top
İmişli - Karvan-Yevlax Oyunu 1:1 Hesabı ilə Başa Çatdı: Yekun Turun Nəticəsi Idman.biz
24 may 2026, 18:07
- +

"İmişli" - "Karvan-Yevlax" Oyunu 1:1 Hesabı ilə Başa Çatdı: Yekun Turun Nəticəsi

Bu gün futbol üzrə Misli Premyer Liqasına bir oyunla yekun vuruldu. 33-cü tur çərçivəsində keçiriləcən "İmişli" - "Karvan-Yevlax" qarşılaşmasında tərəflər sülhlə ayrıldılar.

İdman.Biz xəbər verir ki, oyunda hesabı "Karvan-Yevlax" açıb. 28-ci dəqiqədə fərqlənən Peter Kings olub. Matçın uzatma dəqiqələrində isə (90+5) Diaqo Kardozu "İmişli"nin bərabərlik qolunu vurub.

Bu nəticə komandaların turnir cədvəlindəki mövqeyinə təsir etməyib. "Karvan-Yevlax" 15 xalla 12-ci pillədə yer aldığı üçün növbəti mövsüm yoluna Birinci Liqada davam edəcək. "İmişli" isə aktivinə yazdırdığı bir xalla xallarının sayını 34-ə çatdırıb və turnur cədvəlində doqquzuncudur.

17:58

"İmişli" oyunun artırılma dəqiqəsində - 90+5-də Diaqo Kardozunun qolu ilə hesabı vərabərləşdirdi.

17:06

İdman.Biz xəbər verir ki, "İmişli" - "Karvan-Yevlax" oyununda ikinci hissə başladı. İlk 45 dəqiqədən sonra hesab 0:1 "Karvan-Yevlax" komandasının xeyrinədir.

16:52

İdman.Biz xəbər verir ki, "İmişli" - "Karvan-Yevlax" oyununda ilk hissə başa çatıb. Oyunun 28-ci dəqiqəsində "Karvan-Yevlax"ın oyunçusu Peter Kingsin vurduğu qolla Yevlax təmsilçisi 0:1 öndədir.

16:34

Oyunun 28-ci dəqiqədə "Karvan-Yevlax"ın oyunçusu Peter Kings hesabı açır - 0:1.

15:59

Bu gün futbol üzrə Misli Premyer Liqasına yekun vuran "İmişli" - "Karvan-Yevlax" qarşılaşması başladı.

15:02

Bu gün Misli Premyer Liqasında mövsümün son turu Qubada keçiriləcək.

İdman.Biz xəbər verir ki, "İmişli" - "Karvan-Yevlax" oyunu üçün hər iki komandanın start heyəti açıqlanıb:

"İmişli": 99. İmam Əli 77. Elmir Rəhimzadə 21. Abbas Ağazadə 97. Xəzər Mahmudov 5. İdris İnqilablı 70. Mehdi Tahirov 44. Həzrət İsayev 11. Vüsal Qənbərov 3. Tuncay Yusifli 20. Nazim Hüseynov 29. Edvin Banquera (k)

Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 33. Andrey Sinenka 90. Riad Abbaszadə 47. Orxan Fərəcov 30. Xəlil Mürsəlli 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç 6. Yau Mozes 79. Dioqo Kardozu 17. Ezekiel Morqan

Baş məşqçi: Jorj Kaşkilya

"Karvan-Yevlax": 1. Kamran İbrahimov 33. Eltun Turabov (k) 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 17. Samir Abdullayev 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 2. Şakil Sno 11. Kayl Spens 37. Mois Nqvisani 8. Peter Kings

Ehtiyat oyunçular: 25. Əmrah Bulud 18. Süleyman Əhmədov 14. Uğur Cahangirov 19. Tompson Qavi 10. Samuel Durrant

Baş məşqçi: Füzuli Məmmədov

09:32

Bu gün futbol üzrə Misli Premyer Liqasına bir oyunla yekun vurulur. 33-cü tur çərçivəsində keçiriləcək oyun "İmişli" və "Karvan-Yevlax" klubları arasında baş tutacaq.

İdman.Biz xəbər verir ki, saat 16:00-da start götürəcək qarşılaşma Quba OİK stadionunda keçiriləcək.

"İmişli" 33 xalla doqquzuncu, "Karvan-Yevlax" isə 14 xalla sonuncu pillədə qərarlaşıb.

Qeyd edək ki, bu oyunun nəticəsi turnir cədvəlində heç bir dəyişiklik yaratmayacaq. "İmişli" qələbə qazanacağı təqdirdə sadəcə xal ehtiyatını artırmış olacaq. "Karvan-Yevlax" isə bütün hallarda Premyer Liqanı tərk edir.

Misli Premyer Liqası
Üçüncü dövrə, 33-cü tur
24 may (bazar)

16.00. "İmişli" - "Karvan-Yevlax"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Tərlan Talıbzadə, Kamran Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Rahil Ramazanov

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Anar Şıxəliyev

Quba OİK stadionu

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 05:05

Latsio Armando Broyanı transfer etməyə çalışır

Futbol
Bu gün, 04:14

Tottenhem Savinyonu transfer etmək üçün 70 milyon avro ödəməyə hazırdır

Futbol
Bu gün, 02:16

Azərbaycanlı strimer Anar Abdullayev Transfermarkt-da ən populyar futbolçu oldu

Futbol
Bu gün, 01:50

"Napoli" Benua Badiaşili heyətinə cəlb etməyə çalışır

Boks
Bu gün, 01:11

İdi Aminin nəvəsi Şotlandiyada boksda qızıl medal qazanmaq istəyir

Güləş
Bu gün, 00:58

Ermənistan millisinin məşqçisi Bakıda keçirilən güləş çempionatının təşkilatını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 00:51

Roberto Mançininin İtaliya millisinə qayıdışını Sesk Fabreqas müsbət qiymətləndirib

Futbol
Bu gün, 00:32

Zidanın baş məşqçi təyinatını prezident yeni dövrün başlanğıcı adlandırdı

Futbol
Bu gün, 00:13

Botafoqo Luis Enrikeni yenidən heyətinə qatmaq istəyir

Futbol
Dünən, 23:33

İpsviç Premyer Liqada ən uzunboylu futbolçunu transfer edib

Şahmat
Dünən, 23:23

Dünya şahmat çempionluğu uğrunda keçiriləcək matçın ev sahibi Cenevrə olacaq

Futbol
Dünən, 23:18

Mbappe Zidanın Fransa millisinə baş çəkib

Futbol
Dünən, 23:03

Almaniya 2038 və ya 2042-ci il futbol dünya çempionatına ev sahibliyi etməyə namizəddir

Qarabağ FK
Dünən, 23:00

Qarabağ Avropa Liqası hazırlığında

Futbol
Dünən, 22:48

Azərbaycan klubları avrokuboklarda 70-ci səfər qələbəsini qazandı

Futbol
Dünən, 22:33

Real Madrid Leqanesi 4:1 hesabi ile darmadağın etdi

Futbol
Dünən, 22:28

Sabahın UEFA Çempionlar Liqasındakı qələbəsinin Azərbaycanın reytinginə təsiri

Futbol
Dünən, 22:19

Mark Kukurelya Luis de la Fuentenin tatuajını qoluna etdirib

Basketbol
Dünən, 22:04

“Gəncə” basketbol klubuna yeni baş məşqçi təyin edilib

Futbol
Dünən, 21:42

"İmişli" və "Karvan-Yevlax" 1:1 hesablı heç-heçə ediblər

Futbol
Dünən, 21:30

"Real Madrid" tarixi rekord müəyyən edib

Futbol
Dünən, 21:12

"Real"in gəliri tarixdə ən yüksək səviyyəyə çatıb

Futbol
Dünən, 20:49

FIFA prezidenti İnfantino dünya çempionatının kommersiya hüquqlarını satmağı planlaşdırır

Boks
Dünən, 20:31

Con Cons Dana Uaytı “axmaq” adlandırdı

Oxşar xəbərlər