"Əhval-ruhiyyəmiz yaxşıdır. Yoxlama oyunu olsa da, bizi maraqlı sınaq gözləyir".
Bu sözləri Birinci Liqa təmsilçisi "Gəncəbasar"ın futbolçusu Ülvi Mədətov Gəncənin elita təmsilçisi "Kəpəz"lə keçiriləcək sınaq matçı öncəsi deyib.
Gənc idmançı eyni şəhərin iki komandası arasında baş tutacaq qarşılaşmanın əhəmiyyətindən və komandanın hədəflərindən söz açıb:
"'Kəpəz'lə görüşdə həm çox yaxşı oyun göstərməyə, həm də yaxşı nəticə qazanmağa çalışacağıq. "Baku Sportinq"lə çempionat oyununa tam hazır olmaq istəyirik", - deyə o fanat.az-a açıqlamasında vurğulayıb.
Qeyd edək ki, "Gəncəbasar" və "Kəpəz" komandaları arasında keçiriləcək yoxlama oyunu bu gün saat 16:30-da start götürəcək.