugünkü rəqibi yalnız coğrafiyası ilə maraqlı deyil. Sent-Lüsiya adı altında adanın simvollarından qaynaqlanan parlaq ləqəbə, rekordçu məşqçiyə və yenilənmə mərhələsində olan gənc, bəzən eksperimental heyətə malik komanda dayanır.

Azərbaycan millisi üçün bu, sadəcə ekzotik rəqiblə oyun deyil, həm də beynəlxalq arenada özünü göstərmək istəyən, təzyiqsiz, lakin motivasiyalı rəqib fonunda özünü yoxlamaq imkanıdır.

Qarşılaşma Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 20:57

Kastello Lükeb Barçaya transfer olmaq üçün agentini dəyişdi

Cüdo
Bu gün, 20:51

Abşeronda 302 cüdoçu kəmər imtahanında iştirak edib

Futbol
Bu gün, 20:45

Camal Musiala yarımmüdafiəçi beş həftəlik fasilədən sonra “Bavariya”nın ümumi məşqinə qayıtdı

Futbol
Bu gün, 20:08

Kançelskis: Ronaldunun milli komandaya xidmətinin sonu təbii idi və o, 50 yaşına qədər oynaya bilməzdi

Digər
Bu gün, 19:59

Okan Buruk və Ayris Kurteş arasında romantik münasibət iddiaları

Futbol
Bu gün, 19:58

Ayven Touni Manchester United'ə transfer oluna bilər

Futbol
Bu gün, 19:45

Neftçi, Kəpəzlə qarşılaşmaya hazırdır - FOTO

Futbol
Bu gün, 19:41

Cob Bellinghem: Azarkeşlərin dəstəyi ilə Betisə qarşı qalib gəldik

Digər
Bu gün, 19:19

Fərid Qayıbov və Rəşad İsmayılov Bakıda 1300 ağac əkdi - FOTO

Qarabağ FK
Bu gün, 19:12

İlham Zəkiyev: “Hərbi xidmətdə güllə yarasından sonra görmə qabiliyyətimi itirsəm də, həyata və idmana inamımı itirmədim” - VİDEO

Futbol
Bu gün, 19:07

Qalatasarayın Ştutqart üzərindəki qaləbəsi: Oyunçular klubda əyləncə arxasından qaçdı

Futbol
Bu gün, 19:01

Yaponiyalı Kozo Taşima və Ramon Veqa, 2027-ci il FIFA prezidentliyi seçkilərinə İnfantino rəqibi kimi qoşuldu

Futbol
Bu gün, 18:59

Unay Emeri ilə müqavilə uzadılması üçün danışıqlar başladı

Futbol
Bu gün, 18:46

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu mükafatına 8 namizəd müəyyən oldu

Futbol
Bu gün, 18:32

"Mançester Yunayted" Didye Deşamla əlaqə saxlayır

Futbol
Bu gün, 18:22

Braziliyada futbol oyunu zamanı futbolçunun pariki başından düşdü

Futbol
Bu gün, 18:21

Neftçi, 6 noyabrda Kəpəzlə qarşılaşacaq

Futbol
Bu gün, 18:18

Kriştianu Ronaldu yığma karyerasını başa vurmaq qərarını Federasiya Prezidentinə bildirdi, Jezuşdan gizlətdi

Minifutbol
Bu gün, 18:17

Elvin Quliyev: "Futsalda gənc oyunçulara şans veririk, inkişaf etməsini istəyirik"

Minifutbol
Bu gün, 18:07

Elvin Quliyev: “İlk hissə plan üzrə getdi, ikinci hissədə texniki səhvlər və təcrübəsizlik bizi məğlub etmədi, səhvləri düzəldəcəyik”

Futbol
Bu gün, 17:40

Qatar hökuməti 'Parc des Princes' stadionunu 2 milyard avro ilə yenidən qura bilər

Qarabağ FK
Bu gün, 17:30

"Qarabağ"ın və Azərbaycan millisi İspaniyalı yarımmüdafiəçisi Riçard Almeyda Bakıya qayıdıb

Qarabağ FK
Bu gün, 17:21

"Qarabağ" FK: Oyun gününə fiziki bilet satışı olmayacaq, yararkeşlərdən əvvəlcədən onlayn bilet almaları xahiş olunur

Futbol
Bu gün, 17:20

I Liqada 7-ci tur başa çatdı: „Karvan-Yevlax“ 4:1 qalib gəldi, ümumilikdə 5 matç başa çatdı

Oxşar xəbərlər