"Hall Siti"it klubu "Çelsi"nin gənc hücumçusu Dastan Satpayev uğrunda mübarizəyə qoşulub. Sport24.az "The Sportzine"-yə istinadən xəbər verir ki, Premyer Liqaya yüksələn klub 17 yaşlı futbolçunun 2026/27 mövsümü üçün icarəyə götürülməsi ilə bağlı sorğu göndərib.
London klubunun rəhbərliyi gənc ulduzun oyun təcrübəsi qazanması üçün variantları nəzərdən keçirir. "Çelsi" Satpayevi əvvəlcə Fransa təmsilçisi "Strasburq"a göndərməyi planlaşdırılırdı. Lakin "Hall Siti"dən gələn təklif "zadəganlar"ın planlarını dəyişdirə və onu İngiltərədə saxlaya bilər.
Qeyd edək ki, Satpayev rəsmi olaraq avqustun 12-də, 18 yaşı tamam olanda "Çelsi"nin tam hüquqlu üzvü olacaq. Londonlular qazaxıstanlı oyunçu üçün 2,4 milyon avro ödəyiblər.