top
İlham Yadullayev: Litva qarşısındakı matçdan öncə qələbə milli komandamız üçün vacibdir Idman.biz
24 sentyabr 2026, 17:48
- ↺ +

İlham Yadullayev: Litva qarşısındakı matçdan öncə qələbə milli komandamız üçün vacibdir

"Azərbaycan millisinin Tacikistan yığması ilə yoldaşlıq görüşündə qalib gəlməsi UEFA Millətlər Liqasında Litva seçməsinə qarşı matçdan əvvəl vacib idi".

Bu barədə millinin sabiq futbolçusu İlham Yadullayev deyib.

Mütəxəssis Tacikistanla qarşılaşmadan öncə uğur gözlədiyini bildirib.

"Qalib gəlmək sevindirici haldır. Oyunun gedişatında birinci hissə çətin alındı, hücum təşkil edə bilmirdik. Rəqib təzyiq etməyə çalışırdı. İkinci hissədə dəyişikliklər oldu. Düşünürəm ki, komanda topa nəzarət etdi, hücumlar qurdu. Oyundan olmasa da, standart vəziyyətdən fərqləndik. Tural Bayramovun qolu baxımlı alındı", - deyə o report.az-a açıqlamasında söyləyib.

O, komandadakı rotasiyalara və rəqibin oyun üslubuna da toxunub:

"Oyunda rotasiyalar nəzərə çarpırdı. Milli komandada ilk dəfə heyətdə yer alan yeni oyunçular oldu, debütlərini qələbə ilə qeyd etdilər. Qarşılaşmada futbolçularımızın keyfiyyəti hiss olunurdu, komandamız səviyyəcə üstün idi. Rəqib barəsində onu deyə bilərəm ki, təzyiqli futbol oynayıb, hər epizodda əzmkarlıq göstərməyə, ikili mübarizələrdən qalib çıxmağa çalışırdılar. Ən vacib məqam Litva ilə matçöncəsi qələbə qazanmaq idi və bu, milliyə motivasiya verir".

Mütəxəssis növbəti rəqib olan Litva seçməsi haqqında da fikirlərini bölüşüb:

"Litva kollektivinin Gürcüstan millisi ilə yoldaşlıq görüşünü izləmişdim. Çox güclü, dinamik və fiziki cəhətdən üstün komandadır. Hətta Gürcüstan yığmasına qarşı üstün futbol oynayırdılar. Gürcülər fərdi keyfiyyət hesabına 2:0 hesabı ilə qalib gəldilər. Litva kifayət qədər yaxşı rəqibdir və düşünürəm ki, ağır oyun olacaq. Baş məşqçi Ayxan Abbasov oyunçulara motivasiya verəcək. Keyfiyyət cəhətdən futbolçularımızda üstünlük hiss olunur, bunun sayəsində lazımi nəticəni qazana bilərik".

Qeyd edək ki, Azərbaycan millisi ötən gün yoldaşlıq görüşündə 1:0 hesabı ilə qalib gəlib. Komanda növbəti matçını UEFA Millətlər Liqasında sentyabrın 27-də Litva seçməsinə qarşı keçirəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 18:28

Mbappe La Liqa'dan üzr istədi

Futbol
Bu gün, 18:13

Mançester Siti - Brayton matçında Donnarumma əvəzinə Rulli qapıya çəkiləcək

Futbol
Bu gün, 18:09

Harri Kejn "Fial Ball" mükafatını qazanaraq tarixə düşdü

Futbol
Bu gün, 18:07

Araz‑Naxçıvanın məşqçisi Zaur İsmayılov: Rəqib kimindən asılı olmayaraq qələbə üçün mübarizə apardıq

Cüdo
Bu gün, 18:02

Azərbaycan U-23 Avropa Judo Çempionatı üçün 8 idmançı Neapolda yarışacaq

Digər
Bu gün, 18:00

Böyük futbol klublarının minifutbola qatılması çətindir

Futbol
Bu gün, 17:40

Çin şirkətləri Mbappé ilə reklam əməkdaşlığını video sonrası dayandırdı

Digər
Bu gün, 17:20

Avropada ilk sınaq: “DH Volley” təcrübəli “Holte”nin öhdəsindən gələ biləcəkmi? - İDMAN.BİZ-in İCMALI

Digər
Bu gün, 17:20

Avropa Liqası: "Renn" – "Olimpiakos" oyununun vaxtı dəyişdirilə bilər

Digər
Bu gün, 17:00

Füzuli Məmmədov: “Heyətlə bağlı qərar verməmişəm”

Digər
Bu gün, 16:55

MOİK-in baş məşqçisi: “Zədəlilərin sayı çoxdur”

Futbol
Bu gün, 16:48

Vəli Qasımov Filipe Kandido‑nun gənclik dövrünü və “Sumqayıt”dakı məşqçilik fəaliyyətini tərifləyir

Digər
Bu gün, 16:41

Volkanovski evlilik ildönümünü hədiyyə ilə qeyd edərək UFC 333‑də qalib gəldi

Futbol
Bu gün, 16:31

U-15 Dünya Çempionatı: Nəticədən çox futbolçuların inkişafı vacibdir – Vaqif Cavadov

Digər
Bu gün, 16:29

A Seriyası: “İnter”lə “Latsio”nun liderlik yarışı, “Yuventus” və “Milan” üçün derbi öncəsi sınaq - İDMAN.BİZ-in İCMALI

Futbol
Bu gün, 16:14

Sənan Qurbanov: U-15 Dünya Çempionatımillimizin inkişafına töhfə verir

Futbol
Bu gün, 16:10

Azərbaycan Kubokunda “Araz-Naxçıvan” “Şimal”ı, “Marafon” isə “Zaqatala”yı məğlub etdi

Digər
Bu gün, 16:09

Minifutbol üzrə Azərbaycan çempionatının püşkü atıldı

Minifutbol
Bu gün, 16:04

Orxan Hüseynov 2026/2027 Azərbaycan Minifutbol Çempionatı üçün yeni reqlament açıqladı

Digər
Bu gün, 16:03

“Napoli”nin oyunçusu cinayətin qurbanı oldu

Futbol
Bu gün, 16:00

Azərbaycanda 2026 ilin minifutbol çocu seçildi

Minifutbol
Bu gün, 15:59

Orxan Məmmədov: Minifutbolun FIFA-ya üzv olması beynəlxalq konfransların gündəmindədir;

Futbol
Bu gün, 15:59

Orxan Məmmədov: Milli komanda üçün güclü çempionat vacibdir

Futbol
Bu gün, 15:53

FIFA-nın Qlobal Futbol İnkişafı üzrə rəhbəri Arsen Vengerin rəhbərliyində Bakıda ustad dərsi təşkil edildi

Oxşar xəbərlər