top
Emil Balayev: Şans verildi və dəyərləndirdim - Qarabağ üzərində qələbə müsahibəsi Idman.biz
01 may 2026, 14:26
- ↺ +

Emil Balayev: "Şans verildi və dəyərləndirdim" - "Qarabağ" üzərində qələbə müsahibəsi

"Mən uzun müddət oynamamışdım".

Bunu "Neftçi"nin qapıçısı Emil Balayev Misli Premyer Liqasının 21 turundan təxirə salınmış "Qarabağ"la oyundan (2:1) sonra futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Sanki bir neçə gün öncə komanda "Qarabağ"a 1:5 hesabı ilə məğlub olmamışdı. Bunu necə izah edərdiniz?

– Uşaqlar sağ olsun, hər biri meydanın hər qarışı üçün can qoydu. Hamımız yaxşı mübarizə apardıq. Bundan əvvəlki oyunumuzda da "Qarabağ"a qarşı hazırlaşmışdıq. Amma burada insan amili var. Ola bilər ki, haradasa alınmasın. Çünki ötən oyunda məşqçinin tapşırıqlarını yüz faiz yerinə yetirə bilmədik. Şükürlər olsun ki, bu gün maksimum yerinə yetirdik və qələbə qazandıq.

– Start heyətində yer alacağınızı məşqlərdə hiss edirdiniz?

– Hiss edirdim deməzdim. Açığı, hər bir futbolçu kimi məşqlərdə maksimumunu ortaya qoymalıdır. Hamımız bir ailəyik, bir məqsəd üçün çalışırıq. Məşqlərdə də çalışırdım, şükür ki, məşqçilər heyəti inandı və şans verdi. Bu gün tək mən yox, hamı əlindən gələni etdi. Bilirsiniz, start heyətində dəyişikliklər oldu. Hər bir futbolçu çıxıb öz performansını meydanda sərgiləməyə çalışdı.

– Qarşılaşmanın ikinci hissəsində çox yaxşı seyv etdiniz.

– Mən uzun müddət oynamamışdım. Birdən-birə "Qarabağ"a qarşı oyunda seyv etməyim sevindirici haldır. Amma reallıqla danışsaq, qapımıza gələn zərbələr çox olmadı. Mənə gələn topları zərərsizləşdirməyə çalışdım. Mənə gəlməyən toplarda isə komanda yoldaşlarım yaxşı müdafiə olundular. Fikirləşirəm ki, bu, komanda oyunudur, fərdi mübarizə deyil. Biz komanda olaraq, "Neftçi" ailəsi kimi qalib gəldik.

– Oyunun sonlarında Emil Bədəlov avtoqol müəllifi oldu. Bu barədə düşüncələriniz?

– Futbolda belə hallar olur. Cinahdan ötürmə zamanı topun trayektoriyası dəyişə və istər güclü, istər zəif zərbə olsun, öz oyunçuna dəyib qapıya gedə bilər. Bu, bütün dünya futbolunda yaşanır.

– "Qarabağ"ı 5 il sonra məğlub etdiniz. Sizcə, bundan sonra belə uzun fasilənin olmaması nə dərəcədə realdır?

– "Neftçi"nin adı qələbələrə layiqdir. Təbii ki, uzunmüddətli seriya var idi. Gələcəkdə nə olacağını deyə bilmərəm. Əvvəlki illərdə də "Neftçi" adına layiq mübarizə aparmaq istəmişik. Sadəcə 90 dəqiqənin sonunda nəticə fərqli olub. Düşünürəm ki, "Neftçi"yə gələn hər bir futbolçu bu məsuliyyəti dərk edib meydanda mübarizə aparmalıdır. Bu da bir oyundur.

– "Qarabağ"ın neçə illik hökmranlığı bitdi və "Sabah" çempionluğunu rəsmiləşdirdi. "Bayquşlar" Azərbaycan Kubokunu da qazansa, mövsümü dördüncü pillədə başa vuraraq avrokuboklara yollana bilərsiniz. Kuboku "Sabah"ın qazanmasını arzulayırsiniz?

– Bu, bizə aid məsələ deyil. Mən artıq 3-cü ildir buradayam. Zədələrə görə olub ki, komandadan uzaq qalmışam. Amma komandanın oyunlarını izləmişəm. Fikirləşirəm ki, bizim düşüncəmiz həmişə dominant futbol oynamaq olub. Alınıb-alınmaması başqa məsələdir. Məqsədimiz birdir və gələcəkdə də bunun üçün əlimizdən gələni edəcəyik.

– "Neftçi" azarkeşləri 5 ildir sizdən bu performansı gözləyirdi. Bundan sonra onlara nə vəd edirsiniz?

– "Qarabağ"a qarşı ötən oyundakı ağır məğlubiyyətdən sonra azarkeşlərin gəlib dəstəkləməsi bizi həqiqətən sevindirdi. Sağ olsunlar, gözəl banner asmışdılar: "Tribunanın lideri – Forza Neftçi". Həqiqətən də belədir. Onlar bizim məqsədimizi bilirlər – meydana qələbə üçün çıxırıq. Yenə də bizə inansınlar, güvənsinlər, dəstək olsunlar ki, biz də onların dəstəyini doğrultmağa çalışaq.

– Qarşıda avrokuboklar yolunda son 4 oyununuz var və sizi "Sabah"la matç gözləyir. Rəqibin çempionluğu rəsmiləşdirməsi sizə rahatlıq verir?

– Düşünmürəm ki, komandamızda kimsə belə fikirləşsin. Kimin nə etməsinin bizə fərqi yoxdur. Biz həmişəki kimi öz oyunumuzu oynamağa və maksimum nəticə qazanmağa çalışacağıq. Meydandan 3 xalla ayrılmaq istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Oxşar xəbərlər