top
Elvin Məmmədov: Sabah, Zirə və Sumqayıt Qarabağa mane ola bilər Idman.biz
27 dekabr 2025, 13:55
- ↺ +

Elvin Məmmədov: "Sabah", "Zirə" və "Sumqayıt" "Qarabağ"a mane ola bilər

"Birinci turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçını qeyd edərdim. Həqiqətən də, çox maraqlı, sürətli və yaxşı oyun oldu".

Bunu Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elvin Məmmədov futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Misli Premyer Liqada yarım mövsüm ərzində sizi müsbət və mənfi mənada təəccübləndirən komandalar hansılar oldu?

– Müsbət mənada "Sumqayıt" fərqləndi. Yaxşı və baxımlı futbol oynayırlar. Nəticə baxımından mənfi mənada təəccübləndirən isə "Qəbələ" oldu. Çünki bu komanda yaxşı oyun nümayiş etdirir. Amma əksəriyyəti təcrübəsiz futbolçu olduğuna görə, davamını gətirə bilmirlər.

– Sizə görə, ilk yarıda ən uğurlu performans göstərən legioner kim oldu?

– Coy-Lens Mikelsi qeyd edərdim. "Sabah"ın "20 nömrəsi" həm göstərdiyi oyunla, həm də vurduğu qollarla komandasına çox xeyir verdi.

– Bəs ilk yarının ən uğurlu yerli futbolçusu kimi hesab edirsiniz?

– "Qarabağ"dan çox yerli futbol oynadan yoxdur. Buna görə də "Qarabağ"dakı yerli futbolçuları deyərdim: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov və Nəriman Axundzadə.

– İlk yarının sizin üçün ən yaddaqalan matçı hansı oldu?

– Birinci turdan təxirə salınmış "Sabah" - "Qarabağ" matçını qeyd edərdim. Həqiqətən də, çox maraqlı, sürətli və yaxşı oyun oldu.

– Necə düşünürsünüz, "Sabah" mövsümün sonuna qədər liderliyini qoruya biləcək? Yoxsa yenə çempion "Qarabağ" olacaq?

– "Sabah" son oyunlarda aldığı xallarla liqaya, çempionluq mübarizəsinə maraq qatıb. "Sabah"la yanaşı, "Zirə" və "Sumqayıt"ın sərgilədiyi oyun da "Qarabağ"a maneçilik törədə bilər.

– Bir gənc məşqçi kimi hazırda Misli Premyer Liqada çalışan mütəxəssislərdən hansından daha çox bəhrələnirsiniz? Kimin tətbiq etdiyi oyun üslubunu daha çox bəyənirsiniz?

– Əlbəttə ki, Qurban Qurbanovun adını çəkəcəyəm. Nə yaxşı ki, mənim məşqçim olub. Onun yanında həmişə nələrisə öyrənməyə çalışmışam.

– Hazırda Misli Premyer Liqada çıxış edən futbolçulardan kim öz oyun üslubu ilə sizə özünüzü xatırladır?

– Bu suala cavab verməyim yaxşı çıxmaz. Azarkeşler üçün mən yaxşı və ya pis futbolçu sayıla bilərəm. Ona görə də kimisə özümə bənzətməyimi düz hesab etmirəm. Hər bir futbolçuya uğurlar və zədəsiz futbol həyatı arzu edirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:34

Çelsi yenə xalsız qaldı

Digər
Bu gün, 13:33

Batumda Beşiktaşlı tələbələrə hücum edildi

Futbol
Bu gün, 13:30

"Fransa klubu baş məşqçi vəzifəsinə portuqaliyalı mütəxəssis gətirir"

Futbol
Bu gün, 13:20

Xabi Alonso: "Çelsi" çətin dövr yaşayır, həll yolları tapmalıyıq

Futbol
Bu gün, 13:20

Abbasov: "Bu oyunda üzərimizdə böyük təzyiq hiss edirdik"

Güləş
Bu gün, 13:20

Polşalı qapıçı Voyçex Şensni "Barselona"dan ayrılır

Futbol
Bu gün, 13:10

Qonsales "İnter Mayami"nin pley-offdan düşməsindən sonra Messini müdafiə etdi

Futbol
Bu gün, 13:10

A Seriyası: "Latsio" liderlikdə, "Roma" və "İnter" təqibdə, "Komo" sürpriz edir, 13-cü turun icmalı

Qarabağ FK
Bu gün, 13:06

Bərdədə Zəfər gününə həsr olunan atletika üzrə rayon birinciliyi keçirilib

Futbol
Bu gün, 13:00

Elxan Məmmədov Fransadan qayıtmaq istəyir - Gənclər və İdman naziri və ya AFFA prezidenti kürsüsünə layiq görülmək iddiasındadır

Futbol
Bu gün, 13:00

Real Madrid futbolçularına və məşqçisinə BMW maşınları hədiyyə edildi

Futbol
Bu gün, 13:00

PAOK "Neftçi"nin bombardirinə rəğmən Yunanıstandan açıqlama

Digər
Bu gün, 12:58

Dünyanın ilk Qol Güləşi Çempionatı: Azərbaycan Komandası Favoritlər Arasında

Digər
Bu gün, 12:48

Azərbaycan Reqbi Federasiyasının prezidenti: "Reqbi bizdə geniş yayılmayıb, belə tədbirlərlə inkişaf edəcək"

Futbol
Bu gün, 12:48

"Neftçi" Zirədəki mövqeyini qorumaq üçün qələbə qazandı

Futbol
Bu gün, 12:41

Ronaldo: «Bizim nəslimizdə hər yerdə əsl qatillər var idi, indi futbolçular daha yaxşı qorunur»

Futbol
Bu gün, 12:30

Qvardiola "Barselona"ya qayıtmağı planlaşdırmır

Futbol
Bu gün, 12:30

UAF hava həyəcanı zamanı matçların təxirə salınması üçün yeni limitlər müəyyən edib

Futbol
Bu gün, 12:30

Mourino: "Real Madrid" soyunub-geyinmə otağında heç bir problem olmayıb, komandada birlik var

Futbol
Bu gün, 12:30

"Arsenal" "Brugge"nin portuqaliyalı oyunçusu Karlos Forbsu 2027-ci ilin yayında transfer etməyi planlaşdırır

Futbol
Bu gün, 12:28

Xoseq Qvardiola «Barselona»ya qayıtmaq niyyətinin olmadığı açıqlamışdır

Futbol
Bu gün, 12:21

Anton Krivotsyukun "Daejeon"u "Seul"a 1:4 hesabı ilə uduzdu, müdafiəçi matça daxil olmadı

Futbol
Bu gün, 12:20

"Liverpul"un Musialanı transfer planı 2027-ci yayda

Futbol
Bu gün, 12:20

Zirənin qapıçısı Kleyton Azərbaycan çempionatının rəqabət səviyyəsindən danışıb

Oxşar xəbərlər