top
Fənərbağçanın prezidenti Sadettin Saran narkotik maddələrlə bağlı istintaqa cəlb edilib Idman.biz
19 dekabr 2025, 23:02
- ↺ +

"Fənərbağça"nın prezidenti Sadettin Saran narkotik maddələrlə bağlı istintaqa cəlb edilib

"Fənərbağça" klubunun prezidenti Sadettin Saran Türkiyədə narkotik maddələrlə bağlı aparılan cinayət işi çərçivəsində şübhəli qismində İstanbul Baş Prokurorluğu tərəfindən istintaqa cəlb edilib.

İdman.Biz-in məlumatına görə, Saran "Habertürk" onlayn nəşrinin keçmiş baş redaktoru Mehmet Akif Ersoyun da cəlb edildiyi iş üzrə ifadə vermək üçün prokurorluğa çağırılıb.

İddialara görə, Saranın evində axtarış aparılıb. Hazırda İtaliyanın Milan şəhərində olan klub rəsmisi sabah səhər ölkəyə dönərək ifadə verəcək. Saran "Sözcü" qəzetinə verdiyi açıqlamada "Sabah səhər Türkiyəyə qayıdacağam və heç bir şeydən çəkinmirəm" deyib.

Sarana yaxın mənbələrlə əlaqəsi olan jurnalist Barış Terkoğlu bildirib ki, "Fənərbağça" prezidenti transferlərlə bağlı görüş keçirmək üçün İtaliyaya gedib.

Məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik açıqlama verilməyib.

Saran 1964-cü ildə ABŞ-ın Denver şəhərində dünyaya gəlib. O, Kentukki Universitetinin Maşınqayırma Mühəndisliyi fakültəsindən məzun olub.

1984-1985-ci illərdə Türk Milli Üzgüçülük komandasının kapitanı olub. Üzgüçülüklə bağlı bir neçə rekorda imza atıb. "S Sport", "Radyospor", "Radyo Müzik", "Radyo Trafik" kimi media qurumları, "Ajansspor" internet səhifəsi və tuttur.com mərc saytı da Sadettin Sarana aiddir.

Saran əsasən media sahəsi olmaqla beş əsas biznes sektorunda fəaliyyət göstərən 33 şirkəti özündə birləşdirən "Saran Group"un İdarə Heyətinin rəhbəridir. O, Əziz Yıldırımın rəhbərliyi dövründə "Fənərbağça"nın futbol şöbəsinə məsul şəxs olub.

Qeyd edək ki, Sadettin Saran bu ilin sentyabr ayında "Fənərbağça"nın prezidenti seçilib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 22:28

"Bavariya"dan "Arsenal"a

Digər
Bu gün, 22:20

Zaur Həşimov “Kəpəz”ə məğlubiyyət barədə: “Oyuna pis başladıq”

Futbol
Bu gün, 21:59

Şəfa – Kəpəz matçının video icmalı (1:2)

Qarabağ FK
Bu gün, 21:50

“Futbolçuların beyinlərinə girə bilmirəm”

Digər
Bu gün, 21:39

Azərbaycan Atletika Federasiyası Lozanna’dakı Avropa Atletika Konvensiyasında iştirak etdi

Futbol
Bu gün, 21:16

Kurban Berdıyev: "Turan Tovuz" "Neftçi" ilə heç-heçəni itirilən 2 xal kimi qiymətləndirir

Futbol
Bu gün, 21:00

Azərbaycan U-15 millisə FIFA Dünya Çempionatı sahəsində 6-0 hesabı ilə Timor-Leste ilə qələbə qazandı

Futbol
Bu gün, 20:55

İnter Hakan Çalhanoğlu ilə yeni müqavilə imzalamaq istəyir

Digər
Bu gün, 20:52

Peşəkar Çövkən Liqasında çempionluq sona bir tur qaldı

Futbol
Bu gün, 20:45

Canni İnfantino: U‑15 dünya çempionatı və festivalı istedadlı futbolçulara şans yaratmağın vacibliyini vurğuladı

Futbol
Bu gün, 20:45

Unai Emery: Manchester City üzərində qələbə 'fantastik gün' yaratdı

Digər
Bu gün, 20:25

Kür həndbol komandası Avropa Kubokunda Bosniya klubuna məğlub oldu

Digər
Bu gün, 20:21

“Kür” komandasının məşqçi köməkçisinin açıqlamaları: gənc heyət, çətin hazırlıq və yeni federasiyanın yaradılmasını gözləyirik

Futbol
Bu gün, 20:18

A seriyası: “Komo” Roma ilə xal bərabərliyi əldə etdi, “Bologna” Sardiniyada qalib gəldi

Futbol
Bu gün, 20:12

Bakıda 15 yaşadək futbolçular arasında tarixi FIFA turniri başladı

Futbol
Bu gün, 20:06

Samir Şərifov: FIFA-nın Azərbaycan U-15 Dünya Çempionatına etimadını yüksək qiymətləndiririk

Futbol
Bu gün, 20:00

Enzo Alves 17 yaşında Real Madrid əsas heyətində yer alacaq

Futbol
Bu gün, 19:55

Bakıda U-15 Çempionatı: 17 Qol 40 dəqiqədə

Digər
Bu gün, 19:48

“Kür”ün baş məşqçisi: “Mövsümün sonuna qədər fəaliyyətimizi davam etdirəcəyik, sonrasının necə olacağı isə məlum deyil” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:44

Azər Məmmədov: “Köhnə, iddialı ‘Kəpəz’i qaytara bilərik”

Digər
Bu gün, 19:40

Bundesliqa: “Leypsiq”dən darmadağın, Füllkruqdan “Verder”ə qələbə - YENİLƏNİR

Digər
Bu gün, 19:26

Millimizin üzvü üçün 90 dəqiqə

Digər
Bu gün, 19:20

“Kür”ün kapitanı: “Bugünkü məğlubiyyət bizim üçün qələbə kimidir” - İDMAN.BİZ MİNGƏÇEVİRDƏN

Digər
Bu gün, 19:16

Azər Məmmədov: “Kəpəz” hər il dağılır, sonra yenidən yığılır”

Oxşar xəbərlər