FİFA prezidenti Canni İnfantino bazar günü 74 yaşında vəfat edən Qətərin keçmiş əmiri Şeyx Həməd bin Xəlifə Əl-Taninin dəfn mərasimində iştirak etmək üçün ABŞ-ı tərk edib. Sport24.az xəbər verir ki, bu barədə "The Mirror" qəzeti məlumat yayıb.
FİFA prezidenti bazar günü baş tutan İngiltərə - Norveç oyununu (2:1) izlədikdən şəxsi təyyarə ilə Mayamidən Dohaya yola düşüb. Təyyarə ertəsi gün Qətər paytaxtına eniş edib.
İnfantinonun bu gün keçiriləcək yarımfonaldan əvvəl ABŞ-a qayıtması gözlənilir.
İnfantinonun Qətər və onun hakim ailəsi Əl-Tanis ilə çox sıx münasibətləri var. Bu ölkə 2022-ci ildə Yaxın Şərqdə ilk dəfə olaraq futbol üzrə dünya çempionatına ev sahibliyi edib.
Qeyd edək ki, bazar günündən başlayaraq Qətərdə dörd günlük milli matəm elan olunub.