Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" - "Trua" oyununun vaxtı dəyişdirilib.
"Report" "RMC Sport"a istinadən xəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub.
Daha əvvəl oktyabrın 24-də keçirilməsi nəzərdə tutulan oyun oktyabrın 25-də baş tutacaq.
Xatırladaq ki, Fransa Daxili İşlər Nazirliyi etirazçıların sayının təxminən 550 000 nəfər olduğunu açıqlayıb.