top
Ferran Torres: “Messiyə qarşı oynamaq narahatlıq yaradır” Idman.biz
20 iyul 2026, 04:21
- ↺ +

Ferran Torres: “Messiyə qarşı oynamaq narahatlıq yaradır”

İspaniyanın millisinin və "Barselona" futbol komandasının hücumçusu Ferran Torres Argentina ilə DÇ-2026 finalında vurduğu qələbə qolunu şərh edib.

İdman.Biz xəbər verir ki, ikinci hissədə meydana daxil olan futbolçu əlavə vaxtın 106-cı dəqiqəsində fərqlənərək İspaniyaya 1:0 hesablı qələbə qazandırıb. Bununla da İspaniya tarixində ikinci dəfə dünya çempionu olub.

Torres qolu təkcə meydanda olan futbolçuların deyil, bütün İspaniya xalqının vurduğunu bildirib:

"Düşünürəm ki, sonda bu qolu yalnız burada olanlar deyil, 47 milyon insan vurdu. Bu gün taleyimiz əvvəlcədən yazılmışdı. Qalib gəlmək bizim qismətimiz idi. Azarkeşlərimizdən uzaqda olsaq da, onlara mümkün qədər yaxın olmağa çalışdıq".

26 yaşlı hücumçu Lionel Messinin çıxış etdiyi komandaya qarşı final oynamağın narahatlıq yaratdığını etiraf edib:

"Final oyunları həmişə çətin olur. Rəqib komandada Messi çıxış edəndə, əlbəttə, bu, narahatlıq yaradır. Amma biz hər zaman özümüzə inanırdıq və öz futbolumuzu göstərməyə çalışırdıq. Düşünürəm ki, bunu yenidən bacardıq".

Torres turnir ərzində ünvanına səsləndirilən tənqidlərə də toxunub:

"Qol vurmaq mənim üçün böyük rahatlıqdır. Bütün turnir boyu məni tənqid etdilər. Amma əvvəldən də dediyim kimi, tale əvvəlcədən yazılmışdı. Allaha şükür edirəm. O, davam etmək üçün mənə həmişə güc verir və sonda insanın ən çox layiq olduğu şeyi ona bəxş edir".

Qeyd edək ki, İspaniya bundan əvvəl 2010-cu ildə dünya çempionu olmuşdu. Ferran Torresin qolu yığmaya 16 illik fasilədən sonra ikinci mundial titulunu qazandırıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:05

"Qalatasaray" "Aston Villa"ya, "Arsenal" Borussiya Dortmund" qarşı - YENİLƏNİR

Futbol
Bu gün, 01:01

De Bruyne keçmiş komandasına qarşı oyundan danışdı: “Mareskanı yaxşı tanıyıram”

Futbol
Bu gün, 00:45

Aston Villa, Qalatasarayla oyundan əvvəl məşqə çıxmayacaq: Səbəb ot örtüyünün pis vəziyyəti

Qarabağ FK
Bu gün, 00:42

“Qarabağ” Qazaxıstan klubundan əvvəlki məğlubiyyətin əvəzini çıxdı - FOTO

Formula 1
Bu gün, 00:31

Ferstappen Formula-1-dəki texniki reqlament problemlərinin 2030-cu ilə qədər davam edəcəyi proqnozunu verdi

Voleybol
Bu gün, 00:12

“Turan”la oyun öncəsi “Skandiççi”də itki təhlükəsi

Futbol
Bu gün, 00:10

Juventus bosniyalı vingeri Alaybeqoviç üçün 40 milyon avro təklif edə bilər

Futbol
Bu gün, 00:00

Liverpul

Şahmat
Dünən, 23:56

Xaqan liderlə, Lalə keçmiş dünya çempionu ilə qarşılaşacaq

Futbol
Dünən, 23:48

Super Liqa: XII tura yekun vurulub

Boks
Dünən, 23:43

Konor Makqreqor ağır zədədən sonra məşqlərə qayıtdı

Futbol
Dünən, 23:40

Milli komanda Andorrayı 3:1 məğlub etdi, amma Lixtenşteynlə oyundakı vaxt uzatması Avro-2028 pley-off şansını ələ keçirdi

Futbol
Dünən, 23:29

Barselona mətbuat konfransında De Yonq iştirak edəcək

Futbol
Dünən, 23:15

Mourinyo: Oyunların çoxluğundan şikayət edən futbolçuların maaşı 50 faiz azaldılsın

Futbol
Dünən, 23:02

“Başakşəhər”dən möhtəşəm geridönüş, Bertuğdan het-trik

Futbol
Dünən, 23:00

Gəncəbasar kapitanı: "Şahdağ Qusar"la heç-heçə bizim üçün qələbə kimidir

Futbol
Dünən, 22:55

II Liqa: “Marafon” səfərdə, “Şəmkir” evdə qalib gəlib

Futbol
Dünən, 22:51

Martin Edeqorun "Arsenal"la yeni müqavilə imzalaması gözlənilir

Futbol
Dünən, 22:47

“Bavariya” Harri Keyni əvəzləmək üçün keçmiş hücumçusunu, Erik Maksim Şupo-Motinqi, geri qaytara bilər

Futbol
Dünən, 22:38

İnterin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun zədəsi ilə bağlı xəbər

Futbol
Dünən, 22:34

İngiltərə nəşri “Sabah”‑Barselona oyununu proqnozladı: 3‑1 qalibiyyət gözlənilir

Futbol
Dünən, 22:30

Postekoğlu jurnalistin Manenin yoxluğuna dair sualına sərt reaksiya verdi

Digər
Dünən, 22:30

Fərid Qayıbov Avropa Oyunları müzakirələrində

Futbol
Dünən, 22:20

Asiya Çempionlar Liqası: "Traktor" darmadağın oldu

Oxşar xəbərlər