top
Florentino Peresin Barselonanın Laportasına dəstəyi: Superliqa ittifaqı və sonraki peşmançılıq Idman.biz
18 yanvar 2026, 21:54
- ↺ +

Florentino Peresin "Barselona"nın Laportasına dəstəyi: Superliqa ittifaqı və sonraki peşmançılıq

"Barselona"nın prezidenti Joan Laportanın seçilməsində İspaniyanın "Real Madrid" klubunun rəhbəri Florentino Perez həlledici rol oynayıb.

İdman.Biz xəbər verir ki, bu barədə "El Confidencial" nəşri məlumat yayıb.

Məlumata görə, prezident seçkiləri zamanı Laportanın klubun hesablarına 124,6 milyon avro (250 milyon AZN) vəsait yatırması tələb olunub. Lakin onun bu məbləği ödəmək üçün kifayət qədər maliyyə imkanı olmayıb.

Bu məqamda Peres birbaşa bank rəhbərliyinə müraciət edərək prosesə müdaxilə edib. Bank əvvəlcə ödənişi təsdiqləməyə tərəddüd göstərib. Səbəb "Barselona"nın həmin dövrdə ciddi maliyyə böhranı yaşaması və öhdəlikləri vaxtında yerinə yetirəcəyinə zəmanət verə bilməməsi olub. Buna baxmayaraq, Peresin israrı nəticəsində bank sonda razılıq verib.

Mənbənin yazdığına görə, "Real Madrid" prezidentinin bu addımı atmasının əsas səbəbi Laportanı Avropa Superliqası layihəsində özünə müttəfiq kimi görməsi idi. Lakin sonradan "Barselona" həmin layihədən çıxmaq qərarı verib.

Qeyd edək ki, Avropa Superliqasının yaradılması 2021-ci ilin aprelində elan edilmişdi. Layihədə "Real Madrid", "Yuventus", "Barselona", "Atletiko", "Milan", "İnter", "Mançester Yunayted", "Mançester Siti", "Çelsi", "Liverpul", "Tottenhem" və "Arsenal" klubları yer alırdı. UEFA-nın sanksiya təhdidlərindən sonra isə layihə dayandırıldı və iştirakçıların demək olar ki, hamısı Superliqadan geri çəkildi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 03:09

Fiqu: “Mourinyo “Barselona” üçün yaxşı baş məşqçi olardı”

Futbol
Bu gün, 02:08

Mançester Yunayted kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqası matçı zamanı oğurluq edildi

Futbol
Bu gün, 01:29

“Arsenal” 2026-cı il dünya çempionu Aleks Baenanı transfer etmək istəyir

Futbol
Bu gün, 01:10

Klopp Bavariyanın müdafiə sistemini tam başa düşmür

Futbol
Bu gün, 00:51

PSJ, zədələnən Kvaratskheli yerinə Bayerin Ibrahim Maza transferini planlaşdırır

Futbol
Bu gün, 00:18

Levandovski “Qızıl top” namizədliyi üçün Lamin Yamal, Harry Kane və Michael Olise-ni təriflədii

Qarabağ FK
Dünən, 23:58

Premyer Liqanın IX turunda "Sabah" "Qarabağ"la, "Neftçi" isə "Turan Tovuz"la qarşılaşacaq

Futbol
Dünən, 23:39

Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi 147 klub rəhbərini 45 gün futboldan uzaqlaşdırdı

Digər
Dünən, 23:24

Azərbaycan Milli Olimpiya Komitəsinin nümayəndələri Krasnoyarskda keçirilən 14‑cü Beynəlxalq İdman Forumunda iştirak edir

Futbol
Dünən, 23:08

Barselona hələ rəsmi oyuna çıxmayan yarımmüdafiəçi Brayan Farinyasla müqaviləni uzatmaq niyyətindədir

Futbol
Dünən, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Futbol
Dünən, 22:43

Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı 78 ölkəyə tarix yazdıracaq

Futbol
Dünən, 22:39

Fiqu: 'Eğer birlikte oynasaydık, sol cinaha geçmeliydim'

Güləş
Dünən, 22:32

Azərbaycan Güləş Federasiyası Qazaxıstan İdman Universitetində əməkdaşlıq görüşü keçirdi

Futbol
Dünən, 22:31

Mövlən Paşayev “Şamaxı” Futbol Klubunun Strateji Müşaviri Təyin Olundu

Digər
Dünən, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Futbol
Dünən, 22:20

Sabah Arena’da Masazır tribunası yaradılacaq

Digər
Dünən, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Dünən, 22:08

Qadın futbol klubları arasında ilk dünya çempionatı ABŞ-də keçiriləcək

Digər
Dünən, 22:02

"Real" Arda Gülərlə 5 illik müqavilə imzalayıb;

Digər
Dünən, 21:56

“Sabah”da yeni transfer

Digər
Dünən, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Dünən, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Dünən, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Oxşar xəbərlər