top
Futbol məşqçilərinin qəzəbi: Planşetlərin sındırılması və digər bahalı əsəb anları Idman.biz
08 aprel 2026, 17:12
- ↺ +

Futbol məşqçilərinin qəzəbi: Planşetlərin sındırılması və digər bahalı əsəb anları

Azərbaycan Premyer Liqasında son vaxtlar maraqlı və bir o qədər də bahalı "ənənə" formalaşmağa başlayıb. Baş məşqçilərin oyunun gedişində emosiyalarını cilovlaya bilməyərək əllərindəki planşeti yerə çırpması artıq təsadüf sayılmır. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun başlatdığı bu "estafeti" Ayxan Abbasov davam etdirib.

İdman.Biz xəbər verir ki, futbol dünyasında texnologiyanın rolu artdıqca, məşqçilərin "qəzəb hədəfləri" də dəyişir. Əvvəllər su qablarını təpikləyən və ya pencəyini yerə atan mütəxəssislər, indi həm analitika, həm də taktiki göstərişlər üçün istifadə etdikləri planşetləri "qurban verirlər".

Sındırılan planşetlər sadəcə bir cihaz deyil, oyunun gərginliyinin və məsuliyyətinin göstəricisi kimi yadda qalıb.

Görünən odur ki, növbəti mövsümlərdə klubların büdcəsinə yeni bir bənd əlavə olunmalıdır: "Ehtiyat planşetlər üçün xərclər".

Bu hal təkcə Azərbaycan futboluna xas deyil. Avropanın nəhəng klublarında və nüfuzlu çempionatlarda da bənzər hadisələr yaşanıb.

View this post on Instagram

A post shared by İdman.Biz (@idmanbiz)

Luis Enrike (PSJ): İspaniyalı mütəxəssis Çempionlar Liqasında (2024) keçmiş klubu "Barselona"ya qarşı keçirilən oyunda PSJ-nin buraxdığı qoldan sonra əsəblərini cilovlaya bilməyərək meydanın kənarında su şüşələrinin olduğu yeşiyi təpikləyib, daha sonar isə soyunub-geyinmə otağındakı stolun üstündəki əşyaları yerə dağıdıb.

Xavi Hernandez ("Barselona"): Xavi "Barselona"dakı son mövsümündə Çempionlar Liqasında PSJ ilə cavab qarşılaşmasında (2024) Ronald Arauxonun qırmızı vərəqə almasından sonra əsəbləşərək əvvəlcə operatorun qarşısındakı qoruyucunu təpikləyib, sonra isə texniki zonadakı avadanlıqlara zərər yetirib.

Pep Qvardiola ("Mançester Siti"): Pep daha çox su qablarını təpikləməsi ilə məşhur olsa da, 2024-cü ildə "Arsenal" ilə oyunda rəqibin hesabı bərabərləşdirməsindən sonra əsəbini oturduğu skamyadan çıxmışdı.

Dieqo Simeone ("Atletiko"): Məşqçilərdən danışarkən argentinalı mütəxəssisi də unutmaq olmaz. Çünki dünya futbolunda emosiya və aqressiya dedikdə ağıla gələn ilk simalardan biri "Atletiko"nun baş məşqçisidir. Onun üçün ehtiyat skamyada sakit oturmaq anlayışı yoxdur. O, hər oyunda sanki sahədəki 12-ci oyunçu kimi davranır və bu gərginlikdən ən çox zərər görən isə ətrafındakı əşyalar, üst geyimləri və rəqib oyunçular olurlar. Məhz bu sonuncu hal – rəqiblərə söz ataraq gərginlik yaratmaq onun son zamanlar daha çox istifadə etdiyi "taktiki gediş"dir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Gimnastika
Bu gün, 15:40

Xüsusi Olimpiya çərçivəsində Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı

Futbol
Bu gün, 15:37

Kódzo Taşima, FİFA prezidentliyinə namizədliyini irəli sürdü

Futbol
Bu gün, 15:30

Barcelona Bakıdakı “Sabah” ilə matça ciddi itkilərlə çıxa bilər

Qarabağ FK
Bu gün, 15:08

Nəriman Axundzadə: Errumspor’da daha çox forma şansı qazanacağam;

Futbol
Bu gün, 15:00

Zəfər Günü münasibətilə Kəpəzin kollektivi ilə şəhid övladları buluşdu

Futbol
Bu gün, 14:45

Ronaldo Portuqaliya milli komandasından bəhs edərək karyerasını başa vurduğunu elan edib

Futbol
Bu gün, 14:44

Kreşianu Ronaldo Milli Komandanı Tərk Edir: ‘Yolum Bitti’

Qarabağ FK
Bu gün, 14:41

Anatoli Ponomaryov: Azərbaycanlı futbolçuların Avropaya transferi çətindir

Futbol
Bu gün, 14:40

Mançester Yunayted Liverpoolun hücumçusunu hədəfləyir

Futbol
Bu gün, 14:36

Kriştianu Ronaldo Portuqaliya millətində karyerasını bitirdi

Futbol
Bu gün, 14:18

Kəpəz futbolçusu Viktor Stina Moldova milli komandası üçün dəvət aldı

Futbol
Bu gün, 14:01

Braziliyada 20 yaşlılar arasında baş verən kütləvi davadan sonra 53 nəfərə qırmızı vərəqə verildi

Futbol
Bu gün, 14:01

Yurgen Klopp Niklas Fülkruqu Almaniya millisinə çağırmaqla planlaşdırır

Futbol
Bu gün, 14:00

Vikinq, “Sabah”ı 4:1-ə məğlub etdi

Futbol
Bu gün, 13:52

Barselona Hans-Diter Flikin rəhbərliyi altında son 100 ilin rekordunu qıraraq 15 rəsmi matçda 60 qol vuran göstəriciyə imza atıb

Futbol
Bu gün, 13:42

Fabreqas PSJ ilə qarşılaşmağı düşündüyündə yatmaqdan çəkindirir

Minifutbol
Bu gün, 13:34

Azərbaycan futzalı Çexiya ilə 2028 Dünya Çempionatının əsas mərhələsində qalib gəlmək üçün həyəcanlanır

Futbol
Bu gün, 13:31

Elhad Naziri: Gəncəbasarın futbolçularının büdcəsi 22 min manat

Futbol
Bu gün, 12:53

Elvin Yunuszadə: Türkiyədə Futbol Mühiti Tamamilə Fərqlidir

Futbol
Bu gün, 12:40

Milan 2028-ci ildən Adidas ilə 10 mövsümlük yeni müqavilə imzalayaraq 500 milyon avrodan artıq qazanar

Basketbol
Bu gün, 12:38

Ceyhun Həsənli Şəki Basketbol Komandasının Baş Məşqçisi Təyin Olundu

Futbol
Bu gün, 12:38

Forest Green Rovers klubunun soyunub‑geyim otağını tropik bağa çevirməsi

Futbol
Bu gün, 12:34

Harri Keyn Bayern ilə müqaviləsini 2029-cu ilə qədər uzatdı

Digər
Bu gün, 12:07

Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Oxşar xəbərlər