top
Kamran İsmayılov Şəmkirə müvəqqəti baş məşqçi təyin edilib Idman.biz
24 oktyabr 2025, 17:34
- +

Kamran İsmayılov "Şəmkir"ə müvəqqəti baş məşqçi təyin edilib

"Şəmkir" futbol klubuna müvəqqəti yeni baş məşqçisi təyin edilib.

İdman.Biz xəbər verir ki, bu barədə bölgə təmsilçisi sosial şəbəkə hesabında paylaşım edib.

Vüqar Nadirovla yolların qarşılıqlı razılıq əsasında ayrılmasından sonra "Şəmkir"i müvəqqəti olaraq baş məşqçinin köməkçisi Kamran İsmayılov çalışdıracaq.

O, qarşıdakı oyunlarda komandaya rəhbərlik edəcək və məşq prosesi onun nəzarəti altında davam edəcək.

14:20

"Şəmkir"də müvəqqəti yeni baş məşqçisinin kimliyi bilinib.

İdman.Biz sportinfo.az-a istinadən xəbər verir ki, bir neçə gün öncə postunu tərk edən Vüqar Nadirovu köməkçisi əvəzləyib.

Komanda Kamran İsmayılova tapşırılıb. İki həftə öncə Rüfət Quliyevin yerinə burada işə başlayan gənc mütəxəssis ən azı qış fasiləsinədək görəvdə qalacaq.
Onun fəaliyyətini davam etdirib-etdirməməsi bu 2 ay ərzində qazanacağı nəticələrdən asılı olacaq.

Nadirov II Liqanın 6-cı turu çərçivəsində evdə "Qaradağ Lökbatan"dan alınan 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək, əməkdaşlığa son qoyub.

Altı tura 9 xal toplayan "Şəmkir" hazırda II Liqanın turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin sükanı arxasında idi.
Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurub. Bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan "Şəmkir"ə qayıtmışdı.

Qərb təmsilçisinin "Qaradağ"dan öncə "Şəki"yə yenilməsi yerli funksionerlərin qərarına birbaşa təsir göstərib.

Əslində, Nadirov öz xoşuyla iş yerini tərk etməyib. Ona öncədən xəbərdarlıq olunub ki, əgər bu iki oyunda müsbət nəticə qazanmasan, yollar ayrılacaq.

Bununla belə, gənc çalışdırıcı "Qaradağ"la matçdan sonra da dirəniş göstərib, ən azı qış fasiləsinədək burada qalmaq niyyətini dilə gətirib.

Niyə də yox, "Şəmkir"də yüksək maaş alırdı. II Liqa miqyasında götürsək, 2000 manat əməkhaqqını hər məşqçiyə vermirlər. Üstəlik, 500 manat ev pulu.
Nadirov "A" kateqoriyalı kurslarda iştirakını əsas gətirərək, minimum daha 2 aylıq möhlət istəyib. Komandanın uçuruma doğru yön almasını görən yönətim mütəxəssisə növbəti dəfə "kart-blans" verməyib.

Sadəcə, o, bu ayın məvacibini alacaq. Tam yox. Oktyabrda 21 gün işlədiyi üçün ona hardasa 1400-1500 manat ödəniləcək.

İdman.Biz

Qarabağ FK

Son xəbərlər

Futbol
02 iyun 2026, 17:10

Taleh Nəsibov minifutbol üzrə 23-cü Baş Assambleyada inkişaf müzakirələrinə qatılıb

Futbol
02 iyun 2026, 17:06

Yunanıstan millisinin keçmiş futbolçusu Marios İkonomou 33 yaşında motosiklet qəzasında həyatını itirdi

Futbol
02 iyun 2026, 01:16

Minifutbol üzrə Avropa çempionatı: Millimiz Qazaxıstanı məğlub edərək 1/4 finala yüksəldi

Basketbol
01 iyun 2026, 22:59

Millimiz Dünya Kubokunda iki oyun keçirib: qələbə və məğlubiyyət - YENİLƏNİB

Futbol
01 iyun 2026, 20:27

Messi zədə səbəbindən Hondurasla matçı buraxacaq

Futbol
01 iyun 2026, 20:18

Qadın milli komandası Fəxri Xiyabanda Ulu Öndərin və Zərifə Əliyevanın xatirəsini yad edib

Futbol
01 iyun 2026, 20:04

Barselona"nın sabiq futbolçusu İnyesta BƏƏ-nin "Qalf Yunayted" klubunun baş məşqçisi təyin edildi

Futbol
01 iyun 2026, 19:58

Yoşko Qvardiol: "Mançester Sitidə xoşbəxtəm"

Futbol
01 iyun 2026, 19:49

Türki Əl-Şeyx "Derbi Kaunti" klubuna investor ola bilər

Basketbol
01 iyun 2026, 19:35

Qadın Basketbolçularımız Dünya Kubokuna Qələbə ilə Başladı

Futbol
01 iyun 2026, 19:28

Ceyms Milner karyerasını başa vurdu

Futbol
01 iyun 2026, 19:10

PSJ ümumi heyət dəyərinə görə dünyada liderdir

Güləş
01 iyun 2026, 18:59

Azərbaycanlı güləşçilər Xorvatiyada iki medal qazanıblar

Güləş
01 iyun 2026, 18:55

Taleh Məmmədov: U-15 güləşçilərin sağlam böyüməsi və uğurlu çıxışı üçün çalışırıq

Tennis
01 iyun 2026, 18:39

Serena Uilyams 2026-cı ildə tennisə qayıdır

Futbol
01 iyun 2026, 18:29

19 yaşlı Junior Kurpi Avropa nəhənglərinin maraq dairəsində

Güləş
01 iyun 2026, 18:23

Uşaqlar Hacı Əliyevi kürəyini yerə vurdu: Bakıda Uşaqların Beynəlxalq Müdafiəsi Günündə idman bayramı – FOTO/VİDEO

Futbol
01 iyun 2026, 18:08

"Şəfa" Rauf Hüseynli ilə maraqlanır

Futbol
01 iyun 2026, 18:05

PSJ azarkeşləri Mbappeni təhqir edirlər: "Mbappe fahişə oğludur"

Futbol
01 iyun 2026, 18:00

Del Pyerodan Kvaratsxeliya haqqında tərifləyici açıqlama

Futbol
01 iyun 2026, 17:52

"Sabah" Futbol Akademiyası Qusarda 35 istedadlı uşağı seçdi

Futbol
01 iyun 2026, 17:50

"Sabah" Futbol Akademiyasının Qusardakı seçmələri yekunlaşdı: 35 uşaq növbəti mərhələyə yüksəldi

Güləş
01 iyun 2026, 17:50

2026-cı ilin iyun ayına olan Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Futbol
01 iyun 2026, 17:46

"Turan Tovuz" Sadiq Şəfiyevi heyətdə saxlamayacaq

Oxşar xəbərlər