top
Luis Suares Inter Mayami-də qalmaq və gələcək planlarını açıqladı Idman.biz
Bu gün, 08:11
- ↺ +

Luis Suares Inter Mayami-də qalmaq və gələcək planlarını açıqladı

"İnter Mayami"nin hücumçusu Luis Suares futbolçu karyerasını davam etdirmək və ABŞ klubunda qalmaq niyyətindədir.

İdman.Biz "Tot costa" verilişinə istinadən xəbər verir ki, 39 yaşlı uruqvaylı ulduz müqaviləsini uzatmaq üçün klub rəhbərliyi ilə danışıqlar apardığını açıqlayıb.

"Daha bir neçə mövsüm komandada qalmaq üçün ‘İnter Mayami" ilə danışıqlar aparıram. Messi ilə müqayisədə kimin karyerasını daha tez bitirəcəyini bilmirəm. Hələlik əsas istəyimiz qələbələr qazanmağa davam etməkdir. Leo ilə eyni vaxtda futbolu tərk etmək istərdim. Amma ola bilər ki, onun oynamaq həvəsi və enerjisi davam etsin, mən isə daha tez dayanmalı olum", - deyə Suares bildirib.

Təcrübəli hücumçu artıq maliyyə məsələlərini deyil, futboldan aldığı zövqü ön plana çıxardığını vurğulayıb:

"Artıq pul üçün oynamıram. Məqsədim futboldan həzz almağa və rəqabət aparmağa davam etməkdir. Məğlub olanda və ya əvəzlənəndə əsəbiləşirəm. Bu xüsusiyyətim dəyişməyib və dəyişməyəcək".

Suares karyerasını başa vurduqdan sonra Barselonaya qayıtmağı düşündüyünü də gizlətməyib. Onun sözlərinə görə, ailəsi Kataloniya paytaxtında özünü həmişə evindəki kimi hiss edib.

Uruqvaylı futbolçu gələcəkdə məşqçiliklə məşğul olmaq istəmədiyini, daha çox klub idarəçiliyinə, xüsusilə idman direktoru vəzifəsinə maraq göstərdiyini bildirib.

Qeyd edək ki, Suaresin "İnter Mayami" ilə hazırkı müqaviləsi 2026-cı ilin sonunadək qüvvədədir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:20

Gürcüstan millisi Millətlər Liqasının 54 komandası arasında qolsuz qalan yeganə komanda oldu

Futbol
Bu gün, 08:00

Blekbern klubunun baş məşqçisi Toni Moubrey sağlamlıq səbəbi ilə vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 07:14

Ferqusonla Kantonanın planlaşdırılmış görüşü gerçəkləşməyəcək

Futbol
Bu gün, 06:13

Entoni Qordon, Lamin Yamalın futbolla bağlı 24 saat danışan vərdişini açıqladı

Futbol
Bu gün, 05:12

“Manchester United”ə iki futbolçunun qayıdışı sevindirici xəbər

Futbol
Bu gün, 04:11

Alvaro Benito, Vinicius Juniorun zəif çıxışını bəhanə kimi tənqid etdi

Qolf
Bu gün, 03:42

Tayger Vuds iki ildən çox fasilədən sonra PGA Tour yarışlarına qayıdır

Futbol
Bu gün, 03:01

UEFA Millətlər Liqası: Azərbaycan millisinin qrup mərhələsində 1,5 milyon avro qazancı

Futbol
Bu gün, 02:39

Messi AFA-nın adından və görüntüsündən kommersiya istifadəsini dayandırmaq üçün hüquqi bildiriş hazırlayır

Futbol
Bu gün, 02:33

Millətlər Liqası pley-off mərhələsində iştirak edən 8 milli komanda açıqlanıb;

Qarabağ FK
Bu gün, 01:56

Əlcəzair millisi Toqoya 0:3 udurub və 23 oyunluq məğlubiyyətsizlik serialını pozdu

Futbol
Bu gün, 01:44

UEFA Millətlər Liqasında Portuqaliya və Norveç ağır vəziyyətdən qalib ayrıldı

Futbol
Bu gün, 01:42

Millətlər Liqasında Portuqaliya Uelsi 3:2, Ukrayna isə Gürcüstanı 1:0 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 01:23

İngiltərə, İspaniya və Fransa UEFA Millətlər Liqası 2026/27 finalı üçün ev sahibliyi müsabiqəsində

Futbol
Bu gün, 01:03

Ueyn Runi karyerasının ən çətin dövründə intihar düşüncələrini etiraf etdi

Futbol
Bu gün, 00:44

FIFA seçkilərində Diallo İnfantinonun üzərinə sərt ittihamlar yağdırır

Qarabağ FK
Bu gün, 00:32

Bruno Lanqa və Quiman Mozambik millisinin 1:0 qalibiyyəti ilə Efiopiyanı məğlub etdi

Qarabağ FK
Bu gün, 00:25

“Qarabağ” və “Zirə”nin legionerləri Efiopiyada Mozambikin qələbəsi ilə sevinc yaşadılar

Futbol
Bu gün, 00:06

“Barselona”da ayrılıq siqnalı: Agent Jorge Mendes Balde’nin evinə getdi

Boks
Dünən, 23:48

Səbuhi Əlizadə U-23 Avropa boks çempionatında Ermənistanlı rəqibini diskvalifikasiya edərək məğlub etdi

Şahmat
Dünən, 23:39

Məmmədyarov Aronyana qarşı ilk gün qələbə qazandı

Futbol
Dünən, 23:27

'Mançester Yunayted'dən ayrılan 16 yaşlı Cey Cey Qabriel 'Real Madrid'e gedə bilər

Futbol
Dünən, 23:24

Mançester Yunayted, Atleko Madridin hücumçusu Xuliyan Alvaresi Poçettino vasitəsilə heyətində görmək istəyir

Oxşar xəbərlər