ABŞ prezidenti Donald Tramp İran millisinin bu yay ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatını boykot etmək qərarına münasibət bildirib. Sport24.az xəbər verir ki, ABŞ prezidenti bununla bağlı "Politico"ya müsahibəsində danışıb:
"İranın DÇ-2026-da oynayıb-oynamaması mənim üçün heç bir əhəmiyyət kəsb etmir. Düşünürəm ki, İran ciddi məğlubiyyətlə üzləşir. Onlar son mərhələdədirlər".
Qeyd edək ki, bir müddət əvvəl İran Futbol Federasiyasının prezidenti Mehdi Tac ABŞ-ın İrana qarşı hərbi əməliyyatından sonra DÇ-2026-nı boykot edilməsi ehtimalını açıqlamışdı. Mundial 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.