top
Azərbaycanda başına gələnləri 20 ildən sonra “Sportinfo”ya danışdı - MÜSAHİBƏ Sportinfo.az
Bu gün, 16:46
- ↺ +

Azərbaycanda başına gələnləri 20 ildən sonra “Sportinfo”ya danışdı - MÜSAHİBƏ

Əhməd Ticani – Azərbaycan futbolunun stajlı azarkeşləri bu ad-soyadı yaxşı xatırlayır.

18 yaşında Nigeriyadan ölkəmizə gələrək Premyer Liqanın autsayderlərindən hesab olunan "Şahdağ-Samur"la müqavilə bağlayan, 2005/06 mövsümündə vurduğu 15 qolla bombardirlər siyahısında yalnız Yakuba Bambadan (16 qol) geridə qalan, 20 yaşında çempionluğa iddialı "Bakı"yla müqavilə bağlayıb Azərbaycan çempionatının və ölkə kubokunun qalibi adını qazanan, bir oyunda "Neftçi"nin qapısına 3 qol vuran, U-21 millimizdə oynamaq üçün AFFA-dan təklif alan nigeriyalı hücumçu.

Ticani futbolçu karyerasını çoxdan başa vurub. Hazırda Nigeriyada yox, Afrika qitəsinin başqa ölkəsində yaşayır və menecerliklə məşğul olur.

Təxminən 20 il əvvəli əhatə edən suallara cavab tapmaq üçün Bakı vaxtı ilə gecə saat 2-də Əhmədlə əlaqə saxlayanda, müsahibənin bu dərəcədə "şirin" alınacağını, açığı, gözləmirdim.

Suallara səmimi cavab verməsi sayəsində bəzi maraqlı faktların üstü açıldı.

- Səsini eşitmək xoş oldu. Nigeriyadasan?

- Yox-yox, Misirdəyəm, paytaxt Qahirədə.

- Misirdə nə əcəb?

- 10 ilə yaxındır ailəmlə birlikdə burada yaşayıram. Həm də işimə görə bura əlverişlidir.

- Nə işdir elə?

- Futbol agentiyəm. Bəzi futbolçular var ki, onlarla müqavilə bağlamışam. Həmin oyunçuların ölkə xaricinə yollanmasına, səviyyəli klublarda özlərini göstərməsinə çalışıram. Bəziləri Nigeriyadadır, bəzi futbolçuları İordaniyaya göndərmişəm. Bacarığı olan gənclərə hansısa formada dəstək olmağa çalışıram.

- Azərbaycana da futbolçu göndərirsən?

- Düzünü desəm, bu barədə çox düşünmüşəm. Bilirəm ki, Premyer Liqanın səviyyəsi yüksəlib, müxtəlif liqalar yaradılıb. Təəssüf ki, Azərbaycanda heç kimlə əlaqəm yoxdur. Səviyyəli futbolçular Azərbaycanda oynamaqla özlərini yaxşı tərəfdən göstərə bilərlər. Buna əminəm.

- 5 il futbol oynadığın, yaşadığın, dostlar qazandığın Azərbaycanda heç kimlə əlaqən yoxdur?

- Bəziləri ilə əlaqəm var idi, sonradan kontaktımız kəsildi. Ara-sıra "Şahdağ Qusar"dan zəng edirlər, azarkeşlər yazırlar. Ancaq agentlər və klub rəsmiləri ilə danışmıram.

- Son dövrlərdə Afrika qitəsindən ölkəmizə futbolçu axını müşahidə olunmaqdadır. Əsasən I və II Liqalarda top qovurlar. Düşündüm, bəlkə vasitəçilik edənlərdən biri elə sənsən.

- Yox-yox, mənlik deyil. Dediyim kimi, heç kimlə əlaqəm yoxdur. Burada istedadlı futbolçular həddən artıq çoxdur. Hər birinin ən böyük arzusu özlərini keyfiyyətli liqalarda sübut etmək və irəli getməkdir... "Bakı"da bir yerdə oynayırdıq – Bəxtiyar Soltanov. Tanıyırsınız onu?

- Əlbəttə.

- O gün hansısa səhifədə "Kəpəz"də işlədiyini gördüm. Gəncədə işləyir?

- Xeyr, I Liqanın autsayderi "Baku Sportinq"in baş məşqçisidir. İmkansız klubdur, məhdud büdcə ilə işləyirlər.

- Hə, anladım. Elə bildim "Kəpəz"dədir.

- 2005-ci ili, Azərbaycana gəldiyin dönəmi necə xatırlayırsan?

- Mənim üçün çətin və məsuliyyətli dönəm idi. Nigeriyadan Azərbaycana getmək və özümü göstərmək imkanı yaranmışdı. Agentim məni və bir neçə futbolçunu baxışdan keçmək üçün Azərbaycana aparmışdı. 9-10 nəfər idik. O vaxt Premyer Liqada komanda sayı çox idi (2004/05 Premyer Liqada 18 komanda mübarizə aparıb, növbəti "futbol ili"ndə sayı 14 olub – H.). İlk olaraq "Gəncə"nin toplanışına qatılmışdım. Baş məşqçi Şahin Diniyev baş məşqçi idi və bildiyimə görə məni bəyənmişdi.

- Bəs niyə müqavilə bağlamadın?

- Özümə də qaranlıq qalmışdı. Toplanışdan sonra Bakıya qayıtsam da, mənimlə əlaqə saxlayan olmadı. Sonra "Şahdağ-Samur"un toplanışına qatıldım. Gürcüstanın hansısa komandası ilə yoxlama görüşündə iki qol vurdum və mənimlə müqavilə bağladılar.

- Qusarda həyat səviyyəsi necə idi? Bölgədə özünü necə hiss edirdin?

- Hər şey yaxşı idi. Məndən başqa iki legioner var idi, onlarla birlikdə ev kirayələmişdik. Həm təbiəti yaxşı idi, həm də insanları qonaqpərvərliyi ilə seçilirdi. Orada yaşamaq mənə rahat idi deyə, meydanda özümü yaxşı hiss edirdim, qollar vururdum. Sanki neçə illərdir Qusarda yaşayırmışam ki, özümü rahat hiss edirdim.

- "Şahdağ-Samur"da iki mövsümdə vurduğun 20 qol səni paytaxta – "Bakı"ya apardı. O dönəmdə başqa klublarda da təkliflər var idi, yoxsa ancaq "Bakı"dan?

- "Şahdağ"da ilk mövsümdə 15 qol vurandan sonra Ukraynadan təklif almışdım. Amma klubun adı yadımda deyil. Maliyyə şərtləri kifayət qədər sərfəli idi. "Şahdağ"ın prezidenti Vüqar müəllim getməyə qoymadı. Dedi, yeni ölkəyə getməklə karyeranı risk altına salma, bura öyrəşmisən, burda qollar vurursan və Azərbaycanda səni tanıyırlar. Onun sözlərinə qulaq asıb getmədim. Növbəti mövsümü də "Şahdağ"da keçirdim, lakin çempionatın sonunda komandamız Premyer Liqa ilə vidalaşdı. Müqaviləm başa çatmışdı deyə, "Bakı" ilə anlaşdım.

- "Bakı"yla hansı məbləğdə müqavilə bağladığın yadındadır?

- Əlbəttə.

- Nə qədər idi?

- (davamı olacaq)

HƏBİB

Ticket Store Neftchi Qarabag FK
Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 17:16

Türkiyə Superliqası: “Gənclərbirliyi” doğma meydanda “Qaziantep”ə qalib gəlib

Tennis
Bu gün, 16:59

Rafael Nadal ‘Real Madrid’ idarə heyətində

Futbol
Bu gün, 16:54

Kurban Berdiyev: 2-0 Qələbə, Uşaqlar Qızıl Kart Sonrası Xarakter Göstərdilər

Futbol
Bu gün, 16:45

Peres noyabrın 21-də klub üzvləri toplantısında "Barselona"ya qarşı sərt çıxış edəcək

Digər
Bu gün, 16:40

AFFA qərar verdi, Azərbaycanda yeni liqa yaradıldı

Digər
Bu gün, 16:39

Arteta Poçettinoya uğurlar arzuladı: “O, mənim üçün nümunədir”

Digər
Bu gün, 16:25

“Real” satılacaq, ya yox?

Digər
Bu gün, 16:23

Yevlaxda “Zəfər nəsli” festivalında idman və əyləncə bir arada - FOTO

Qarabağ FK
Bu gün, 16:20

Azərbaycanın 3 klub Avropanın ən etibarlı ilk “50-liy”ində

Futbol
Bu gün, 16:05

"Turan Tovuz" - "Şamaxı" matçında Joarlem Santos zədələnib

Futbol
Bu gün, 16:05

Zəngəzur UEFA Regionlar Kubokunda 12 topla məğlub oldu

Futbol
Bu gün, 16:00

Yeni prezident və dostu mükafatları 15 min manata çatdırdı

Futbol
Bu gün, 15:59

Harri Keynin Sol Ayaq Zədəsi Həzzindən Əlvida: 2026 Sonu Ən Böyük Rəqibə Sərbəst

Futbol
Bu gün, 15:40

Arda Gülərin Real Madridlə yeni müqaviləsi ilə maaşı iki dəfə artdı

Digər
Bu gün, 15:36

Ayvan Touni İngiltərə Premyer Liqasına qayıda bilər

Digər
Bu gün, 15:20

Ronaldo 1000-ə bir addım da yaxınlaşdı, sevinə bilmədi - VİDEO

Digər
Bu gün, 15:19

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə oğlunu unutmadı - VİDEO

Digər
Bu gün, 15:18

İtaliya klubu millimizin üzvü ilə müqaviləni uzatdı

Futbol
Bu gün, 15:10

"Spartak" "Beşiktaş"ın yarımmüdafiəçisi O Hyon Kyunu almaq istəyir, "Beşiktaş" 30 milyon avrodan aşağı satmaq niyyətində deyil

Futbol
Bu gün, 15:00

Bavariyanın hücumçusu Harri Keyn sol topuq nahiyəsindən uğurla əməliyyat olunub

Futbol
Bu gün, 15:00

Sumqayıtın braziliyalı yarımmüdafiəçisinin şübhəli hərəkəti

Digər
Bu gün, 14:54

Gökhan Töre həyat yoldaşına silahla hədələmə ittihamlarını qəti şəkildə rədd edib

Digər
Bu gün, 14:50

“Sabah”la oyun ərəfəsində QALMAQAL: Rafinya cavab verəcək

Oxşar xəbərlər