top
İnklüziv Təhsil Məşqçi-Müəllimləri üçün Təlim Sport24.az
08 sentyabr 2025, 22:55
- +

İnklüziv Təhsil Məşqçi-Müəllimləri üçün Təlim

UEFA-nın dəstəyi ilə AFFA tərəfindən həyata keçirilən "Məktəblərdə Bərabərlik və Müxtəliflik" layihəsi çərçivəsində AFFA-nın Reabilitasiya Mərkəzində təlim keçirilib. Bakıda inklüziv təhsil proqramı tətbiq olunan 10 məktəbdən gələn 20 fiziki tərbiyə məşqçi-müəllimlər üçün təşkil olunan təlim layihənin sosial inklüzivlik məqsədlərinə uyğun olaraq nəzəri və praktiki hissələrdən ibarət olub.

 

Tədbirin açılışını AFFA-nın Sosial və Ətraf Mühit dayanıqlı layihələr üzrə meneceri Kifayət Mustafayeva edib. O, layihənin Azərbaycan məktəblərində futbol vasitəsilə sosial inklüzivliyi və müxtəlifliyi təşviq etmək məqsədi daşıdığını deyib. K.Mustafayeva həmçinin UEFA-nın sosial davamlılıq prinsipləri və AFFA-nın gənclərlə iş strategiyası ilə layihənin tam uyğunluğunu qeyd edib.

 

Təlim layihə mentoru Gülyana Özcan, Azərbaycan Autizm Assosiasiyasının idman direktoru, psixoloq-reabilitoloq İlham Osmanlı, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin layihə əsaslı öyrənmə üzrə eksperti Ofeliya Qafarovanın iştirakı ilə keçirilib. Nəzəri hissədə inklüzivliyin əsas prinsipləri haqqında geniş məlumat verilib. Praktiki hissədə isə müəllimlər futbolun təməl texnikaları (ötürmə vermə, driblinq, top qəbulu, zərbə vurma) üzrə inklüziv məşq planlarını tətbiq ediblər. Məşqlər fiziki məhdudiyyətlərə uyğunlaşdırılmış qaydalarla keçirilib. Əsas məqsəd müəllim və məşqçilərin inklüziv təhsil bacarıqlarını artırmaq, onları fərqli ehtiyaclara malik uşaqlarla effektiv işləməyə hazırlamaqdır. Bu, layihənin ümumi hədəfinə – məktəblərdə futbol vasitəsilə sosial inteqrasiyanı gücləndirməyə xidmət edir.

 

Sonda müəllimlərə AFFA tərəfindən diplomlar təqdim olunub.

 

Layihə 2025/2026-cı illər müddətində davam edəcək və Bakının 10 inklüziv məktəbində 100-200 şagirdin iştirakı ilə həyata keçiriləcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
18 avqust 2026, 12:31

“Azərsun Holdinq”in sponsorluğu ilə Vikipediyanın 25 illik yubileyinə həsr olunan beynəlxalq düşərgə

Futbol
17 avqust 2026, 12:24

"Sumqayıt"ın ev məğlubiyyətləri 100-ə çatdı

Basketbol
17 avqust 2026, 11:20

Neftçi Azərbaycan millisinin gənc basketbolçusunu transfer edib

Futbol
17 avqust 2026, 10:20

Nyukasl „Vilyarreal“dan Jorj Mikautadzeni transfer etməyə çalışır

Futbol
17 avqust 2026, 09:25

Arsenalın baş məşqçisi Mikel Arteta Premyer Liqada çempion titulunu qorumaq haqqında danışdı

Futbol
17 avqust 2026, 09:20

Portuqaliya çempionatında oyun təxirə salınıb

Qarabağ FK
17 avqust 2026, 09:10

Rodriqo 2027-ci ilin əvvəlinə qədər “Real”da meydana çıxa bilməyəcək

Qarabağ FK
17 avqust 2026, 09:00

Qarabağ Şamaxı ilə qarşılaşır

Futbol
17 avqust 2026, 08:40

Arsenalın müdafiəçisi İngiltərə Super Kubokunda ən sərfəli qolun müəllifi olub

Futbol
17 avqust 2026, 08:20

Yuventus Tottenhemin qoluçusunu icarəyə götürür

Futbol
17 avqust 2026, 08:00

Şotlandiya milli komandasının yeni baş məşqçisi Sebastyen Pokonyoli oldu

Futbol
17 avqust 2026, 07:15

Sebastyan Pokonyoli Şotlandiya milli komandasının yeni baş məşqçisi təyin edilib

Futbol
17 avqust 2026, 06:14

Joze Mourinyo yoldaşlıq matçında zərbədən göyəribeb

Futbol
17 avqust 2026, 05:20

Ceymi Vardi Braziliyada karyerasını davam etdirə bilər

Futbol
17 avqust 2026, 04:18

Kriştianu Ronaldu və Corcina Rodrigesin toy mərasimi keçirib

Futbol
17 avqust 2026, 03:13

Mikel Arteta İngiltərə Superkubokunda “Arsenal”ı məğlubiyətə uğratdı

Futbol
17 avqust 2026, 02:05

Pari Sen-Jermen altıncı dəfə Fransa Superkubokunu uduzub

Futbol
17 avqust 2026, 01:47

Latsio İtaliya Kubokundan kənarlaşdı

Futbol
17 avqust 2026, 01:26

Rüfət Abdullazadənin komandası Toto Kubokunun yarımfinalında məğlub olub

Futbol
17 avqust 2026, 01:06

Rəşad Sadıqov “Şəfa” ilə matç haqqında danışdı

Futbol
17 avqust 2026, 00:48

Zirə Şəfanı 2:0 hesabı ilə məğlub etdi

Futbol
17 avqust 2026, 00:48

Zirə „Şəfa“ı məğlub etdi

Futbol
17 avqust 2026, 00:45

Lans Fransa Superkubokunu qazandı

Futbol
17 avqust 2026, 00:25

Türkiyə Superliqası: Nəriman Axundzadə debüt edib, “Beşiktaş” çətin qələbə qazanıb

Oxşar xəbərlər