"Tottenhem"in və Argentina millisinin futbolçusu Kristian Romero karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "İnter" müdafiəçini transfer etmək istəyir.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb. "Neradzurra" artıq oyunçu üçün London klubu ilə danışıqlara başlayıb.
Romero ilə "Barselona" da maraqlanır. Argentinalı futbolçu dünya çempionatından sonra seçimini edəcək.
"Tanqoçular" yarımfinalda bu gün İngiltərə ilə qarşılaşacaq. Matça saat 23:00-da start veriləcək.