top
İliç: Belə hal yenə olsa, növbəti mətbuat konfransda iştirak etməyəcəyəm Sport24.az
25 aprel 2026, 19:01
- ↺ +

İliç: "Belə hal yenə olsa, növbəti mətbuat konfransda iştirak etməyəcəyəm"

Misli Premyer Liqasının XXIX turunun "İmişli" – "Sumqayıt" oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

 

– Mətbuatda neqativ məlumatlar gedir. Bu, mən və kluba haqsızlıqdır. Futbolçularla aramda problem yoxdur. Xahiş edirəm, məqalə yazanda, reallıqlara əsaslansın. Belə hal yenə olsa, növbəti mətbuat konfransda iştirak etməyəcəyəm. Oyuna gəlincə, vacib xallar qazandıq.

 

– Kapitan Səbuhi Abdullazadə çox etirazlar edir. Onun cəzalanması gündəmdədir?

 

– Səbuhiyə böyük hörmətim var. Onu bəyənmirəm, deməzdim. Sadəcə oyununu dəyişməlidir. Əvəzlənməyi normaldır. Səbuhinin böyük potensialı var, millinin vacib oyunçularındandır.

 

-İkinci hissədə çox şans yaratdınız. Fasilədə nəyi dəyişdiniz? 

 

-Qeyri-adi heç nə yoxdur. İlk hissədə qol vurduq. Fasilədən sonra rəqib irəli çıxdı və boşluqlar verdi.


-Yeni mövsümdə komandada qalacağınız dəqiqləşib? Dəqiqləşibsə, ağlınızda hansı dəyişikliklər var?

 

-Rəhbərliklə danışıb, bu mövsümün qalan hissəsində gənclərə şans verməyi seçdik. Bu strategiya ilə davam edəcəyik.

 

-Bu strategiya sizin klubdakı taleyinizə necə təsir edəcək?

 

– İndi diqqətimiz növbəti 4 oyundadır.

 

-Mətbuat konfransına girməməyiniz hörmətsizlikdir…

 

-Digər jurnalistlərdən də üzr istəyirəm, bəlkə, düzgün başa düşülmədi. Problemi izah etmək istəyirəm. Mən, komanda barədə reallıqlar yazılsın. Danil ilə mübahisəmi yazan jurnalistə də deyin, həqiqətləri yazsın. Mən işim, taktiki gedişlərim pis ola və bu haqda yazıla bilər. Amma olmayan şeyləri demək doğru deyil.


-Düşünmürsünüz ki, auysayderlərlə oyunlarda itirilən xallar sizi avrokuboklardan kənarda qoydu?

 

-Avrokuboklar uğrunda mübarizə aparırsansa, bu hədəfləri olan komandalarla oyunlarda xallar itirməmək vacibdir.


– Ninkoviç növbəti dəfə penaltidən yararlana bilmədi… 

 

– Futbolda belə hallar olur. Daha əvvəl Rüstəm də vura bilməmişdi. Ninkoviç bizim üçün vacib oyunçudur. Görək, növbəti penaltini kim vuracaq…

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:08

Joze Mourinyo Real Madrid üçün 16 yaşlı Cey-Cey Gabrielin transferini şəxsi olaraq izləyir

Futbol
Bu gün, 00:41

Arteta "Hall City"nin Premyer Liqada çıxışını layiq hesab edir

Olimpiada
Bu gün, 00:22

Dakar-2026 Olimpiya Oyunlarında Günel Kərimli və Nihad Süleymanlı çimərlik güləşi yarışlarına başlayır

Futbol
Bu gün, 00:16

Tuxel: Bellinqemlə münasibətləri əvvəlki çətinliklərdən sonra qaydasındadır

Futbol
Bu gün, 00:00

Neftçi 1:0 Kapaz: Video icmalı təqdim olunur

Cüdo
Dünən, 23:48

Bakıda yerləşən beynəlxalq çövkən federasiyasına yeddi yeni üzv ölkə qoşuldu

Futbol
Dünən, 23:38

Zidan Fransa millisinin İtaliya və Türkiyəyə qarşı oktyabr/yun oktları üçün 23 nəfərdən ibarət heyətini açıqlayıb: Mbappe qayıtdı, Pajis debüt edir

Futbol
Dünən, 23:24

Qalatasarayın ulduz futbolçusu Viktor Osimhen zədələnib və əməliyyat olunacaq

Futbol
Dünən, 23:24

Vernidub "Neftçi"nin "Kəpəz" üzərindəki qələbəsini planlaşdırılmış əvəzetmələrə bağladı: "Hər şeyi əvvəlcədən bilirdik"

Futbol
Dünən, 23:12

Toral Bayramov Türkiyə 1-Liqa'da 'avtoqola' vurdu

Futbol
Dünən, 23:01

Kasımpaşa 2:0 Qaziantep məğlubiyyəti ilə dördüncü pilləyə yüksəldi

Futbol
Dünən, 22:48

Vernidub: Emin Mahmudov gələcəkdə yaxşı məşqçi ola bilər

Futbol
Dünən, 22:36

Oliver Kan “Bavariya”nın Harri Keylə müqavilə uzatmasını dəstəklədi

Qarabağ FK
Dünən, 22:21

Azər Məmmədov: Qarabağ oyunu üçün də üç xal görürəm

Qarabağ FK
Dünən, 22:15

Aleksey Kaşuk: Ukrayna Milli Komandanı çağırışı – həyatımın arzuladığı an

Qarabağ FK
Dünən, 22:06

Mourinyo Vinisiusa əzab etdi: Güclü futbolçuların da bad günü olur

Voleybol
Dünən, 21:56

Azərbaycan Qadın Voleybol Super Liqası 2026/2027 mövsümünün açılış matçları

Qarabağ FK
Dünən, 21:55

Bədavi, Qurbanlı və Şahruddin Məhəmmədəliyev Azərbaycan Milli Komandasına dəvət edildi

Qarabağ FK
Dünən, 21:55

Qarabağın 7 futbolçusu milli yığmalara çağırıldı

Olimpiada
Dünən, 21:43

Badmintonçu Ülvi Hüseynov: Heç Vaxt Heçnə İmkansız Değildir - Video

Boks
Dünən, 21:34

Azərbaycan kikboksçuları Avropa çempionatı üçün Şimali Makedoniyaya yola düşdü

Futbol
Dünən, 21:27

Cennaro Qattuzo oktyabr ayının İtaliya Seriyası ən yaxşı məşqçisi seçildi

Futbol
Dünən, 21:26

Manchester Unitedda Carlos Balebanın ciddi zədəsi

Futbol
Dünən, 20:57

Neftçi-2 Turan Tovuz-2'ı 4:1-dən məğlub etdi

Oxşar xəbərlər