top
Həsənzadə: Legioner limitinin ləğvi əcnəbi qapıçılara şansları artırır, yerli qapıçılar üçün rəqabəti çətinləşdirir Idman.biz
10 aprel 2026, 21:48
- ↺ +

Həsənzadə: Legioner limitinin ləğvi əcnəbi qapıçılara şansları artırır, yerli qapıçılar üçün rəqabəti çətinləşdirir

Təbii ki, bu, bir günün problemi deyil. Millimizin qapıçıları potensial baxımından kifayət qədər güclüdürlər, lakin hazırkı durumları o qədər də ürəkaçan deyil.

İdman.Biz-in məlumatına görə, bu sözləri Azərbaycan millisinin sabiq qapıçısı Cahangir Həsənzadə yerli qolkiperlərin vəziyyəti barədə danışarkən deyib.

O, AZƏRTAC-a açıqlamasında bildirib ki, Premyer Liqa klublarında legioner qapıçılara daha çox üstünlük verilir:

"Legioner limiti ləğv olunduqdan sonra baş məşqçilər əcnəbi qapıçılara daha çox şans verirlər. Xüsusilə turnir cədvəlində ilk "beşlik"də yer alan komandaların heyətində bunu aydın görmək mümkündür. Bu isə yerli qapıçıların rəqabət aparmasını çətinləşdirir. Aşağı yaş qruplarında kifayət qədər perspektivli və istedadlı oyunçular var. Lakin onlar yüksək hədəflər uğrunda oynayan komandalarda əsas heyətdə şans qazanmaqda çətinlik çəkirlər. Bu da müəyyən mənada başadüşüləndir. Çünki komandalar nəticəyə oynayır və məşqçilər daha çox hazır oyunçulara üstünlük verirlər".

Mütəxəssisin sözlərinə görə, bu amillər yerli qapıçıların inkişaf tempinə təsir edir: "Belə şəraitdə onların peşəkar səviyyəyə keçidi bir qədər ləngiyir. Halbuki stabil nəticə üçün komandada ən azı iki yüksəksəviyyəli qapıçı olmalıdır. Bu isə klubun daxili siyasətindən asılıdır".

Veteran qapıçı qeyd edib ki, bəzi oyunçuların inkişafına zədələr də təsir göstərir: "Məsələn, Şahruddin Məhəmmədəliyev karyerasının ən yaxşı dövründə zədə ilə üzləşdi. Ümumilikdə isə qapıçılarımız rəqabətə davam gətirə bilsələr, avrokuboklar uğrunda mübarizə aparan klublarda da özlərinə yer tapa bilərlər".

C.Həsənzadə Azərbaycan qapıçılarının ölkə xaricində çıxış etməsinin vacibliyini də vurğulayıb: "Kamran Ağayev və Şahruddin Məhəmmədəliyev kimi qapıçılarımız müəyyən dövrlərdə legioner həyatı yaşayıblar. İstərdim ki, bu say daha çox olsun. Avropada oynamaq futbolçuların inkişafına ciddi təsir göstərir. Orada rəqabət və tələbkarlıq daha yüksəkdir".

O, milli komanda ilə bağlı fikirlərini də bölüşüb: "Əsas yığmada məsuliyyət daha böyükdür. Qapıçılarımızın bəziləri klublarında stabil çıxış etmədiyi üçün onların real vəziyyətini daha çox təlim-məşq toplanışlarında qiymətləndirmək mümkündür. Hesab edirəm ki, hər biri verilən şansı layiqincə dəyərləndirə bilər".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Digər
Bu gün, 12:00

“Sabah”ı penalti ilə üz-üzə qoyan futbolçu: “Məyusuq”

Futbol
Bu gün, 11:54

Ronaldinyo Batumidə lüks mənzil alıb

Futbol
Bu gün, 11:46

Komo 9-1 Lens məğlubiyyəti: Çempionlar Liqasının rekord qələbəsi

Futbol
Bu gün, 11:41

Cud Bellinqem 23 yaşında İker Kasilyasın rekordunu qırdı

Oxşar xəbərlər