top
Florentino Peres erkən seçkilərin səbəblərini açıqladı Idman.biz
28 may 2026, 09:40
- ↺ +

Florentino Peres erkən seçkilərin səbəblərini açıqladı

İspaniyanın "Real Madrid" futbol klubunun prezidenti Florentino Peres növbədənkənar prezident seçkiləri keçirmək qərarının səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, Peres səlahiyyət müddəti 2029-cu ilə qədər davam etdiyi halda seçki elan etməsinin səbəblərini izah edib.

"Niyə erkən seçki elan etdiyimi açıqlayacağam. İstəsəm, daha üç il vəzifəmdə qala bilərdim", - deyə klub rəhbəri söyləyib.

Peresin sözlərinə görə, bir neçə ay əvvəl "Real Madrid"i sabitsizləşdirməyə yönələn və şəxsən onu hədəf alan təşkil olunmuş kampaniya aşkarlayıb:

"Bu, demokratik və şəffaf klubdur. Bəzilərinin mənim seçkilərin keçirilməsinə mane olduğumu deməsi doğru deyil. Bunları həmişə klubu ələ keçirmək istəyən adamlar deyir. Onlar bunu indi də etməyə çalışırlar".

"Real Madrid" prezidenti bildirib ki, yeni namizəd ortaya çıxandan sonra həmin kampaniyanın arxasında kimlərin dayandığı aydınlaşıb:

"Bunlar klub tarixinin ən pis dövründən - Ramon Kalderon erasından qalan eyni adamlardır. Onlar klubu xilas etmək üçün yox, "Real Madrid"dən faydalanmaq üçün buradadırlar".

Peres rəqib namizədin biznesi üçün 54 faizlə kredit istəməsini də tənqid edib:

"Belə biri "Real Madrid" kimi klubu necə idarə edə bilər? İndi bilirik ki, niyə heç bir İspaniya bankı ona bank zəmanəti verməyib".

Klub rəhbəri "Real Madrid"in maliyyə və idman baxımından dünyanın ən uğurlu klubu olduğunu bildirib:

"Biz 10 ildə altı Çempionlar Liqası qazanmışıq. Seçilsək, eyni qaydada qalib gəlməyə davam edəcəyik".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 16:20

Real Madrid

Futbol
Bu gün, 16:20

Utrextdə Entoni Korreya və Tamerus ayrıldı

Digər
Bu gün, 16:10

Onlayn və çap media subyektləri üçün müsabiqə elan edildi

Cüdo
Bu gün, 16:02

Rüstəm Alimli: "Dünya çempionatında ən azı bir qızıl medal qazanmağı hədəfləyirdik"

Boks
Bu gün, 16:02

2027-ci ildə Bakı və Almatıda UFC turniri keçiriləcək

Futbol
Bu gün, 16:00

CAS Afrika Millətləri Kubokunun qalibi sabah açıqlayacaq

Futbol
Bu gün, 16:00

Şamaxı stadionunda yenilik

Qarabağ FK
Bu gün, 15:53

Azərbaycan U-15 milli komandası Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına başladı

Futbol
Bu gün, 15:50

Okan Buruk: Batrakovun oyunu bizim üçün çox vacibdir

Formula 1
Bu gün, 15:45

2030-cu ildə Formula 1 komandalarının mühərrik təchizatı sistemi dəyişəcək

Futbol
Bu gün, 15:41

İtaliyada qırmızı kart alan futbolçu bıçaqla meydanğa qayıtdığı üçün matç dayandırılıb

Futbol
Bu gün, 15:40

“Barselona”nın ən uzaq avrokubok səfəri – FOTO

Futbol
Bu gün, 15:40

Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər - Gələcəkdə “sükan”ı Fabreqasa tapşıra bilər

Futbol
Bu gün, 15:38

"Sabah" - "Barselona: Mətbuat konfransları və açıq məşqlər

Futbol
Bu gün, 15:28

Tarixin özü Bakıda

Futbol
Bu gün, 15:20

Mançester Yunayted Luis Hollunu transfer etmək istəyir

Futbol
Bu gün, 15:20

Paris Saint‑Jünior Fransa nəhəngi cinah hücumçusu axtarır

Qarabağ FK
Bu gün, 14:53

“Kəpəz”in futbolçusu: “Daha yaxşı nəticələr əldə etməyə qadirik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:40

Azərbaycanlı FIFA referisinə növbəti təyinat

Futbol
Bu gün, 14:40

UEFA Gənclər Liqası: "Sabah" - "Barselona" matçı ona tapşırıldı

Futbol
Bu gün, 14:40

"Kəpəz"dən heç vaxt 1 manat artıq pul istəməmişəm" - Sabiq kapitandan NARAZILIQ

Qarabağ FK
Bu gün, 14:39

Aslan Kərimov: “Sabah”ın “Barselona”ya qalib gəlməsi çox çətindir”

Futbol
Bu gün, 14:35

“Neftçi” niyə öz futbolçusuna qarşı oynamalıdır? – İngiltərə nümunəsi və unudulan reallıq

Qarabağ FK
Bu gün, 14:27

Nikolas Uolş "Sabah" - "Barselona" matçına baş hakim kimi təyin edilib, əvvəllər isə 4 dəfə Azərbaycan klublarının oyunlarına cəlb olunub

Oxşar xəbərlər