top
Finiş hesablamaları: “Neftçi”, “Zirə”, yoxsa ... - TƏHLİL İdman.biz
24 may 2024, 12:36
- ↺ +

Finiş hesablamaları: “Neftçi”, “Zirə”, yoxsa ... - TƏHLİL

Sabah Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün son turu start götürəcək.

İdman.biz xəbər verir ki, XXXVI turun və mövsümün son oyun günü formal xarakter daşısa da, sabahkı matçlar 4 klub üçün həlledici xarakter daşıyacaq.

Həm ilk "üçlük"də, həm də avrokuboklarda "Qarabağ"a qoşulacaq komandalardan ən azı ikisi sabahkı görüşlərdən sonra bilinəcək.

İki medalın dörd elçisi

2-ci və 3-cü yerlərin sahibləri turun ilk günündə bəlli olacaq. Gümüş və bürünc mükafata 4 iddiaçı var. Hazırda 56 xala malik "Neftçi" ikinci sırada qərarlaşıb. Miodraq Bojoviçin yetirmələri "Zirə" və "Sabah"ı bir xal qabaqlayırlar. Şəxsi oyunlardakı üstünlük Rəşad Sadıqovun komandasını 3-cü edib. "Sabah" 4-cüdürsə, bir xal geridə qalan "Sumqayıt" son tur ərəfəsində 5-cidir. Göründüyü kimi, iki medala 4 komanda elçi düşüb.

Sabah nə olacaq?

Günün ən maraqlı görüşü "Neftçi Arena"da olacaq. Ötən mövsümün gümüş və bürünc mükafatçısı əyani dueldə qarşılaşacaq. İkinci sıradakı "Neftçi" cəmi bir xal qabaqladığı "Sabah"la görüşəcək. Digər iki iddiaçını nisbətən asan sınaqlar gözləyir. "Zirə" "Səbail"i, "Sumqayıt" "Qəbələ"ni qəbul edəcək. Hər iki qarşılaşmada qonaqlar üçün mövsümün son səfəri formal xarakter daşıyır.

Şəxsi oyunlar nə deyir?

Dörd komanda arasında cəmi 2 xal fərqin olması 2, hətta 3 komandanın mövsümü eyni xalla bitirməsi ehtimalı yaradır. Bu üzdən iddiaçıların şəxsi oyunlardakı nəticələri maraq doğurur. "Neftçi" "Zirə"dən üstün (7 xal – 4 xal), "Sumqayıt"dan geridir (4 xal – 7 xal). "Zirə" həm "Sabah"ı (9 xal – 3 xal), həm "Sumqayıt"ı (6 xal – 3 xal) üstələyir. Sonuncu iki komandanın duellərində isə bakılılar (9 xal – 3 xal) öndədir. Sonuncu görüşləri qalan "Sabah"la "Neftçi"nin matçlarında sonuncular 2, ötən mövsümün vitse-çempionu 5 xal əldə edib.

Avropaya aparan yol

Son tur həm də avrokuboklara vəsiqə baxımından həlledicidir. Sabah keçiriləcək görüşlər, iki, bəlkə də üç komandanın Avropaya yolunu açacaq. "Zirə"dən başqa, istənilən komanda 5-ci yeri tutsa, yəni digərlərindən geri qalsa, Avropadan da kənar düşəcək. Əgər qəsəbə klubu "kvartet"də sonuncu olsa, 2-3-cü yerlərin avrokuboka qatılacağı dəqiqləşəcək. Son vəsiqə isə kubokun finalından asılı olacaq. Komandaların hansı turnirə getməsi də "Zirə"dən və finaldan asılıdır. Qəsəbə klubu 2-ci yeri tutsa, Avropa Liqasında yerini finalı gözləmədən təmin edəcək. Digər iki komanda Konfrans Liqasına gedəcək. Sadıqovun komandası ikinci ola bilməsə, 3-cü yerin Konfrans Liqasına gedəcəyi dəqiqləşəcək. Onda Avropa Liqası və Konfrans Liqasına biletlər sahibini kubokun son matçında tapacaq.

25-də 27 variant

Mayın 25-də baş tutacaq həlledici üç oyunun nəticələri ilə bağlı 27 mümkün variant var. Bunların 13-də gümüş medal "Neftçi"nin olacaq. "Zirə" və "Sabah" hərəyə 6, "Sumqayıt" 2 ehtimalda 2-ci yeri tutacaq.

Bürünc şansı "Zirə"da daha çoxdur – 9 variant. "Neftçi" 8, "Sabah"la "Sumqayıt" hərəyə 5 halda üçüncü olacaq.

Bütün mümkün variantlar:

"Neftçi" "Sabah"a qalib gəlsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Neftçi" - 59

3. "Zirə" - 58

4. "Sumqayıt" - 57

5. "Sabah" - 55

"Neftçi" "Sabah"a qalib gəlsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 59

3. "Zirə" - 58

4. "Sabah" - 55

5. "Sumqayıt" - 55

"Neftçi" "Sabah"a qalib gəlsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 59

3. "Zirə" - 58

4. "Sabah" - 55

5. "Sumqayıt" - 54

"Neftçi" "Sabah"a qalib gəlsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Neftçi" - 59

3. "Sumqayıt" - 57

4. "Zirə" - 56

5. "Sabah" - 55

"Neftçi" "Sabah"a qalib gəlsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 59

3. "Zirə" - 56

4. "Sabah" - 55

5. "Sumqayıt" - 55

"Neftçi" "Sabah"a qalib gəlsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 59

3. "Zirə" - 56

4. "Sabah" - 55

5. "Sumqayıt" - 54

"Neftçi" "Sabah"a qalib gəlsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Neftçi" - 59

3. "Sumqayıt" - 57

4. "Zirə" - 55

5. "Sabah" - 55

"Neftçi" "Sabah"a qalib gəlsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 59

3. "Zirə" - 55

4. "Sabah" - 55

5. "Sumqayıt" - 55

"Neftçi" "Sabah"a qalib gəlsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 59

3. "Zirə" - 55

4. "Sabah" - 55

5. "Sumqayıt" - 54

"Neftçi" - "Sabah" heç-heçə etsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Zirə" - 58

3. "Sumqayıt" - 57

4. "Neftçi" - 57

5. "Sabah" - 56

"Neftçi" - "Sabah" heç-heçə etsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Zirə" - 58

3. "Neftçi" - 57

4. "Sabah" - 56

5. "Sumqayıt" - 55

"Neftçi" - "Sabah" heç-heçə etsə, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Zirə" - 58

3. "Neftçi" - 57

4. "Sabah" - 56

5. "Sumqayıt" - 54

"Neftçi" - "Sabah" heç-heçə etsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Sumqayıt" - 57

3. "Neftçi" - 57

4. "Zirə" - 56

5. "Sabah" - 56

"Neftçi" - "Sabah" heç-heçə etsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 57

3. "Zirə" - 56

4. "Sabah" - 56

5. "Sumqayıt" - 55

"Neftçi" - "Sabah" heç-heçə etsə, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 57

3. "Zirə" - 56

4. "Sabah" - 56

5. "Sumqayıt" - 54

"Neftçi" - "Sabah" heç-heçə etsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Sumqayıt" - 57

3. "Neftçi" - 57

4. "Sabah" - 56

5. "Zirə" - 55

"Neftçi" - "Sabah" heç-heçə etsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Neftçi" - 57

3. "Sabah" - 56

4. "Zirə" - 55

5. "Sumqayıt" - 55

"Neftçi" - "Sabah" heç-heçə etsə, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Neftçi" - 57

3. "Sabah" - 56

4. "Zirə" - 55

5. "Sumqayıt" - 54

"Neftçi" "Sabah"a uduzsa, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Zirə" - 58

3. "Sabah" - 58

4. "Sumqayıt" - 57

5. "Neftçi" - 56

"Neftçi" "Sabah"a uduzsa, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Zirə" - 58

3. "Sabah" - 58

4. "Neftçi" - 56

5. "Sumqayıt" - 55

"Neftçi" "Sabah"a uduzsa, "Zirə" "Səbail"ə qalib gəlsə, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Zirə" - 58

3. "Sabah" - 58

4. "Neftçi" - 56

5. "Sumqayıt" - 54

"Neftçi" "Sabah"a uduzsa, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Sabah" - 58

3. "Sumqayıt" - 57

4. "Neftçi" - 56

5. "Zirə" - 56

"Neftçi" "Sabah"a uduzsa, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Sabah" - 58

3. "Neftçi" - 56

4. "Zirə" - 56

5. "Sumqayıt" - 55

"Neftçi" "Sabah"a uduzsa, "Zirə" - "Səbail" heç-heçə olsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Sabah" - 58

3. "Neftçi" - 56

4. "Zirə" - 56

5. "Sumqayıt" - 54

"Neftçi" "Sabah"a uduzsa, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə qalib gəlsə

2. "Sabah" - 58

3. "Sumqayıt" - 57

4. "Neftçi" - 56

5. "Zirə" - 55

"Neftçi" "Sabah"a uduzsa, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" - "Qəbələ" heç-heçə olsa

2. "Sabah" - 58

3. "Neftçi" - 56

4. "Zirə" - 55

5. "Sumqayıt" - 55

"Neftçi" "Sabah"a uduzsa, "Zirə" "Səbail"ə uduzsa, "Sumqayıt" "Qəbələ"yə uduzsa

2. "Sabah" - 58

3. "Neftçi" - 56

4. "Zirə" - 55

5. "Sumqayıt" - 54

Vüqar Xeyrullayev

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:22

Murad Məmmədov: 7 il sonra Emreliyə verdiyi sözünü yerinə yetirdi, milli komandaya qatıldı

Futbol
Bu gün, 10:20

Arsenal Aleks Skottu Qazanmağa Cəhd Etdi

Futbol
Bu gün, 10:11

Kevin De Bruyne PSV-yə transfer ola bilər

Futbol
Bu gün, 10:09

Barselona, Kamp Nouda 1500 kvadratmetrli kolumbarium tikləyəcək

Futbol
Bu gün, 10:00

Polşalı klub 'Sabah'ın futbolçusuna təklif etdi, amma o qapını bağladı

Basketbol
Bu gün, 09:54

LANDAU Lions baş məşqçisi: “Qələbəyə yaxın idik, amma müdafiədə səhvlər bizi məğlub etdi”

Futbol
Bu gün, 09:40

Bavariya Oskar Pituşevski üçün 60M avro təkliflə yenidən maraq göstərdi

Futbol
Bu gün, 09:39

Kriştianu Ronaldo Portuqaliyalı ulduz serialda aktyor olacaq

Futbol
Bu gün, 09:27

İngiltərə vs Xorvatiya, Türkiyə vs Belçika: Millətlər Liqası beşinci turu

Futbol
Bu gün, 09:23

400 milyon avro itirildi: Avropanın ən pis idarə olunan futbol klubu elan edildi

Futbol
Bu gün, 09:20

Aston Villa, müdafiəçi İan Maatsenlə müqaviləni 2032-yə qədər uzatdı

Futbol
Bu gün, 09:08

Zidan Juventus’da məşqçilik arzusu

Basketbol
Bu gün, 09:01

FIBA Avropa Kubokunda ‘Gəncə’ bu gün ‘Esenler Erokspor’ ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Benfikanın 20 yaşlı argentinalı oyunçusuna 100 milyon avro dəyər qoyuldu

Futbol
Bu gün, 08:40

Valeryen İsmael 'Havr', Beşiktaş'ın keçmiş baş məşqçisini Fransa klubunun yeni məşqçisi olacaq

Futbol
Bu gün, 08:20

Fiorentina David de Xea ilə yollarını ayırmağı planlaşdırır

Futbol
Bu gün, 08:13

Pep Qvardiola ABŞ futbol millisinə rəhbərlik edə bilər

Futbol
Bu gün, 08:00

ABŞ Futbol Federasiyası Manchester United-dan 10 milyon dollar tələb edə bilər

Futbol
Bu gün, 07:09

Mançini Mbappe-nin zədələnməsindən risk etməməsini tövsiyə etdi

Futbol
Bu gün, 06:14

Klopp: Azarkeşlərimin sayı artıb, aptekdə 80-90 yaşlı qadınlar mənə uğurlar arzulayırlar

Futbol
Bu gün, 05:15

Barselona, 20 milyon avroluq 18 yaşlı müdafiəçi Rud Neystadı hədəfə alıb

Futbol
Bu gün, 04:11

Çexiya millisi baş məşqçisinin Yamalın çıxmaması ilə bağlı açıqlaması

Boks
Bu gün, 03:11

Gülər Hüseynova finala çıxan rəqibi qarşısında qələbəni əmin hesab edir

Olimpiada
Bu gün, 02:07

Adil Kazımlı: Gümüş medal qazanaraq təşkilata minnətdarlığını bildirir

Oxşar xəbərlər