FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina Fransanın baş məşqçisi Didye Deşamın 2026-cı il dünya çempionatının yarımfinalında hakimliklə bağlı tənqidinə cavab verib.
İdman.Biz bildirir ki, yarımfinalda Fransa İspaniyaya 2:0 hesabı ilə məğlub olub. Matçı El Salvadordan olan İvan Barton idarə edib. Matçdan sonra Deşam "Hakim yarımfinalda hakimlik etmək vəzifəsinin öhdəsindən gəlirmi?" sualını verib.
"Deşamın bu yarımfinalda hakimimizin səriştəsini şübhə altına alan sualına cavab olaraq FİFA-nın cavabı aydındır: "Bəli, şübhəsiz. Hakimlərimiz dünya səviyyəlidir", - Kollina deyib.
2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçirilir. Argentina hazırkı dünya çempionudur.