top
Kamal Quliyev: AFFA qaraciyər köçürülməsi üçün kömək etsə də, xəstəxananı məcbur tərk etdim Idman.biz
10 aprel 2026, 16:34
- ↺ +

Kamal Quliyev: AFFA qaraciyər köçürülməsi üçün kömək etsə də, xəstəxananı məcbur tərk etdim

Azərbaycan millisinin və "Neftçi"nin sabiq futbolçusu Kamal Quliyev səhhəti ilə bağlı son vəziyyətini açıqlayıb.

İdman.Biz teleqraf.az-a istinadən xəbər verir ki, o, açıqlamasında 20 gün əvvəl klinikadan çıxdığını, lakin müalicə prosesinin yarımçıq qaldığını bildirib

K.Quliyev qeyd edib ki, müalicə 4 mərhələdən ibarət planlaşdırılsa da, yalnız ilk hissə baş tutub. Onun sözlərinə görə, ilkin müalicə mərhələsi Qurban Qurbanov, "Neftçi" və "Sumqayıt" klubları, eləcə də keçmiş komanda yoldaşlarının dəstəyi ilə həyata keçirilib və hazırda dərman təminatında da köməklik göstərilir.

Uzun müddətdir qaraciyər çatışmazlığından əziyyət çəkən 50 yaşlı mütəxəssis bildirib ki, ikinci mərhələdə AFFA-ya müraciət edib. O, federasiya nümayəndəsi ilə görüşdüyünü və həkimi ilə əlaqə yaradıldığını deyib. İki ay sonra qaraciyər köçürülməsi əməliyyatı planlaşdırılsa da, xəstəxanada qalmalı olduğu halda cəmi 4-5 gün müalicə ala bilib. Quliyevin sözlərinə görə, AFFA ilkin xərcləri qarşılasa da, proses yarımçıq dayandırılıb və o, klinikanı tərk etmək məcburiyyətində qalıb.

Sabiq futbolçu federasiyaya həmin qısa müddətli dəstəyə görə təşəkkür etsə də, əlavə yardım gözlədiyini vurğulayıb. O, Azərbaycan futbolunda maliyyə bölgüsü ilə bağlı narazılığını da ifadə edib və bəzi hallarda yüksək məbləğlərin ayrıldığını, lakin öz müalicəsi üçün nisbətən kiçik vəsaitin tapılmadığını bildirib.

Quliyev həmçinin qeyd edib ki, uzun illər Azərbaycan futboluna xidmət göstərib, legioner kimi ölkəni təmsil edib və milli komanda üçün şəxsi vəsaiti hesabına xərclər çəkib. Onun sözlərinə görə, hazırda 11 ildir işsizdir və bunun səbəbini hər zaman açıq danışması ilə əlaqələndirib.

Sabiq futbolçu sonda aidiyyəti qurumlardan dəstək gözlədiyini bildirib və səhhətinin yaxşılaşması üçün ümidini itirmədiyini qeyd edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:40

Mbappe Real Madridin tarixində 105 qol ilə Ronaldoyu geridə qoydu

Futbol
Bu gün, 10:40

ÇL V turunda PSJ Roma ilə, Şaxtyor isə Fənərbağça ilə qarşılaşır

Futbol
Bu gün, 10:20

Yan Urban Polşa millinin baş məşqçisi olaraq işini davam etdirəcək

Futbol
Bu gün, 10:15

İvan Perişiç UEFA Çempionlar Liqasında penaltidən qol vuran ən yaşlı futbolçu oldu

Basketbol
Bu gün, 10:13

Boston Celtics, Washington Wizards qarşısında 131‑116 qalib gəldi, Tatum 41 xal topladı

Futbol
Bu gün, 10:08

“Latsio” klubu A Seriyasında rekord qət olunan məsafə ilə tarix yazır

Qarabağ FK
Bu gün, 10:00

Misli Premyer Liqada çempionluq ehtimalları: “Sabah” favoritdir, “Neftçi” “Qarabağ”ı keçib

Futbol
Bu gün, 09:50

Dortmundun yeni müdafiəsi Joane Qadu Arsenallə oyunda parladı

Futbol
Bu gün, 09:44

Amerika kuboku 2028-ci ildə ABŞ-da keçiriləcək

Voleybol
Bu gün, 09:38

Turan qadın voleybol komandası CEV Çempionlar Liqasının D qrupunda ilk oyununu oynayacaq

Futbol
Bu gün, 09:27

İspaniya mətbuatı Sabah-da oynayan sabiq Barselona yetirmə Sebalyos və Kamaranı araşdırıb

Futbol
Bu gün, 09:23

UEFA Gənclər Liqasında Sabahın U-19 komandası beşinci oyunu oynayacaq

Futbol
Bu gün, 09:22

Deniz Gülün qələbə qolu və burnuna dəyən təpik video

Futbol
Bu gün, 09:20

İngiltərə Premyer Liqası tarixində ən yaxşı mərkəz müdafiəçi cütlükləri

Futbol
Bu gün, 09:10

Kubarsının "Sabah"–"Barselona" matçında oynaması sual altındadır

Futbol
Bu gün, 09:09

UEFA Çempionлар Liqası V turu: 9 qarşılaşma olacaq, “Fənərbağça” “Şаxtyor”la üzləşəcək;

Futbol
Bu gün, 09:08

Paulo Dibala: PSJ-yə keçməyə çox yaxın idim, peşmanlığım yoxdur

Futbol
Bu gün, 09:00

Sabah" komandası UEFA Çempionlar Liqasının V turunda "Barselona" ilə üz-üzə gələcək

Futbol
Bu gün, 09:00

"Sabah" Barcelona ilə Çempionlar Liqası turnirində qarşılaşacaq

Futbol
Bu gün, 08:52

Rafinya hat‑trik etməyi hədəfləyir

Futbol
Bu gün, 08:40

Çempionlar Liqasının 10 Favorit Klubunun Siyahısı

Futbol
Bu gün, 08:30

“Sabah” La Liqada çıxış etsə, neçənci yeri tutar?

Futbol
Bu gün, 08:20

Zurab O'çiqava Polşa klubunda köməkçi məşqçi olacaq

Qarabağ FK
Bu gün, 08:17

“Sabah”ın ispaniyalı mütəxəssisi: “Barselona qarşısında qələbə çətin olacaq, amma mümkündür”

Oxşar xəbərlər