top
FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri DÇ-2026-nın uğurlu keçdiyini bildirib Idman.biz
19 iyul 2026, 15:49
- ↺ +

FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri DÇ-2026-nın uğurlu keçdiyini bildirib

FIFA-nın Qlobal Futbol İnkişafı Departamentinin rəhbəri Arsen Venger 48 komandanın iştirak etdiyi DÇ-2026-nın uğurlu keçdiyini bildirib.

İdman.Biz xəbər verir ki, fransalı mütəxəssis FIFA-nın Texniki Araşdırmalar Qrupunun mətbuat konfransında genişləndirilmiş formatın özünü doğrultduğunu deyib.

Venger turnirdən əvvəl bəzi milli komandaların mundial səviyyəsinə uyğun olmadığı barədə fikirlərin səsləndirildiyini xatırladıb:

"Başlanğıcdan əvvəl bu məsələ müzakirə olunurdu. Futbolu təmsil etmək üçün daha çox komandaya imkan yaradılmasının etik baxımdan zəruri olduğunu düşünürdük. Ümumilikdə bunun doğru qərar və böyük uğur olduğuna əminəm".

Onun sözlərinə görə, yeni iştirakçılar yalnız rəqabətə davamlı olduqlarını göstərməyiblər, eyni zamanda baxımlı və maraqlı oyunlar keçiriblər. Venger Kabo-Verdeni nümunə göstərməklə yanaşı, digər kiçik futbol ölkələrinin də turnirdə uğurlu çıxış etdiyini vurğulayıb.

Texniki Araşdırmalar Qrupunun üzvü Maykl O"Nil də komanda sayının artırılmasının mundialın keyfiyyətinə mənfi təsir göstərmədiyini bildirib. Şimali İrlandiya millisinin baş məşqçisinin sözlərinə görə, bu format kiçik ölkələrə imkan yaradır və həmin dövlətlərdə futbolun inkişafına xidmət edir.

Almaniya və ABŞ millilərinin sabiq baş məşqçisi Yurgen Klinsmann isə Almaniya, Niderland və Braziliya kimi ənənəvi futbol ölkələrinin turniri erkən tərk etdiyini xatırladıb. O, Kabo-Verde, Konqo Demokratik Respublikası, İsveçrə və Norveçin çıxışını DÇ-2026-nın əsas sürprizləri sırasında göstərib.

Argentina millisinin sabiq futbolçusu Pablo Zabaleta debütant Kurasao yığmasının Ekvadorla oyunda qazandığı xalı turnirin ruhunu əks etdirən məqamlardan biri adlandırıb. O, Kurasao qapıçısı Eloy Rumun həmin qarşılaşmada bir neçə mühüm qurtarış etdiyini və nəticənin ölkədə böyük sevinc yaratdığını bildirib.

Texniki Araşdırmalar Qrupunun topladığı statistik məlumatlar turnirdə uzaq məsafədən vurulan qolların sayının artdığını da üzə çıxarıb. Cərimə meydançasının kənarından edilən zərbələrin ümumi payı DÇ-2022 ilə müqayisədə ciddi dəyişməsə də, bu zərbələrdən vurulan qolların göstəricisi səkkiz faizdən 16 faizə yüksəlib.

Klinsmann bunu bir çox komandanın aşağı müdafiə bloku ilə oynaması ilə əlaqələndirib. Onun fikrincə, sıx müdafiə zamanı təxminən 18-20 metr məsafədən edilən zərbələr qapıçılar üçün əlavə çətinlik yaradır.

Turnirdə qapıçıların hava toplarını tutmaq əvəzinə yumruqla uzaqlaşdırmağa daha çox üstünlük verməsi də diqqət çəkib. Texniki Araşdırmalar Qrupuna rəhbərlik edən İsveçrənin sabiq qapıçısı Paskal Zuberbülerin sözlərinə görə, qapıçılar hündür ötürmələr zamanı topu yumruqla uzaqlaşdırmağı daha təhlükəsiz seçim hesab edirlər.

Venger DÇ-2026-nın İspaniya və Argentina arasında keçiriləcək finalını iki fərqli futbol mədəniyyətinin qarşıdurması adlandırıb:

"Bir tərəfdə daha çox əzmkarlığa, fiziki Cənubi Amerika futboluna, yüksək keyfiyyətə və Lionel Messi kimi müstəsna oyunçuya malik komanda var. Digər tərəfin oyunu isə intellekt və texnika üzərində qurulub".

O"Nil İspaniyanın turnir boyunca oyuna nəzarət etdiyini və yalnız bir qol buraxdığını, Argentinanın isə pley-off mərhələsində daha çox sınaqdan keçdiyini bildirib. Onun sözlərinə görə, Argentina iki dəfə əlavə vaxtda mübarizə aparıb, gec qollar və ehtiyatdan meydana daxil olan futbolçuların töhfəsi ilə nəticə qazanıb.

Mütəxəssis Argentinanın həlledici anlarda Messinin fərdi ustalığından istifadə etdiyini də vurğulayıb. O, finalın favoritini müəyyənləşdirməyin çətin olduğunu, lakin turnirin ən yaxşı iki komandasının həlledici oyuna yüksəldiyini bildirib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:32

Çempionlar Liqasında "Sabah" – "Barselona" matçı: Flik Yamalın yoxluğu ilə, "Sabah" Kanselonun zəifliyi ilə üzləşir

Futbol
Bu gün, 01:25

"Cırtdanlar" arasında dünya çempionatında dava - VİDEO

Futbol
Bu gün, 01:20

PSJ Safonovu yeni müqavilə ilə məvacibini artırmağa hazırdır

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Futbol
Bu gün, 00:00

Liverpul

Şahmat
Dünən, 23:56

Xaqan liderlə, Lalə keçmiş dünya çempionu ilə qarşılaşacaq

Futbol
Dünən, 23:48

Super Liqa: XII tura yekun vurulub

Boks
Dünən, 23:43

Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdı

Futbol
Dünən, 23:40

Milli komanda Andorrayı 3:1 məğlub etdi, amma Lixtenşteynlə oyundakı vaxt uzatması Avro-2028 pley-off şansını ələ keçirdi

Futbol
Dünən, 23:29

Barselona mətbuat konfransında De Yonq iştirak edəcək

Futbol
Dünən, 23:15

Mourinyo: Oyunların çoxluğundan şikayət edən futbolçuların maaşı 50 faiz azaldılsın

Futbol
Dünən, 23:02

“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

Futbol
Dünən, 23:00

Gəncəbasar kapitanı: "Şahdağ Qusar"la heç-heçə bizim üçün qələbə kimidir

Futbol
Dünən, 22:55

II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib

Futbol
Dünən, 22:51

Martin Edeqorun "Arsenal"la yeni müqavilə imzalaması gözlənilir

Futbol
Dünən, 22:47

“Bavariya” Harri Keyni əvəzləmək üçün keçmiş hücumçusunu, Erik Maksim Şupo-Motinqi, geri qaytara bilər

Futbol
Dünən, 22:38

İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun zədəsi ilə bağlı xəbər

Futbol
Dünən, 22:34

İngiltərə nəşri “Sabah”‑Barselona oyununu proqnozladı: 3‑1 qalibiyyət gözlənilir

Oxşar xəbərlər