top
İtaliya A Seriyası: İnter Komoya 4:3 hesabı ilə qalib gəlib - YENİLƏNİB + VİDEO Idman.biz
13 aprel 2026, 00:49
- ↺ +

İtaliya A Seriyası: "İnter" "Komo"ya 4:3 hesabı ilə qalib gəlib - YENİLƏNİB + VİDEO

İtaliya A Seriyasının 32-ci turu çərçivəsində "Komo" və Milanın "İnter" komandaları üz-üzə gəlib. Komonun "Cüzeppe Siniqalya" stadionunda keçirilən qarşılaşma "İnter"in 4:3 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 36-cı dəqiqədə meydan sahiblərinin müdafiəçisi Aleks Valle açıb. 45-ci dəqiqədə yarımmüdafiəçi Nikolas Pas "Komo"nun üstünlüyünü artırıb. Cəmi bir dəqiqə sonra "İnter"in hücumçusu Markus Türam komandasının qollarından birinin əvəzini çıxıb.

İkinci hissəyə sürətli başlayan qonaqlar 49-cu dəqiqədə Türamın dublu sayəsində tarazlığı bərpa ediblər. 58-ci dəqiqədə müdafiəçi Denzel Dumfris milanlıları önə keçirib. 72-ci dəqiqədə Dumfris özünün ikinci, komandasının isə dördüncü qoluna imza atıb. Görüşün sonlarında - 89-cu dəqiqədə "Komo"nun yarımmüdafiəçisi Lukaş Da Kunya penaltini dəqiq yerinə yetirərək yekun hesabı müəyyənləşdirib - 3:4.

Bu qələbədən sonra 32 oyundan 75 xal toplayan "İnter" İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir. 58 xalı olan "Komo" isə beşinci pillədə qərarlaşıb.

22:32

"Bolonya" İtaliya A Seriyasının 32-ci turu çərçivəsində öz meydanında "Leççe"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı 26-cı dəqiqədə Remo Froyler açıb. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqələrdə isə Rikardo Orsolini meydan sahiblərinin üstünlüyünü artırıb.

Bu qələbədən sonra xallarının sayını 48-ə çatdıran "Bolonya" A Seriyasının turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Ardıcıl dördüncü məğlubiyyətini alan "Leççe" isə 27 xalla 18-ci sıradadır.

19:05

"Napoli" İtaliya A Seriyasının 32-ci turu çərçivəsində səfərdə "Parma"nın qonağı olub. "Ennio Tardini" stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

İdman.Biz xəbər verir ki, meydan sahibləri oyuna sürətli başlayaraq artıq birinci dəqiqədə hesabı açıblar. "Parma"nın yarımmüdafiəçisi Qabriel Strefeçça dəqiq zərbə ilə komandasını önə keçirib. Neapollular bu qola oyunun ikinci hissəsində cavab verə biliblər. Matçın 60-cı dəqiqəsində Skott Maktominey tarazlığı bərpa edib.

Bu nəticə ilə "Napoli"nin beş matçlıq qələbə seriyası dayanıb. Hazırda 66 xalı olan neapollular turnir cədvəlində ikinci pillədə qərarlaşıblar. 36 xala malik "Parma" isə 14-cü yerdədir. Meydan sahibləri bu heç-heçə ilə qələbəsiz oyunlar seriyasını altı matça çatdırıblar.

17:03

"Cenoa" İtaliya A Seriyasının 32-ci turu çərçivəsində öz meydanında "Sassuolo"nu qəbul edib. Gərgin keçən qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, genualılar 18-ci dəqiqədə hesabı açıblar. Tommazo Baldantsinin ötürməsindən sonra Ruslan Malinovski fərqlənib. Qonaqlar 57-ci dəqiqədə İsmael Konenin sayəsində tarazlığı bərpa etsələr də, "Cenoa" oyunun sonlarında qələbə topunu vura bilib. Kaleb Ekuban komandasına üç xal qazandıran qola imza atıb.

Matçın sonu hər iki tərəf üçün itkilərlə yadda qalıb. "Sassuolo"da Domeniko Berardi, meydan sahiblərində isə Mikael-Eqil Ellertsson qırmızı vərəqə alaraq meydandan qovulublar.

Bu qələbədən sonra xallarının sayını 36-ya çatdıran "Cenoa" turnir cədvəlində 13-cü pilləyə yüksəlib. "Sassuolo" isə 42 xalla 11-ci sırada qərarlaşıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Futbol
Bu gün, 11:40

"Lids" Liverpoolun yarımmüdafiəçisini qış transfer pəncərəsində transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 11:39

Lionel Messinin uşaqlarının təhsil xərcləri açıqlanıb

Gimnastika
Bu gün, 11:09

Gimnastikada finala yaxınlaşan Azərbaycanlı Nikita Simonov: 'Daha güclü olmaq üçün planlarım var'

Minifutbol
Bu gün, 11:05

Azərbaycan futzalının milli komandası Çexiya ilə qarşılaşacaq

Futbol
Bu gün, 11:00

Roman Hüseynov: Vəziyyətin bu səviyyəyə çatmasını istəmirik

Digər
Bu gün, 10:58

Gəncə'də Zəfər Gününü qeyd edərək veloyürüş keçirildi

Futbol
Bu gün, 10:43

Napoli Qavini Barselona'dan transfer etməkdə maraqlıdır

Oxşar xəbərlər