top
Hakimlər üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirildi Sport24.az
27 aprel 2026, 17:10
- ↺ +

Hakimlər üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirildi

AFFA-da hər il mütəmadi şəkildə həyata keçirilən silsilə sessiyalar çərçivəsində bu il də AFFA-nın Komplayns və Danışılmış Oyunlara Qarşı Mübarizə şöbəsi tərəfindən Premyer Liqa hakimləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub. Sport24.az xəbər verir ki, sessiyadan əvvəl iştirak edən hakimlərin mövzu üzrə bilik səviyyəsinin qiymətləndirilməsi məqsədilə "quiz" tipli testlər keçirilib.

 

Nəticələr göstərir ki, hakimlər bu sahədə vəzifə və öhdəliklərini yaxşı anlayır və məsuliyyətlərini dərk edirlər.

 

Sessiya zamanı Komplayns və Danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda UEFA-nın oyunların toxunulmazlığı üzrə məsul nümayəndəsi Naib Əsədov və şöbənin aparıcı mütəxəssisi Murad Məmmədli hakimlərə danışılmış oyun anlayışı, oyun zamanı verilən adi hakim qərarları ilə qəsdən manipulyasiya edilmiş qərarlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun toxunulmazlığına və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat verib. Təlimçilər hakimlərin oyun prosesində daşıdığı həlledici rol və bu rolun hər hansı kənar təsirdən qorunmasının vacibliyi barədə geniş təqdimatla çıxış ediblər. Bildirilib ki, danışılmış oyunlar kontekstində hakim qərarları ən həssas məqamlardan biri hesab olunur və bu səbəbdən hakimlərin peşəkar davranışı daim yüksək nəzarət və məsuliyyət tələb edir.

 

Sessiya çərçivəsində hakimlərin yalnız oyunu idarə edən tərəf deyil, eyni zamanda futbolun ədalət və dürüstlük prinsiplərinin əsas təminatçısı olduğu vurğulanıb. Bildirilib ki, obyektivlik, prinsipiallıq, qərəzsizlik və yüksək peşə etikası hakim fəaliyyətinin ayrılmaz hissəsidir və bu prinsiplərin qorunması futbolun etibarlılığı üçün həlledici əhəmiyyət daşıyır. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və hakimlərə mümkün təsir üsulları təqdimat vasitəsilə izah olunub.

 

Eyni zamanda, hakimlərin etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, bu cür halların vaxtında və düzgün şəkildə raport edilməsi zərurəti, eləcə də məlumatın gizlədilməsinin doğura biləcəyi ciddi nəticələr praktiki situasiyalar əsasında müzakirə olunub. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və hakimlərin ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

 

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri hakimlərin diqqətinə çatdırılıb, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu vurğulanıb, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr təqdim edilib.

 

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və hakimlərin bu sahədə məsuliyyət və məlumatlılıq səviyyəsinin daha da artırılmasıdır.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 07:34

“Sabah”a iki qol vuran Girassi Bakıdakı oyundan danışdı

Digər
Bu gün, 07:13

Holand yoxdursa, problem də yoxdur - Foden “Mançester Siti”nin yeni qolçusuna çevrilə bilər

Digər
Bu gün, 06:41

Eyden Makkarti: “Borussiya”ya vurduğum qol karyeramda unutmayacağım anlardandır”

Futbol
Bu gün, 06:07

Maykl Karrik istefa barədə spekulyasiyalara cavab verdi: hər şey aydındır

Futbol
Bu gün, 05:48

Coy-Lens Mikels: ‘Dortmund məğlubiyyətindən sonra ‘Vikinq’lə qarşılaşmağa hazırıq’

Futbol
Bu gün, 05:12

Aston Villa yarımmüdafiəçisi Yohan Manzambi “Barselona” və “Bavariya”nin marağında

Futbol
Bu gün, 04:27

Borussiya Dortmund qapıçısı Qregor Kobelin “Sabah”ın təzyiqi barədə açıqlamaları

Futbol
Bu gün, 02:36

Luis Enrike: Barselona üzərində 4:2 hesablı qələbənin açarı PSJ-nin müdafiəsi oldu

Futbol
Bu gün, 02:05

Kvaratsxeliya "Barselona" məcburiyyətində ağır zədələndi: 9 ay müddətində yaxına qala bilər

Futbol
Bu gün, 01:49

“Barselona” UEFA Çempionlar Liqasının üçüncü turunda PSJ-yə 2:4 uduzaraq mövsümdə ilk məğlubiyyətini aldı - Flik rəqibin üstünlüyünü etiraf etdi

Formula 1
Bu gün, 01:35

Williams Marvel ilə əməkdaşlıqda Doctor Dum üslubunda bolid təqdim etdi

Futbol
Bu gün, 01:19

“Sabah” qapıçısı Stanislav Pokatilov UEFA Çempionlar Liqasının üçüncü turunda ən yüksək bal toplayaraq “Borussiya”nın dublini geridə qoydu

Futbol
Bu gün, 01:13

David Raya La Liqada oynamak istədiyini bildirdi

Futbol
Bu gün, 00:52

Sabah – Borussia Dortmund matçında bütün qollar Afrika futbolçuları tərəfindən vuruldu

Futbol
Bu gün, 00:35

Sesk Fabreqas "Mançester Yunayted"in baş məşqçisi olacağı barədə xəbərlərə münasibət bildirməkdən imtina etdi

Futbol
Bu gün, 00:30

Žirasi "Sabah"la Çempionlar Liqası görüşünün ən yaxşı futbolçusu seçildi

Futbol
Bu gün, 00:21

Ronaldu penaltini qaçırdı, Feliks “Əl-Nəsr”ə qələbə qazandırdı

Futbol
Bu gün, 00:03

Dani Olmo, PSG qarşılaşmasında yaralandı

Futbol
Dünən, 23:50

Bundesliqada “Sabah” və “Borussiya Dortmund” matçı 2-1 nəticə ilə sona çatdı, Azərbaycan klubu müqavimət göstərdi

Futbol
Dünən, 23:44

Mikel Artertanın bəyanatı: Subimendi Bayern ilə oyunda iştirak edəcək

Futbol
Dünən, 23:41

Dambrauskas: Keyfiyyətli rəqib qarşısında şansımız az idi

Futbol
Dünən, 23:31

Dambrauskas məğlubiyyətdən sonra futbolçularına qürur duyduğunu bildirdi

Futbol
Dünən, 23:26

Sabah 2-1 məğlubiyyətlə Borussia Dortmund-a: layiqli mübarizə, səhvlər və fürsət itkisi

Qarabağ FK
Dünən, 22:58

İqor Ponomaryov “Sabah”ın “Borussiya”ya məğlubiyyətini şərh etdi

Oxşar xəbərlər