top
Füzuli Məmmədov Karvan-Yevlaxda qalmaq şərtlərini açıqladı Sport24.az
15 may 2026, 20:12
- ↺ +

Füzuli Məmmədov "Karvan-Yevlax"da qalmaq şərtlərini açıqladı

"karvan-Yevlax" Misli Premyer Liqasının 32-ci turunda doğma meydanda "Qəbələ"yə 1:2 hesabı ilə uduzub. Sport24.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Füzuli Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Komandanın Premyer Liqanı tərk edəcəyi dəqiqləşib. Buna görə də futbolçuları motivasiya etmək çox çətin idi. Onları başa düşürəm. Amma oyuna hazır olmaq üçün çalışdılar. Bilirdik ki, gərgin matç olacaq. Evdə qalib gəlmək istəyirdik. Bunun üçün imkanımız var idi. Hesabda önə keçdik. Xırda səhvlərdən "Qəbələ" bizə qol vurdu. Rəqibi təbrik edirəm. Premyer Liqa səviyyəsində hər detala diqqət etmək lazımdır. Çox məyusam. Amma nə etmək olar? Həyat davam edir. Futbolçular isti havada əziyyət çəkdilər. Hər birinə təşəkkür edirəm.

 

- Birinci hissə sönük keçdi. Fasilədə futbolçulara hansı tapşırıqları  verdiz?

- Birinci hissədə hücumda kəsərli oynaya bilmirdik. "Qəbələ"nin müdafiəçilər hücumlarımızın qarşısını çox asanlıqla alırdılar. İkinci hissədə dəyişikliklər etdik.  Bundan sonra hücumda daha kəsərli olduq. Bu hücumların birində qol vurduq. Təəssüflər olsun ki, dərhal iki qol buuraxdıq.

 

- "Karvan-Yevlax"ın baş məşqçisi postunda qalacaqsız?

- Çempionat davam etdiyi üçün rəhbərliklə bu barədə danışığımız olmayıb. Mövsüm bitdikdən sonra danışacağıq. Mayın sonuna qədər klubla müqaviləm var. Sona qədər işimi vicdanla görəcəyəm. Ondan sonra yəqin ki, rəhbərliklə görüşümüz olacaq. Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa, burada qala bilərəm. Olmayacaqsa, digər təklifləri dəyərləndirməyə məcburam.

 

- Təklifiniz var?

- İndi bu haqda danışmaq düzgün olmaz. Hazırda klubla müqaviləm var. Təkliflər haqda danışmaq qeyri-etik olar. Bütün diqqətim komandadadır. Klubla danışıqlarımız uğurlu olsa, işimə davam edəcəyəm.

 

- Növbəti mövsümün planlarını qurmaq üçün gecikmirsiz?

- Elə düşünmürəm. Hələ bir oyunumuz qalıb. Sona qədər oynamalıyıq. Futbolçuların mayın sonuna qədər müqaviləsi var. Hamı borcunu vicdanla yerinə yetirməlidir. Mövsüm bitdikdən sonra hər şey rəhbərliyin istəyindən asılı olacaq.

 

- Komandada I Liqada oynamaq istəyən futbolçular var?

- Futbolçulara cəlbedici təklif etsək, oynayarlar. İddia olan yerdə qalmaq istəyərlər.

 


- Qoldan sonra futbolçu sizi qucaqladı. Oyunçular sizinlə çalışmaqdan məmnundurlar?

- Futbolçular onlardan nə istədiyimi anlayırlar. Onlarda münasibətim hər zaman yaxşı olub. Hansısa oyunçu əsas heyətdə olmayanda soyuqluq yarana bilər. Bu münasibəti istiləşdirmək üçün maksimum çalışırıq. Ambisiyalı adamam, uğura acam. Heç vaxt bu qədər məğlub olmamışam. Qəbul edə bilmirəm. Keyfiyyət fərqini anlayıram. Amma yenə də futbolçuları qələbə üçün kökləyirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:27

Aşraf Hakimi tarixdə yeni rekord qırdı, Luis Enríqueyə isə 50-ci Çempionlar Liqası matçı ilə tarix yazıldı

Futbol
Bu gün, 00:08

Batrakov Ştутqart qarşılaşmasında ən yaxşı oyunçu seçildi - statistikasilə diqqət çəkdi

Futbol
Dünən, 23:38

Mareska açıqlayıb: Fodenin az oyunu fiziki hazırlığın marafoni

Futbol
Dünən, 23:24

Çempionlar Liqasında "Fənərbaxça"ya qarşı oynayacaq "Liverpul"da ciddi itki: Rayan Qravenberx sağlım deyil

Futbol
Dünən, 23:24

Reqraqi: Yamalın Qızıl topu alması halında Mbappé daha çox məyus olardı

Futbol
Dünən, 23:09

Harri Keyn İspaniyada və La Liqada oynamaq arzusundan danışdı

Futbol
Dünən, 22:54

İraola Fenerbahçənin gücünü vurğuladı: “Onlara qarşı təzyiq göstərməliyik”

Futbol
Dünən, 22:50

Makkarti: İlk qolumla özünəinamımı artırdım, növbəti oyunda da davam etmək istəyirəm

Futbol
Dünən, 22:39

Vikinq məşqçisi 'Sabah' haqqında: Çoxlarının eşitmədiyi, amma güclü komandadır

Futbol
Dünən, 22:33

Valdas Dambrauskas: Sıx oyun cədvəli bərpa prosesini çətinləşdirir

Futbol
Dünən, 22:25

Real Madridın yarımmüdafiəçisi Arda Güler zədə səbəbindən kənarda qaldı

Cüdo
Dünən, 21:56

Yeni Cüdo Kəmər Sınağı 5-6 Noyabr Baku Olimpiya Kompleksində

Digər
Dünən, 21:55

Azərbaycan karateçiləri Sofiyada Avropa çempionu oldu, çoxsaylı medallar qazanıldı

Futbol
Dünən, 21:39

Seneqal Millisinin Ex-Footballçusu Demba Ba Havr İdman Direktoru Vəzifəsindən Ayrıldı

Futbol
Dünən, 21:29

Fabio Kannavaro, Özbəkistan milli komandasının məşqçisi vəzifəsindən ayrılma ehtimalı

Futbol
Dünən, 21:24

FIFA prezidenti Xəsus de Migelin vəfatı münasibətilə başsağlığı bildirdi

Futbol
Dünən, 21:09

Barselona Aleks Balde üçün transfer qiymətini 40 milyon avroya yüksəltdi

Futbol
Dünən, 20:57

Əvəzedicilər Liqası: IX turun oyunları, tarix və saatları açıqlandı

Cüdo
Dünən, 20:56

Bakı şəhərinin yeniyetmələr arasında cüdo birinciliyinə 483 idmançı qatılacaq

Futbol
Dünən, 20:41

Dieqo Simeone: “Bavariya” ilə oyunda 80 dəqiqə hücum etmək istəyirik, Kardoso və Hülmann heyətdə yoxdur

Minifutbol
Dünən, 20:35

Futsal transfer dövrü tarixləri açıqlanıb

Futbol
Dünən, 20:27

Fənərbaxçanın yeni baş məşqçisi üçün Emre Belözoğlu ilə danışıqlara başlanılıb

Futbol
Dünən, 20:27

Mançester Siti’nin ‘RB Leypsiq’lə qarşılaşmadan əvvəl yalnız Semenyo iştirak etməyib

Futbol
Dünən, 20:12

Al-Hilal Qərarı: Bruno Fernandes transferi planlaşdırılmır

Oxşar xəbərlər