"Zirə"dən ayrılan futbolçu Fuad Bayramov karyerasını Birinci Liqada davam etdirəcək.
İdman.Biz xəbər verir ki, "Səbail" 28 yaşlı müdafiəçini heyətinə qatdığını açıqlayıb.
Oyunçunun müqaviləsinin müddəti hələlik açıqlanmayıb.
Qeyd edək ki, Fuad Bayramov karyerası ərzində "Şamaxı" və "Turan Tovuz" klublarının da formasını geyinib.