top
DÇ-2026: Almaniya Kurasao üzərində qələbə qazandı Idman.biz
14 iyun 2026, 22:55
- +

DÇ-2026: Almaniya Kurasao üzərində qələbə qazandı

Almaniya millisi Kurasaonun mundialdakı debütünə çox sərt mövqe göstərdi. Kay Haverts 88-ci dəqiqədə komandasının yeddinci qolunu vurdu - 7:1.

22:42

78-ci dəqiqədə Almaniya Deniz Undavın qolu ilə hesab arasındakı fərqi beşə çatdırır - 6:1.

22:34

Almaniya 68-ci dəqiqədə Braunun qolu ilə hesabı 5:1 edir.

22:12

İkinci hissə başlayan kimi Musiala 47-ci dəqiqədə hesab arasındakı fərqi artırdı - 4:1.

21:52

Oyunun ilk yarısının uzatma dəqiqələrində Kurasanun qapısına 11 metrlik cərimə zərbəsi təyin olundu. Havertz zərbəni dəqiq yerinə yetirdi - 3:1.

21:42

Almaniya millisi davam edən hücumların nəticəsi olaraq 38-ci dəqiqədə Şlotterbekin qolu ilə hesabda önə çıxdı - 2:1.

21:22

Kurasao millisi 21-ci dəqiqədə hesabı bərabərləşdirdi - 1:1. Yığmanın heyətində fərqlənən Komenensiya oldu.

21:09

Almaniya millisinin heyətindən Nmeça oyunun altıncı dəqiqəsində hesabı açır.

20:59

DÇ-2026-nın E qrupunda Almaniya - Kurasao qarşılaşması başladı.

İdman.Biz xəbər verir ki, hakim Cəlal Ceydin (Mərakeş) idarə etdiyi görüş ABŞ-nin Hyuston şəhərindəki NRG stadionunda keçirilir. Dördqat dünya çempionu Almaniya turnirin debütantı Kurasao qarşısında mundiala qələbə ilə başlamağa çalışacaq.

Millilərin heyətləri aşağıdakı kimidir:

Almaniya: Noyer, Tah, Şlotterbek, Braun, Kimmix, Pavloviç, Sane, Musiala, Virtz, Nmeça, Havertz

Kurasao: Rom, Obispo, Floranus, L.Bacuna, Fonville, Bazur, J. Bacuna, Komenensiya, Çonq, Lokadiya, Hansen

Komandalar tarixdə ilk dəfə qarşılaşırlar.

10:36

Futbol üzrə 2026-cı il dünya çempionatında bu gün dördüncü oyun gününün qarşılaşmaları keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk matçında E qrupunda Almaniya millisi mundialın debütantı Kurasao ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Gecənin növbəti görüşündə Niderland və Yaponiya milliləri F qrupunda münasibətlərinə aydınlıq gətirəcəklər. Matç saat 00:00-da start götürəcək.

Daha sonra E qrupunda Kot-d"İvuar Ekvadorla qarşılaşacaq. Bu oyunun start fiti saat 03:00-da səslənəcək. Dördüncü oyun gününə İsveç - Tunis matçı ilə yekun vurulacaq. F qrupunun qarşılaşması saat 06:00-da başlayacaq.

Dördüncü oyun gününün proqramı:

14 iyun
21:00 Almaniya - Kurasao

15 iyun
00:00 Niderland - Yaponiya
03:00 Kot-d"İvuar - Ekvador
06:00 İsveç - Tunis

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:57

Qabriel Jezus Arsenalda tək qalaraq Barcelona transferini izah etdi

Futbol
Bu gün, 01:43

Mourinyo, Realın Interə qarşı 2:1 qalibiyyəti şərh etdi

Basketbol
Dünən, 23:53

Azərbaycanın U-16 basketbol millisi Yalovada EVOQ Challenge Cup Pre Season turnirində iştirak edir

Basketbol
Dünən, 23:24

U14 Azərbaycan basketbol komandası Yalova turnirində ikinci yerə yüksəldi

Qarabağ FK
Dünən, 14:06

“Qarabağ” Mateuş Koxalskinin Polşanın “Vyeçista” klubuna transferini rəsmən açıqladı

Futbol
Dünən, 00:43

Bruno Fernandes 2026 Qızıl Top mükafatının namizədləri arasına daxil olub

Futbol
07 sentyabr 2026, 22:26

Fənərbağça müdafiəçisi Rodriqo Bekao Rusiyanın Rodina klubuna keçmək üzrə

Futbol
07 sentyabr 2026, 22:11

Fiorentina üç məğlubiyyətdən sonra Vanoli ilə yenidən baş məşqçi vəzifəsinə qayıtdı

Futbol
07 sentyabr 2026, 21:56

Xankəndi klubunun fiziki hazırlıq məşqçisi Ali Hənifəzadə təyin olundu

Futbol
07 sentyabr 2026, 21:26

Qəbələ Futbol Akademiyasında U-15‑U-19 komandalarına danışılmış oyunlar üzrə seminar keçirildi

Formula 1
07 sentyabr 2026, 20:30

Lando Norris İtaliya Qran-prisindən sonra isti hava səbəbindən özünü pis hiss etdi

Futbol
07 sentyabr 2026, 20:27

M.Salah Trabzonsporda Superliga debutunda 4 qol vurar, rekord qırdı

Futbol
07 sentyabr 2026, 20:23

“Neftçi” nigeriyalı hücumçu Adeleke Akinyemi ilə müqavilə imzalayıb

Futbol
07 sentyabr 2026, 20:16

Neftçi nigeriyalı hücumçu Adeleke Akinyeimi 2+1 illik müqavilə ilə komandaya qatdı

Futbol
07 sentyabr 2026, 20:10

Şəmkir və Şirvan uzaqda qalib gəldilər

Futbol
07 sentyabr 2026, 19:59

“Beşiktaş”–“Hapoel” matcı Batum, Gürcüstanda keçiriləcək

Digər
07 sentyabr 2026, 19:34

Azərbaycan badmintonçısı Keişa Fatimə Zəhra “Cameroon International 2026” turnirində qızıl medal qazandı

Futbol
07 sentyabr 2026, 19:29

Çempionlar Liqası I turunun oyunları Nepal daşqın qurbanları üçün sükutla başlayacaq

Futbol
07 sentyabr 2026, 19:01

Tural Qurbanov UEFA Gənclər Liqası çərçivəsində Borussia Dortmund – Villarreal matçının baş hakimi olacaq

Digər
07 sentyabr 2026, 18:19

Patrik Makenti Belçikada keçirilən atçılıq turnirində ikinci yer tutdu

Futbol
07 sentyabr 2026, 18:00

Azərbaycan U-17 millisi Moldovada 2:0 məğlubiyyətlə qarşılaşdı

Futbol
07 sentyabr 2026, 18:00

“Barselona”nın keçmiş futbolçusu Kristian Tello karyerasını bitirdi

Futbol
07 sentyabr 2026, 17:52

Azərbaycan futbol millisinin üç oyunu üçün biletlər iticket.az‑dan satılır

Futbol
07 sentyabr 2026, 16:51

Arteta: Arsenalın ən çox bənzədiyi oyunçu Mikel Merinodur

Oxşar xəbərlər