top
Emmanuel Hakmanın Sumqayıt üzərində qələbə şərhi və Qarabağ oyunu ilə bağlı gözləntiləri Sport24.az
26 yanvar 2026, 16:00
- +

Emmanuel Hakmanın "Sumqayıt" üzərində qələbə şərhi və "Qarabağ" oyunu ilə bağlı gözləntiləri

"Turan Tovuz"un müdafiəçisi Emmanuel Hakman Misli Premyer Liqasının 17-ci turunda "Sumqayıt"a qarşı keçirilən oyundan (2:1) sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Qələbəni necə şərh edərdiniz?
- Çətin oyun oldu. Belə olacağını əvvəldən də bilirdik. Rəqib nə qədər güclü olsa da, məqsədimiz qələbə qazanmaq idi. Yaxşı mübarizə apardıq və lazım olan nəticəni qazandıq. Yolumuza davam edirik.

- Birinci hissədə tam üstün olsanız da, ikinci 45 dəqiqədə arxa xətdə boşluqlar verirdiniz. Müdafiədə yaşadığınız çətinliklər nədən irəli gəlir?
- Həqiqətən də oyuna çox yaxşı başladıq, üstünlük tamamilə bizim tərəfimizdə idi. İkinci hissədə rəqib fəallaşdı. Buna da normaldır. Çünki "Sumqayıt" da qələbə qazanmaq istəyirdi. Buna görə onlar böyük qüvvə ilə irəli atıldılar. Biz də oyunumuzu buna uyğun qurduq. Belə anlarda nə etməli olduğumuzu bilirik. Məncə, bacardığımızın ən yaxşısını etdik və layiqli qələbə qazandıq.

- Oyundan əvvəl klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin bazaya gəlməsi, komanda ilə görüşməsi "Sumqayıt"la matçda "Turan Tovuz"a nə dərəcədə müsbət təsir göstərdi?
- Əlbəttə ki, klub rəhbərinin bizimlə bu cür görüşü, komanda üçün böyük motivasiya idi. Sevinirəm ki, etimadı doğrultduq və ilin ilk matçından 3 xalla ayrıldıq.

- Bu qələbə sayəsində turnir cədvəlində üçüncü pilləyə yüksəldiniz. "Turan Tovuz" daha nə qədər irəli gedə bilər?
- Biz Çempionlar Liqasında oynamaq istəyirik. Bunu arzulayırıq. Başa düşürük ki, bu, heç də asan deyil. Lakin eyni zamanda, arzumuza çatacağımıza da inanırıq. Hər oyun keçdikcə, daha da yaxşılaşırıq.

- Növbəti matçınız Çempionlar Liqasının pley-off mərhələsinin bir addımlığında olan "Qarabağ"ladır. Həmin oyundan gözləntiləriniz nədir?
- Əla oyun olacaq. "Qarabağ" da çox yaxşı komandadır. Biz onlara hörmətlə yanaşsaq da, meydana qələbə üçün çıxacağıq. Necə olacağını isə zaman göstərəcək.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:32

Emin Mahmudov zədə səbəbindən Serbiyada müalicə olunub və Bakıya qayıdıb

Futbol
Bu gün, 12:20

PSJ Yan Diomande ilə maraqlanır (Dəyəri 75 milyon avro)

Futbol
Bu gün, 12:16

Simone İnzaqi İtaliya milli komandasını çalışdırmaqdan imtina etdi

Olimpiada
Bu gün, 12:15

Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə medalsız qayıdıblar

Digər
Bu gün, 12:15

Azərbaycan yelkənçiləri "Sailing Point Easter Regatta 2026"-da mükafata layiq görülməyiblər

Digər
Bu gün, 12:07

PÇL-də 3-cü tur başa çatdı: "Sərhədçi" "Embawood"u məğlub etdi, liderlər müəyyənləşdi

Digər
Bu gün, 12:03

PÇL-də III tur başa çatdı: "Sərhədçi" liderliyə yüksəldi, Budaqov bombardirlər siyahısında birinci oldu

Futbol
Bu gün, 12:03

İqor Ribeyro: "Neftçi" həmişə hər oyuna hazırdır" - "Sumqayıt" oyunu və avrokubok şansları haqqında

Futbol
Bu gün, 12:00

"Kəpəz" Dioqo Verdaskanı "Karvan-Yevlax" matçında itirdi

Minifutbol
Bu gün, 11:56

Azərbaycan çimərlik futbolu millisi Moldovanı məğlub etdi

Digər
Bu gün, 11:49

"Shuttle Time" proqramı Lənkəranda məktəbliləri badmintona cəlb edir - FOTO

Futbol
Bu gün, 11:40

Amadu Onana "Aston Villa"dan ayrılmaq istəyir

Futbol
Bu gün, 11:33

"Kolambus Kryu"nun baş məşqçisi Nəriman Axundzadənin parlaq gələcəyindən danışıb

Futbol
Bu gün, 11:26

Emin Mahmudov zədə səbəbindən Serbiyada müalicə olunub, Bakıya qayıdıb

Futbol
Bu gün, 11:20

"Liverpul" Salahı Markos Leonardo ilə əvəzləməyi planlaşdırır

Digər
Bu gün, 11:15

Lənkəranda "Shuttle Time" badminton proqramı təşkil olunub

Futbol
Bu gün, 11:03

KİV: Mirça Luçeskunun vəfatı xəbəri yayılıb, rəsmi təsdiq yoxdur

Futbol
Bu gün, 11:00

Vensan Abubakar: "Hər matça final kimi yanaşmalıyıq"

Digər
Bu gün, 10:58

IHF-nin yenilənmiş həndbol qaydaları Azərbaycan dilində nəşr edildi

Futbol
Bu gün, 10:57

Mirça Luçesku ilə bağlı dəhşətli iddia: Beyin ölümü və ailə qərarı gözlənilir

Futbol
Bu gün, 10:52

"Korintians" Dorival Junioru və köməkçilərini istefaya göndərdi

Futbol
Bu gün, 10:50

Ronaldinyodan Lamin Yamala tərif: "10 nömrə etibarlı əllərdədir"

Futbol
Bu gün, 10:40

"Korintians" baş məşqçisi Dorival Junioru istefaya göndərdi

Futbol
Bu gün, 10:35

Konqo prezidenti dünya çempionatına vəsiqə qazanan futbolçulara "Jeep", pul və torpaq vəd edib

Oxşar xəbərlər