İdman.Biz xəbər verir ki, Fransa Liqa 1-in 18-ci turu çərçivəsində "Nant" "Paris" komandasını qəbul edib.
Oyunda hesabı erkən qolla qonaqlar açıb. Altıncı dəqiqədə Kebbal fərqlənib. 50-ci dəqiqədə Mattis Abline hesabı bərabərləşdirib. Qonaqların qələbə qolunu 78-ci dəqiqədə Luka Koleoşo vurub.
Bu qələbə "Paris"ə 19-cu xalını qazanmağa yardım edib. "Nant"ın isə 14 xalı var. Komandalar müvafiq olaraq turnir cədvəlində 13 və 16-cı yerdədir.
20:04
Fransa Liqa 1-in 18-ci turu çərçivəsində keçirilən "Strasburq" - "Mets" qarşılaşmasında sevinən ev sahibi olub.
İdman.Biz xəbər verir ki, "Strasburq" 2:1 hesabı ilə qələbə çalıb.
İlk qol 12-ci dəqiqədə "Strasburuq"un oyunçusu Moreyradan gəlib. Qonaqların cavab qolunu Hein 24-cü dəqiqədə penaltidən vurub. Ev sahibi komandanın qələbə qolunu isə 44-cü dəqiqədə Martial Qodo vurub.
Qələbə sayəsində "Strasburq" xallarını 27-yə çatdıraraq yeddinci pilləyə yüksəlib. "Mets" isə 12 xalla sonuncudur.