top
İtaliya millisi Qvardiolanı baş məşqçi görmək istəyir Idman.biz
25 aprel 2026, 10:01
- ↺ +

İtaliya millisi Qvardiolanı baş məşqçi görmək istəyir

Ardıcıl üçüncü dəfə dünya çempionatına vəsiqə qazana bilməyən İtaliya yığmasında köklü dəyişikliklər başlayıb. İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravinanın gedişindən sonra baş məşqçi Cennaro Qattuzo da postunu tərk edib. İndi isə bütün İtaliya tək bir adın ətrafında birləşib: Pep Qvardiola.

İdman.Biz "Gazzetta dello Sport" nəşrinə istinadla xəbər verir ki, İtaliya rəhbərliyi İngiltərənin "Mançester Siti" futbol komandasının sükanı arxasında olan ispan mütəxəssisi razı salmaq üçün hər yolu sınamağa hazırdır. İyunun 22-nə təyin olunan prezident seçkilərindən əvvəl Qvardiolaya rəsmi təklifin göndərilməsi gözlənilir.

55 yaşlı mütəxəssisin Mançester klubu ilə 2027-ci ilin iyununa qədər müqaviləsi olsa da, onun gələn mövsüm İngiltərədə qalacağı sual altındadır. Qvardiola bir müddət əvvəl milli komanda idarə etmək arzusunu dilə gətirib və İtaliya onun üçün yad yer deyil. Futbolçu karyerası dövründə İtaliyanın "Roma" və "Breşiya" futbol komandalarında çıxış edən Pep italyan dilində sərbəst danışır və bu ölkəyə xüsusi rəğbəti var.

"Mən dünya çempionatı, Avropa çempionatı və ya Amerika Kuboku həyəcanını yaşamaq istərdim. Milli komandada işləmək üçün onlar səni istəməlidirlər. Məni kimin istəyəcəyini bilmirəm", - deyə Qvardiola daha əvvəl ESPN-ə verdiyi müsahibədə bildirmişdi.

"Marca" nəşri qeyd edir ki, bu keçidin qarşısındakı tək maneə maliyyə məsələsidir. Qvardiola hazırda illik 24.8 milyon avro (təxminən 50 milyon AZN) maaş alır. Lakin FIGC bu problemi sponsorların dəstəyi ilə həll etməyi planlaşdırır - eynilə 2014-cü ildə Antonio Kontenin təyinatında olduğu kimi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər